Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1182/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X17 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30225 (otuz min iki yüz iyirmi beş) manat məbləğində pulun və ödədiyi 180.68 (bir yüz səksən manat altmış səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin dekabr ayının müxtəlif tarixlərində Cavabdeh ümumilikdə 30225 (otuz min iki yüz iyirmi beş) manat dəyərində qızıl zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bugünə kimi yenədə 30225 manatı qaytarmamışdır. Salyan RPŞ həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəyini bildirmişdir. Həmin 30225 (otuz min iki yüz iyirmi beş) manat pul və ödədiyi 180.68 (bir yüz səksən manat altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməlidir. Odur ki, Cavabdeh 30225 (otuz min iki yüz iyirmi beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdehə qızıllar satmışdır. Qızılları cavabdehə verən zaman hər dəfə aralarında müqavilə bağlanmışdır. Dəfələrlə Cavabdeh müraciət etsə də o, müxtəlif vədlər verməsinə baxmayaraq borclu olduğu pulu qaytarmamışdır. Ona görə də, məcbur olub Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Salyan RPŞ-nin İB-də araşdırma aparılmış və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. Eyni zamanda göstərmişdir ki, X9 evində tanış olmuşlar. Sevinc ona demişdir ki, Aygün lotereya oynayır və daimi iş yeri vardır. X13 zəng vuraraq onu evinə çağıran zaman Cavabdeh demişdir ki, o gedəndən sonra Fəridəni evə çağırsın. Sonradan ona məlum olmuşdur ki, Fəridə ilə Aygün danışmırlar. Aygündən sonra Fəridə də ora gəlmiş və 5050 manat dəyərində qızıllar götürmüş, pulunu 06 aya ödəyəcəyini bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçıdan qızıl və pul görməmişdir. Yalan yerə ona müqavilələrə qol çəkdirmişlər. 90000 manat faiz olaraq boynuna pul qoymuşlar. Qızıllar lombardadır. Həmin qızılların lombardda kimin adına olması barədə məlumatı yoxdur. Sevinc Quliyevanın özü gəlmir, onlara zəng edərək evinə çağırır. Onlar dələduzluqla məşğuldurlar. 70 nəfərdən çox insanın barələrində şikayətləri vardır. İddianı qəbul etmir, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda Cavabdeh göstərmişdir ki, qızılları heç vaxt görməmiş, qızıllar onun adına yazılmış, lakin Sevinc Quliyeva götürmüşdür. O da, həmin qızılları Yeganəyə vermişdir. Qızıllar sonradan lombarda qoyulmuşdur. Kimin adına qoyulmuşdursa qızıllar həmin adamdan tələb olunmalıdır. İddiaçının məhkəməyə müqavilə olaraq təqdim etdiyi sənədlərə iddiaçının ərinin maşınında məcbur qalıb imza etmişlər. Qorxduğu üçün sənədləri imzalamışlar. Onu barəsində yalan məlumat yaymaqla hədləmişlər. Yoldaşı da qızıl görməmişdir. 400 manat əmək haqqı alır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş X4 ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, “X1 Sevinc Əlmərdan qızından 30000 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2022-ci il tarixində verilir. Qeyd edilən tarixdən 06 ay müddətinə, pulunu ödəmək şərti ilə mal verilir. 30000 manat qədərində qızıl götürür, ödənişi ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir”. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 29725 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2022-ci il tarixində verilir. Qeyd edilən tarixdən 06 ay müddətində, pulunu ödəmək şərti ilə mal verilmişdir. 220 qram qədərində götürür, ödənişi ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 30225 manat pul və 180.68 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 30225 manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda yazılı razılıq müqaviləsi də vardır. Həmin müqavilə ərizəyə əlavə edilmişdir. Eyni zamanda cavabdeh X6 istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə izahat geniş şəkildə veriləcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. İş materiallarında olan iş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli etiraz ərizəsinin ksero surətindən görünür ki, X5 2019-cu ildən bjuteriya alverçisi kimi tanımışdır. Sonradan münasibətləri ailəvi gediş-gəlişə çevrilmişdir. 2021-ci ildə Sevinc ona zəng edərək Yeganə adlı xanımdan faizlə 90000 manat pul sələmə götürdüyünü demiş və evində ailə üzvləri bilməsin Elxan bilsə dava edəcək ailəsi dağılacaq ondan xahiş etdiki Yeganə qapısına gəlməmək üçün o, ona demişdir ki, pulu Aygünə vermiş, səndə telefonda ona deyərsən Sevinc düz deyir. Sevinc onun nömrəsini Yeganəyə vermiş və ona zəng edərək Sevinc öz evinə çağırmış Yeganə onlardadır gəl. Halbuki, o heç vaxt Yeganə ilə tanışlığı olmamış əsla bu günə kimi heç kimdən sələmə pul götürməmişdir. Onlar ailədə çətinlikləri olanda dövlət bankından kredit götürmüşlər. Onu evinə çağıranda Sevincin evinə girəndə onların ikisidə oturmuşdu, Sevincin də, Yeganənin də qarşılarında vərəqlər var idi. O, öz fikrini fikrini bildirdi ki, axı onun puldan xəbəri yoxdur Yeganə xanıma əsla ona pul verilmədiyini demiş, buna baxmayaraq Sevinclə Yeganə onu maşına mindirmişlər. O maşının içində də, Yeganəyə bildirmişdir ki, Sevinc o pulu onun boynuna qoyur, onun xəbəri yoxdur. O pul kimdədir kim alaraq sizdən xərcləmiş özünüz maraqlanın. Evinə salamat gəlməyinə həyəcan yaşamış, qorxmuş onlardan, o iradəsiz, zəif və qorxaq insan olduğunu bildirmişdir. Evindən Yeganəyə zəng etdi ki, ona heç bir pul verilməmiş, siz öz pullarınızın dalınca düşün onluq burda heç bir şey yoxdur. Yeganənin ona cavabı isə ona dəxli yoxdur Sevinc deyir Aygünə vermişəm olmuşdur. Bu iki qadının hərəkətinə əlbir olub kiminsə zəifliyindən istifadə etmək deyirlər. Yeganə taksidə ona öz dəsti xətti ilə yazdığı bir siyahı vermiş və demişdir ki, bu vərəqi köçür başqa vərəqə bu vərəqi ona qaytararsan. Hələdə həmin əlyazma ondadır, ərizəsinə əlavə etmişdir. Sevinc əlbir olduğu xanımlarla birləşərək Yeganə İlham qızı, X10, X8 onu qorxudmaqla ailəsinə yalan məlumatlar verəcəkləri ilə borcla şantaj edərək onu intihar həddinə çatdırmışlar. O, 2023-cü ilin aprel ayında özünü Kür çayına atan zaman birinci həyat yoldaşı tutmuş, 2-ci intiharında əri işə getdikdən sonra 04 qutu Prabeqin-75 tabletkasını bir dəfəyə qəbul etmiş huşunu itirmiş xəbəri olmamış xəstəxanada 02 gün sonra ayılmışdır. Bunları onun başına bu üç qadın və qızıl satanlar X15, İddiaçı, X16, X11 onun üzünü görmədən, onu tanımadan Sevincə qızılları vermiş, sonunda onu evinə aparan Sevinc onu Gülşənin evinə apararaq orada Gülşən ona məcburi yazdırdı ki, hissə-hissə 17000 manatlıq qızıl almısan. O, öz həyatının təhlükədə olduğunu görəndə başa düşdü ki, onu acizliyinə görə tora salmışlar. Hətta onu bazar yolunda evi olan Mərcan adlı yaşlı bir qadının evinə Əliyeva Raisə, İddiaçı, Nəsirova Fəridə birlikdə apararaq orada ona balalarını oğurlamaqla hədələyərək evini yandırmaqla hətta üzr istəyərək həmin evdə çılpaq şəkillərini çəkib paylaşaraq qorxudaraq istədikləri kimi ona qızıl 54000 manatlıq borc müqaviləsi yazdırmışlar. Bunu yazdırandan 02 gün sonra əri ilə onu Arbatan yolunda Raisənin yeznəsi Sevincin əri Rüfət İsmayılov öz maşınına mindirərək qarşılarına müxtəlif kağızlar qoymuş və imzalamalarını demişdir. Əri axı o heçnə bilmir demiş, o da, ağlayaraq Rüfətin ayaqlarına düşmüşdür. Yalvarmışdır ki, onları buraxsın nə desələr edəcəklər demişdir. Onlara həmin kağızlara imza etdirib buraxdılar. Bütün işin başında Sevinc olduğundan onun əlləri nə qızıl, nə də pulu görmüş heç nədən xəbərsiz adların qeyd etdiyi şəxslərin kələyinə düşmüşdür. Onda əl yazısı və vatsap səs yazmaları vardır. O, günahsızdır. Ondan qorxuda-qorxuda 3000 manat Yeganə qaynatasını göndərərək almışdır. 1500 manatı isə Yeganə özü qaynatası ilə gələrək ondan almışdır. Onu xilas etmək üçün qohumlar bank kreditinə girərək 4000 manat Sevincin evində Fəridəyə vermiş, 2000 manat Fəridəyə “Al market”-in qarşısında vermişdir. Atası ona görə iri buynuzlu heyvanlarını satmış, onlar ailəni qorxaq görən şəxslər hətta adlarını ilk dəfə eşitdikləri, üzünü görmədikləri adamları üzərlərinə qaldıraraq pula ehtiyacı olan hər kəsi gedin Aygünü qorxudun, borclusan deyərək pul istəyin demişlər. Üzləri kimləri görmədi ki, adlarını qeyd etdikləri şəxslərin sayəsində. Onların intihardan başqa çıxış yolları qalmamışdır. Onun onlar dediyi kimi qızılı, pulu olsaydı özünə vəkil tutmağa pulu olardı. Möhtərəm hakim ədalətli qərarınıza ehtiyacları var bu məsələnin dəqiq araşdırılması çox qapalı qalmış haqsızlıqların üstünü aça bilər. Ondan tələb olunan nə qızılları, nə pulları görməmiş və əlinə almamışdır. Ona qurulan tələdən onu xilas etməklə balalarını anasız qalmaqdan xilas etmiş olarsınız. Evi koma, geyimi kölə, üzərində zinəti yox, maşınları yox əri bərbər işləyir. Uzaqdan görünən dağa bələdçi lazım deyildir. Ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə 30225 manat dəyərində qızılzinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına görə cavabdeh iddiaçıya həmin məbləğin bir hissəsini ödəmiş, qalan pulu isə ödəməmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi aralarında bağlanmış müqavilələr, whatsapp sosial şəbəkəsindən çıxarılmış yazışmalar və satdığı qızılları və çəkilərini qeyd etdiyi dəftərdəndə borcun cavabdehə məxsus olması ağlabatandır. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan müqavilədə iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, cavabdeh tərəfindən mübahisələndirilməyən müqavilələrə əsasən 29725 manat pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzər alaraq hesab edir ki, 179,18 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Digər hissə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 29725 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179,18 manat məbləğində pul cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun 1,5 manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli