Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1184/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 12935 (on iki min doqquz yüz otuz beş) manat pulun və 128.80 (yüz iyirmi səkkiz manat səksən qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, 2022-ci ildə dekabr ayında müxtəlif tarixlərdə Cavabdeh o, ümumilikdə 12935 (on iki min doqquz yüz otuz beş) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bu günə kimi yenə də, 12935 manat borcu qaytarmamışdır. Salyan RPŞ həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəklərini bildirmişdir. Həmin 12935 (on iki min doqquz yüz otuz beş) manat pul Cavabdeh alınaraq ona verilməlidir. Eyni zamanda ödədiyi 128.80 (yüz iyirmi səkkiz manat səksən qəpik) manat dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərdiklərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda göstərmişdir ki, Aminə adlı qadın ondan istəməsinə baxmayaraq ona qızıl verməmişdir. Sonradan Aminə ona Sevinc adlı qadının səsini “Whatsapp” vasitəsi ilə ona göndərmişdir. Sonradan Aminə onu Sevinc Quliyevanın evinə aparmışdır. Sevinc Quliyevanın evində beş altı qadın olmuşdur. Onlardan Yeganəni sahibkar kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə nisyə olmaqla Fəridəyə, bir qramı 115 manat olmaqla, 40.87 qram, 5110 manat dəyərində qızıl satmışdır. Fəridə 3000 manat ödəmiş, 2110 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdə Sevinc Quliyevanın yaşadığı evdə Fəridəyə bir qıramı 115-120 manat olmaqla, 80.68 qram 9335 manat dəyərində 2 ədəd boyunbağı, 1 ədəd dəst qızıl vermişdir. İlkin ödəniş olaraq Cavabdeh ona 500 manat ilk ödəniş etmiş, sonradan aylıq hissə-hissə olaraq 4000 manat ödəniş etmiş, borc olaraq 5335 manat qalmışdır. 27 fevral 2023-cü il tarixdə bir qıramı 120 manat olmaqla, 54.14. qram, 6450 manat dəyərində qızılı nisyə olaraq vermişdir. İlkin ödəniş olaraq 1000 manat ödənilmişdir. 5490 manat borc olaraq qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddia tələbini müdafiə edərək, cavabdehin Salyan RPŞ-də araşdırma aparılan zaman borcunu etiraf etməsini və cavabdehin başqalarına da, qızıl üçün borcu olmasını qeyd edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul edir. 12935 manat pulu və iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun ondan tutulmasına etirazı yoxdur. X3 aldıqdan sonra Aygün Fərzəliyevaya verdiyini, bu barədə iddiaçının da məlumatlı olduğunu, bunu başqa şəxslər də tədiq edə biləcəyini göstərmişdir. Bundan başqa, əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, epidemstansiyada işləyən Aminə xanımla tanış olmuşdur. Aminə ondan qızıl istəmişdir. Onunla razılaşmamış, qızıl verməmişdir. Öz telefonunda qızıl şəkilləri paylaşmışdır. Aminə adlı xanımında onun qızıllarını paylaşdığını görmüşdür. Sonra Sevincin səsini ona atmışdır. Aminə vasitəsi ilə Sevincin evinə getmiş və görmüşdür ki, orada 5-6 nəfər adam var. Hüseynova Yeganədə orada idi, onu tanıdığı üçün Sevincə inam yaranmışdır. Hər kəs istədiyi qızılı götürmüşdür. O izahat yazan vaxt Sevinc və anası həmin otaqda olmuşlar. Onların dediyi rəqəmləri qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, İddiaçı Quliyeva Sevinc tərəfindən tanımışdır. Quliyeva Sevinc tərəfindən tanıdığı X2 İddiaçı aldığı qızılları vermişdir. Şahidləridə vardır. X6, Əliyeva Raisə və İddiaçıin yanında etiraf etmişdir ki, o, qızılları X2 vermişdir. Onun ailə vəziyyəti çox çətindir. Yoldaşı heç bir yerdə işləmir. Azyaşlı 02 qız övladı var. Kirayədə yaşayır. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh X1 5490 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2023-cü il tarixində verilir. Qeyd edilən tarixdən 03 ay müddətinə, pulunu ödəmək şərti ilə mal verilir. 54.14 qram qədərində qızıl götürür, ödənişi 1600 manat ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh X1 7045 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl 2022-ci il tarixində verilir. Qeyd edilən tarixdən xx.xx.2022-ci il müddətinə, pulunu ödəmək şərti ilə mal verilir. Qızıl götürür, ödənişi 04 aya ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 12935 manat pul və 128.80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 12935 manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda yazılı razılıq müqaviləsi də vardır. Həmin müqavilə ərizəyə əlavə edilmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə izahat geniş şəkildə veriləcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 47-də kirayədə yaşayan Cavabdeh tərəfindən Salyan rayon PŞ-nin İstintaq Bölməsinə verilmiş izahatdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 47-də kirayədə yaşayır. Sosial-Xidmətlər Agentliyinin Şirvan-Salyan filialında sosial xidmətçi vəzifəsində işləyir. Salyan rayonu, Marışlı kənd sakini İddiaçı ərizəsi ilə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, İddiaçı 2022-ci ilin dekabr ayından etibarən tanışı Sevinc Quliyevanın vasitəsilə tanışdır. Belə ki, Sevinc Quliyeva ilə təxminən 04 ildir tanışdırlar. Aralarında yaxından münasibətləri vardır. Həmin vaxtlar Sevinc Quliyeva “Sədərək” ticarət mərkəzindən gətirdiyi əşyaları ondan alıb satırdı və ailəsinə çörək pulu qazanırdı. 2022-ci ilin noyabr ayında Sevinc Quliyeva ona dedi ki, alver etmək üçün qızıl-zinət əşyaları götürmüşdür satmaq istəyir. Lakin öz adına qızıl əşyalar götürdüyündən zərgərdən əlavə qızıl götürə bilmir. Bundan sonra Sevinc Quliyeva ondan xahiş etdi ki, onunla birlikdə Salyan şəhərində işləyən qızılı Əfsərin yanına gedib onun adına qızıl götürərək, pulunu isə özü Əfsərə ödəyəcəkdir və buna görə ona çörək pulu verəcəkdir. Pula ehtiyyacı olduğundan o, Sevinc Quliyevanın təklifini qəbul etmişdir. Bundan sonra birlikdə Əfsərin qızıl mağazasına getmiş və burada Sevinc Quliyeva onu Əfsərə təqdim edib Sosial-Xidmətlər Agentliyinin Şirvan-Salyan filialında işlədiyini deyib onun adına qızıl götürmək istədiklərini demişdir. Həmin gün onlar Əfsərin mağazasından onun adına 03 ay müddətinə 12000 manat dəyərində 100 qram qızıl götürdülər. Həmin qızıl əşyaları götürüb mağazadan çıxıdıqda X9 aldıqları qızılları ondan alaraq öz çantasına qoydu. Bir aydan sonra Əfsərdən götürdükləri qızılın aylıq ödənişi olan 3000 manatı ödəmək üçün Sevinc Quliyeva ilə birlikdə mağazaya gəldilər va həmin pulu ödəyən zaman Sevinc Quliyeva yenidən onun adına Əfsərdən daha 100 qram çəkidə qızıl götürmüşdür. Növbəti ayda yenidən ilk dəfə götürdükləri qızılın pulunu qaytaran zaman Sevinc Quliyeva yenidən onun adına Əfsərdən daha 100 qram qızıl götürmüşdür. Bu minvalla hər ay Əfsərə pul ödəyən zaman Sevinc Quliyeva onun adına Əfsərdən qızıl əşyalar götürürdü və onlar mağzadan çıxan kimi həmin qızılları ondan alırdı. Ümumilikdə onun adına Əfsərdən nə qədər qızıl götürüldüyünü bilmir, lakin hazırda ümümilikdə onun adına 107000 manat borc qalmışdır. Hər dəfə mən Sevinc Quliyeva də birlikdə gedib Əfsərdən öz adına qızıl götürdükdən sonra Sevinc ona 50-100 manat çörək pulu vermişdir. Onu da qeyd edir ki, həmin vaxtlar o, Sevinc Quliyevanın vasitəsilə onun evində rəfiqəsi Aygün Fərzəliyeva ilə tanış olmuşdur. Aygün də Sevinc Quliyeva kimi qızıl alveri ilə məşğul olurdu, Növbəti dəfə noyabr ayının sonlarında o, Sevincgildə olarkən Aygün də orada olmuşdur xə söhbət zamanı Sevinc Quliyeva ondan xahiş etdi ki, Aygün üçün də öz adına qızılçı Şahmardan qızıl götürüm. Qızlın pullarını Aygün özü ödəyəcək, o, Aygündən nəyə görə özü qızılçıdan öz adına qızıl götürmədiyini soruşduqda Aygün cavab verdi ki, əri ilə Şahmar tanışdılar, istəmir bunu əri bilsin. Aygün onun üçün öz adına götürdüyü qızılların pulunu özü ödəyəcəyini və hər dəfə qızıl götürdükdə ona çörək pulu verəcəyini dedikdə o, etiraz etməyərək razılaşmışdır. Bundan sonra Sevinc Quliyeva qızılçı Şahmara zəng edib onun adına qızıl verməyi xahiş etmişdir. Şahmar razılıq verdikdən sonra Sevinc Quliyeva onu Şahmarın yanına göndərdi və o Aygün ilə birlikdə Salyan şəhərində işləyən qızılçı Şahmarın mağazasına gedib 50 qram çəkidə 5250 manat dəyərində qızıl götürmüş və mağazadan çıxaraq küçədə onu gözləyən Aygünə vermiş, bunun əvəzində Aygün ona 40 manat çörək pulu vermişdir. Sonrakı aylarda o, bir neçə dəfə Şahmarın yanına gedərək onun mağazasından öz adına qızıl əşyalar götürərək Aygünə vermiş, hər dəfə buna görə Aygün ona 40-50 manat çörək pulu vermiş və hazırda Şahmarın mağazasında onun adına 99000 manat borc qalmışdır. Daha sonra, 2022-ci ilin dekabr ayının əvvəllərində Sevinc Quliyeva ona zəng edərək öz evinə çağıraraq demişdir ki, təzə qızılçılar gəlib, o, Sevinc Quliyevanın evinə gəldikə orada Aygün Fərzəliyevanı əvvəllər tanımadığı Sevinc və anası Raisə İsmayılovanı görmüşdür. Tanış olduqdan sonra Aygün ondan xahiş etmişdir ki, öz adına Sevinc və Raisə İsmayılovadan qızıl götürərək ona versin. O bu dəfə razılıq verib Sevinc və Raisədən hər ay 1000 manat ödəmək şərti ilə 5110 manatlıq 40 qram çəkidə qızıl götürmüşdür. Sevinc və Raisə İsmayılovalar getdikdən sonra o, onlardan aldığı qızılları Aygünə vermişdir. Sonradan daha 2 dəfə o, Sevinc və Raisə İsmayılovalardan öz adına qızıl əşyalar alaraq Aygün Fərzəliyavaya vermişdir. Hazırda onun Sevinc və Raisə İsmayılovalara ümumilikdə 67105 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə 12935 manat dəyərində qızılzinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına görə cavabdeh iddiaçıya həmin məbləğdən bu günə kimi iddiaçıya ödəniş etməmişdir. Həmçinin Cavabdeh Salyan rayon PŞ-nin İstintaq Bölməsinə verdiyi izahatında da, iddiaçıya 67105 manat borclu olduğunu etiraf etmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi aralarında bağlanmış müqavilələrdən, bir ədəd satdığı qızılların adını və çəkilərini qeyd etdiyi dəftərdəndə borcun cavabdehə məxsus olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan müqavilədə iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya ödəniş etməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, cavabdeh tərəfindən mübahisələndirilməyən müqavilələrə əsasən 12935 manat pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 128.80 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 12935 (on iki min doqquz yüz otuz beş) manat məbləğində pul, 128.80 (yüz iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli