Məhkəmə qərarları › İş №2(057)-1199/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1199/2023

01.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1199/2023 01.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə borc tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC-nin Hüquq İdarəsinin Regional X3 Şirvan Regionu üzrə hüquqşünası Həyat Ağayevanın rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2815 manat borc və ödənilmiş 48,15 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 bildirmişdir ki, cavabdehin evinə xx.xx.2021-ci ildə smart sayğac quraşdırılmışdır. Abonent X1 etdiyi dövrdə 2015-2021-ci illər ərzində hissəvi ödəniş etmiş, lakin 421,38 manat borcu inteqrasiya olunmuşdur. Həmin borc smart sayğac quraşdırılan zaman sayğaca keçmiş, hal-hazıra kimi cavabdeh smart kart vasitəsi ilə ödənişlərə görə 183 manat ödəniş etmişdir. Hazırda cavabdehin 421,38 manat inteqrasiya olunmuş borcu ilə birlikdə cəmi 2815 manat borcu vardır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, abonent kimi yaşadığı ev atasına məxsus olmuşdur. İstifadə etdiyi sayğac cəriməyə görə iki ildir ki, dəyişilmişdir. Bakı şəhərində fəhlə işləyir. İşdən gələndən sonra işıq xəttinin kəsildiyini gördüyü üçün əlavə xətt qoşaraq enerjidən istifadə etmişdir. Bu səbəbdən barəsində iddiaçı təşkilat beşaltı dəfə akt tərtib etmişlər. Elektrik enerjisindən o qədər istifadə etmədiyini bildirərək, tələb olunan məbləğin düz hesablanmadığını qeyd edərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021, xx.xx.2020, xx.xx.2022, xx.xx.2020, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2021-ci il tarixli aktların surətlərindən görünür ki, abonentin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsi halı məlum olmuşdur. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, Cavabdeh 2814,53 manat borc hesablanmışdır. Məhkəmədə elan olunmuş "xxxx" ASC-nin Şirvan RETSİ tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, R 183637 saylı akta əsasən 119,17, xx.xx.2020-ci il tarixli, R 198023 saylı akta əsasən 909,72, xx.xx.2021-ci il tarixli, R209421 saylı akta əsasən 94,72, xx.xx.2021-ci il tarixli, R 229002 saylı akta əsasən 300,4, xx.xx.2022-ci il tarixli, R 248904 saylı akta əsasən 462,10, xx.xx.2022-ci il tarixli Rİ 261080 saylı akta əsasən 102,44, xx.xx.2022-ci il tarixli, Rİ 266544 saylı akta əsasən 14,32, xx.xx.2020-ci il tarixli, R 203332 saylı akta əsasən isə 224,43 manat itirilmiş elektrik enerjisinin məbləği hesablanmışdır. Məhkəmə hər iki tərəfi dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh X1 qaydalarını pozmuş və istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və eyni zamanda sayğacdan kənar xəttdən istifadə etdiyi üçün dəfələrlə ona akt tərtib olunmuşdur. Cavabdehin 2227,3 manat borcu olmuş və həmin borca əlavə olunmuş 421,38 manat inteqrasiya borcu və həmin məbləğdən cavabdehin ödədiyi 183 manat çıxdıqdan sonra 2465,68 manat borcu qalması aşkar olunmuşdur. Ona görə də iddia həmin hissədə təmin olunmalı, digər hissədə iddiaçı sübut təqdim edə bilmədiyi üçün məhkəmə iddianın həmin hissədə rədd olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2465,68 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 42,20 manat alınıb "xxxx" ASC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar