Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1205/2023 26.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “borcla əlaqadar pul” tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" Açıq Səhimdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Hüquq İdarəsinin Regional X2 Şirvan Regionu üzrə hüquqşünası Həyat Ağayeva Cavabdeh qarşı “borcla əlaqadar pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2261 manat borc və ödənilmiş 42,61 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ile təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu : **********06939 Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2261 (iki min iki yüz altmış bir) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 2261 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbardarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin hazırki iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hüquq İdarəsinin Regional X2 Şirvan Regionu üzrə hüquqşünası Həyat Ağayeva xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron poçt vasitəsi ilə məhkəməyə müraciət edərək üzrlü səbəblərə görə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini, həmin işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh atasının adı Havasətdir. İş üzrə Cavabdeh Havaqsət oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Hüquq İdarəsinin Regional X2 Şirvan Regionu üzrə hüquqşünası Həyat Ağayeva iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X3 vərəqəsindən görünür ki, Cavabdeh 2260,71 manat borc hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş 10 may 2023-cü il tarixli, № 01/05-89 saylı Cavabdeh ünvanlanmış pretenziya məktubundan göründüyü kimi cavabdehin 01 may 2023-cü il tarixinə 2260,71 manat borcunun olması məlumatı sonuncuya bildirilmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli, R № 267235 saylı "xxxx" ASC əməkdaşları tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi həmin tarixdə sonuncular cavabdehin sayğacına nəzarət keçirdiyi zaman cavabdehin əlavə kənar xəttdən istifadəsi aşkarlanılmış və onlar tərəfindən kənar xətt ləğv edilmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 15 oktyabr 2022-ci il tarixli, R № 267235 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 5A x 0.22 x 0.7 x 24 saat x 180 gün = 3326 kVts qədərində sərfiyyatın israfı iddiaçı əməkdaşları tərəfindən hesablanılmışdır. 3326 kVts sərfiyyatın 1200 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 96 manat qədərində, 600 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 54 manat qədərində və 1526 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 198.38 manat qədərində cərimə yazılmışdır. İş materiallarına olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş “SD” diskdəki videoçəkilişə əsasən iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən “Disk”dən aşkar olunur ki, Cavabdeh Havasət oğlu yaşadığı ünvan 1 ünvanında elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etmiş və buna görə də, onun barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən 267235 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, videoçəkilişdən də aşkar görünür ki, cavabdeh məxsus sayğaca baxış keçirilərkən istehlakçı tərəfindən yol verilmiş pozuntu texniki vasitə olan videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Məhkəmə hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh iddia tələbinə heç bir münasibət bildirməmişdir. Əksinə, işə əlavə edilmiş “Disk”də öz əksini tapan videogörüntüdən isə həmin qoşulmanın gizli deyil və hər kəsin görə biləcəyi açıq yerdə olması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17 və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh (Havasət) oğlundan 348,38 (üç yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat borc alınıb iddiaçıya verilməlidir. Həmçinin iddia qismən təmin olunduğu üçün ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh (Havasət) oğlundan 348,38 (üç yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat alınıb "xxxx" ASC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1205/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1205/2023
26.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver