Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1222/2024 01.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1659 manat pul vəsaiti və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, **-DY-*** dövlət nömrə nişanlı, “X1 1844 yük” model yəhərli dartıcı mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edilən avtomobili tərəfindən verilmiş etibarnamə əsasında Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh idarə etmişdir. Cavabdeh avtomobili idarə etdiyi müddətdə yol-hərəkət qaydalarını pozduğu üçün bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Cavabdeh tərəfindən cərimələr vaxtında ödənilmədiyi üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-780/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh cərimələrini ödəməməsi səbəbindən onun mülkiyyətində olan **-DY-*** dövlət nömrə nişanlı, “X1 1844 yük” model yəhərli dartıcının üzərinə həbs qoyulmuşdur. Nəqliyyat vasitəsinin Cavabdeh heç bir aidiyyəti olmadığı halda mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. O, mülkiyyətində olan avtomobilin üzərindən həbsin götürülməsi üçün 1215 manat cavabdehin adına yazılmış cəriməni ödəmişdir. Qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir. Bundan əlavə cavabdeh ondan 444 manat borc pul almışdır ki, həmin pulu da indiyə qədər ödəməmişdir. Ona görə də, Cavabdeh 1659 manat pul vəsaiti və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Özü vergi ödəyicisidir. Yükdaşıma fəaliyyəti ilə məşğul olur. Cavabdeh onun yanında sürücüsü kimi fəaliyyət göstərmişdir. Aralarında əmək müqaviləsi olmamışdır. Cavabdeh etibarnamə əsasında mülkiyyətində olan “X1 1844 yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Cavabdeh avtomobili idarə etdiyi müddətdə yol-hərəkəti qaydalarını pozduğu üçün bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Cavabdeh cərimələri ödəmədiyi üçün mülkiyyətində olan “X1 1844 yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. O mülkiyyətində olan avtomobilin üzərində olan həbsin götürülməsi üçün 1215 manat cavabdehin adına yazılmış cəriməni ödəmişdir. Cavabdehə bir neçə dəfə xəbərdarlıq etsə də, o borcunu geri qaytarmamışdır. Bu səbəbdən də, məcbur qalaraq məhkəmədə iddia qaldırmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ksero surətindən görünür ki, 2010-cu il buraxılışlı, şassi WDB9340321L504885, göy rəngli, yəhərli dartıcı tipli, “X1 1844 yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ünvan 1 ünvanında yaşayan İddiaçıdur. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin ksero surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “X1 1844 yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək məqsədilə Cavabdeh etibarnamə əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixə kimi vermişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, ***-***-**-** nömrəli abonent EQ 19351399 saylı protokola əsasən 50 manat, EQ 19736084 protokola əsasən 45 manat olmaqla, cəmi 95 manat cərimə ödəmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, ***-***-**-** nömrəli abonent EQ 13080427 saylı protokola əsasən 16 manat, İXP ******* saylı protokola əsasən 960 manat, EQ 13022857 saylı protokola əsasən 16 manat, EQ13057135 saylı protokola əsasən 16 manat, EQ 13455844 saylı protokola əsasən 16 manat, EQ 13355692 saylı protokola əsasən 80 manat, EQ 13299102 saylı protokola əsasən 16 manat olmaqla, cəmi 1110 manat cərimə ödəmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən yolhərəkəti qaydasının pozulmasına görə barəsində EQ 19351399 saylı protokola əsasən 50 manat, EQ 19736084 protokola əsasən 45 manat, EQ 13080427 saylı protokola əsasən 16 manat, İXP ******* saylı protokola əsasən 960 manat, EQ 13022857 saylı protokola əsasən 16 manat, EQ13057135 saylı protokola əsasən 16 manat, EQ 13455844 saylı protokola əsasən 16 manat, EQ 13355692 saylı protokola əsasən 80 manat və EQ 13299102 saylı protokola əsasən 16 manat olmaqla, cəmi 1205 manat məbləğində cərimə olunmuş və həmin cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsaslı qəbul edərək hesab edir ki, Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində inzibati qaydada cərimə olunmuş, həmin cərimə iddiaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərər tələb etmə hüququ iddiaçıya aid olduğundan cavabdehdən 1205 manat məbləğdə pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 32.05 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 454 manat borc pul verməsi səbəbindən cavabdehdən 454 manat məbləğində pulun borc verilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 1205 (min iki yüz beş) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 32.05 (otuz iki manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1205 (min iki yüz beş) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 32.05 (otuz iki manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 4.95 (dörd manat doxsan beş qəpik) manatı iddiaçının özünə aid edilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1222/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1222/2024
01.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver