Məhkəmə qərarları › İş №2(057)-123/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-123/2023

31.01.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-123/2023 31.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, ərizəçi X10 nümayəndəsi Nümayəndə iştirakı ilə ərizəçi X10 X3 xəbərsiz itkin düşmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X16 rayon məhkəməsinə verdiyi ərizəsində xx.xx.1990-cı ildə ünvan 1 ünvanda yaşamış X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X10 nümayəndəsi, Nümayəndə bildirmişdir ki, nümayəndəsi olduğu X16 ilə X5 5-6 ildir ki, ayrı yaşayırlar. Aralarında bağlanmış nikahın pozulub-pozulmaması barədə məlumatı yoxdur. Ərizəçi Qəşəmin yerinin müəyyən olunması üçün müxtəlif tədbirlər görülsə də buna müvəffəq ola bilməmişlər. 2018-ci ildə X2 vətandaşı olan Çanaqçı Osman adlı şəxslə ailə qurmuşdur. Türkiyə Respublikasına getmək istədikdə övladını da özü ilə aparmaq istəmiş, lakin Qəşəmin yeri müəyyən olunmadığından yenə də Ağstafa Rayon Məhkəməsində onun iştirakı olmadan 05 aprel 2022-ci il tarixdə iclas keçirilərək qətnamə çıxarılmışdır. X19 yerini müəyyən edərək, ondan övladının saxlanılması üçün aliment tutulmasını istəmişdir. Ərizəçi əri X9 rayonunda yaşayan qohumları ilə əlaqə saxlasa da heç bir müsbət nəticəsi olmamışdır. Qəşəmin qeydiyyat və yaşayış yeri barədə məlumat əldə etmək məqsədi ilə ərizəçi Maisə DİN-nin BPQ və Mİ-yə müraciət etmişdir.Oradan alınmış arayışda Q.Tanrıverdiyevin qeydiyyatı və yaşayış yeri barədə heç bir məlumat əldə olunmaması qeyd olunmuşdur. Ona görə də, X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Salyan rayonu, Seydan kəndində yaşayan X16 tərəfindən Salyan rayon PŞ-yə ünvanlanmış müraciətdən görünür ki, əri Qəşəm Tanrıverdiyevin hazırda harada yaşaması, itkin düşməsi və ya hər hansı bir səbəbdən ölməsi ilə bağlı ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayonu, Seydan kəndində yaşayan X16 tərəfindən Ağstafa rayon PŞ-yə ünvanlanmış müraciətdən görünür ki, əri Qəşəm Tanrıverdiyevin hazırda harada yaşaması, itkin düşməsi və ya hər hansı bir səbəbdən ölməsi ilə bağlı ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağstafa RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X17 rayonu, Seydan kəndində qeydiyyatda olan və yaşayan X12 ünvanlandığı 28 may 2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 qeydiyyatda olduğu ünvan 5 ünvanında, o cümlədən Ağstafa rayonunun ərazisində yaşamır və sonuncunun itkin düşməsi ilə bağlı olaraq Ağstafa RPŞ-yə ərizə və yaxud müraciət daxil olmamışdır. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən X11 rayonu, Seydan kəndində yaşayan X12 ünvanlandığı 26 iyul 2022-ci il tarixli məktubun surətindən görünür ki, keçmiş əri X5 Salyan rayon Seydan kəndində qeydiyyatda yoxdur və yaşamır. Lakin harada yaşaması barədə Salyan rayon Polis Şöbəsində məlumat yoxdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin 05 iyul 2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 qeydiyyatı və yaşayışı barədə heç bir məlumat yoxdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş idərəsinin bölmə rəisi X14 Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 05/1892 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini X20 Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 018-24061-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı ildə Rusiya Federasiyasının Stavrapol vilayətində anadan olmuş X5 hazırda ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Ağstafa RPŞ tərəfindən xx.xx.2008-ci il tarixdə AZE-05922643 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini X20 Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 018-24735-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 Rusiya Federasiyası Stavrapol vilayəti Petrovsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hömü ilə Rusiya Federasiyası CM-nin 159.1-ci maddəsinin 1-ci hissəsinə əsasən 1 il 10 ay müddətinə, Krasnodar vilayəti Brynxovetsk Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 159.1-ci maddəsinin 2 və 3 hissəsinə əsasən 5 il və Leniqrad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə RF-nın 159-cu maddəsinin 2 və 3-cü hissəsi, 69-cu maddəsinin 5-ci hissəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Q.Tanrıverdiyevin xx.xx.2009-cu il tarixdə “Samur” X6 ölkə hüdudlarını tərk edərək Rusiya Federasiyası ərazisinə keçməsi müəyyən olunmuş və xx.xx.2011-ci il tarixdən mülki-hüquqi öhtəliklərin icrasından yayındığına görə Ağstafa RPŞ-si tərəfindən axtarışdadır. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 2(057)- 568/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh X1rşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 570 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 nikah pozulandan sonra anası X7 yanında qalması qət edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X3 yaşayış yeri məlumdur, o, axırıncı dəfə RF-da Leniqrad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə RF-nın 159-cu maddəsinin 2 və 3-cü hissəsi, 69-cu maddəsinin 5-ci hissəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmişdir.Göründüyü kimi o, faktiki olaraq cəza çəkir onun olduğu yer məlumdur.Ona görə də onun itkin düşmüş hesab olunması barədə M.Çanakcının ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinin tələblərinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə X10 ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar