Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-125/2023 05.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq cəmi 43597,48 manat-bundan 15008,35 manat əsas, 21842 manat faiz, 3914,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,96 manat faiz borcu, 221 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X1 məxsus olan Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 2 otaqlı 15 nömrəli mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakları olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi sonraki ipoteka qoyan X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər ərazi dairəsi tərəfindən verilmiş (Reyestr **********31-05101-093003, Qeydiyyat nömrəsi **********, Seriya MA № 0347544) xx.xx.2012-ci il tarixli çıxarışa əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 38.4 kv.m ümumi, 24.6 kv.m yaşayış, 13.8 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. 19 may 2014-cü il tarixli 134/14 saylı kredit müqaviləsinin təminatı olaraq fiziki şəxs X4 ilə bağlanmış 19 may 2014-cü il tarixli 134/14/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipotekaya qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Sonrakı ipoteka predmetləri tərəflərin razılığı ilə 21000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 sentyabr 2015-ci il tarixli, SAL**********7160001 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 15008,35 manat əsas, 21842 manat faiz, 3914,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,96 manat faiz borcu olmaqla, cəmi 43597,48 manat təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 14, mənzil 15 yerləşən mənzil xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 36 müddətinə İddiaçı ASC-yə ipoteka yüklü edilmişdir. İş materiallarında olan Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 15-də yaşayan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, onlarla İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixində 3 il müddətə ödəmək şərti ilə kredit müqaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsi üzrə ödənişlərin müddəti xx.xx.2018-ci il tarixində icra olunmalı idi. Odur ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasına iddia müddətinin ötürülməsini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh borc məbləğinin güzəşt olunması məqsədi ilə xx.xx.2019-cu il tarixdə verdiyi ərizəyə əsasən iddia müddətinin axımı kəsilmişdir. Həmin tarixdən sonra hesablanan iddia müddəti xx.xx.2022-ci il tarixdə bitir. Tərəflərindən borcun tutulması üçün iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, iddia müddəti bitməmişdən əvvəl müraciət edilmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə Cavabdeh ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yol verilməzdir. İş materiallarında olan borclu Cavabdeh tərəfindən banka verilmiş borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı müavilə üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 15009 manat məbləğində borcunun 60 ay müddətinə restrutrizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini xahiş etmişdir.Ərizə xx.xx.2019-cu ildə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda rəsmi qaydada qeydə alınmışdır. İş materiallarında olan 24 may 2022-ci il tarixli, e-2-2(121)-477/2022 saylı Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 9/9292 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsinə əsasən 7 fevral 2022-ci il tarixli LM022200064 nömrəli restrukturizasiya müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsinin bitmə müddətinədək, yəni xx.xx.2018-ci il tarixinə 15437,30 əsas, 11584,91 faiz, 7 fevral 2022-ci il tarixli LM022200064 nömrəli restrukturizasiya müqaviləsi müddətinədək illik 5%, yəni 15008,35 əsas, 14136,70 manat faiz, maliyyə arayışı müddətinədək illik 1% yəni xx.xx.2022-ci ilədək 15008,35 əsas, 14190,48 faiz borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 10/2868 saylı rəyindən görünür ki, Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 15 nömrəli mənzilinin likvid dəyəri təqribən 17000 manat məbləğində müəyyən olunmuşdur.- İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı iddia müddətini ötürdükdən sonra cavabdehlərə qarşı iddia qaldırmışdır. İşdə olan kredit və ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə 23 sentyabr 2015-ci ildə bağlanmış və borcluya 36 ay müddətinə 16000 manat kredit verilmişdir.Həmin müqavilə xx.xx.2018-ci ilə kimi qüvvədə olmuş və qanunveriliyin tələblərinə əsasən qeyd olunan tələb üçün idda müddəti 3 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı həmin 3 il müddəti ötürməklə 16 avqust 2022-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir.Lakin iddiaçı həmin ərizəyə etiraz edərək Cavabdeh borc məbləğinin güzəşt olunması məqsədi ilə xx.xx.2019-cu il tarixdə verdiyi ərizəyə əsasən iddia müddətinin axımı kəsildiyini bildirmişdir.Həmin tarixdən sonra hesablanan iddia müddəti xx.xx.2022-ci il tarixdə bitir.Tərəflərindən borcun tutulması üçün iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, iddia müddəti bitməmişdən əvvəl müraciət edilmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə Cavabdeh ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yol verilməzdir. Məhkəmə iddiaçının bildirdikləri ilə razılaşmır və belə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamış və yeni hüquq münasibətləri yaranmamışdır. Cavabdehin verdiyi ərizəsi iddia müddətinin axımını kəsmir.İpoteka müqaviləsi də əsas öhdəliyin icrasının təmini üsulu kimi əlavə öhdəlikdir.Qeyd edilənlərə əsasən məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cəmi 43597,48 manat-bundan 15008,35 manat əsas, 21842 manat faiz, 3914,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,96 manat faiz borcu, 221 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X1 məxsus olan Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 2 otaqlı 15 nömrəli mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi barədə iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-125/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-125/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver