Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1250/2023 25.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 19121 (on doqquz min yüz iyirmi bir) manat pulun və 147.36 (yüz qırx yeddi manat otuz altı qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 aydır ki, tanıyır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Özünə məxsus mağazası var. Həmin mağazada qızıl məlumatlarının satışı ilə məşğul olur. Aygün qızıl alveri ilə məşğuldur. Əvvəllər ondan müxtəlif adda qızıl məlumatları götürərək pulunu ödəmişdir. Aygün 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər olan müddətdə ondan qolbaq - 2,5 qram 262 manat, sep lerva-15,69 qram 1647 manat, qolbaq kardinal - 10 qram 1050 manat, sep pandora - 6,79 qram 712 manat, qolbaq pandora - 2,88 qram 302 manat, sep İtaliya 750 % - 12,31 qram 1650 manat, komplekt pandora - 12,73 qram 1336 manat, tros Rusiya 23,36 qram 2452 manat, sep İtaliya 750 % - 12,87 qram 1800 manat, sep levra-13,4 qram 1410 manat, komplekt pandora 9,05 qram 950 manat, sırğa Rusiya - 2,01 qram 210 manat, qolbaq kobra - 10,75 qram 1125 manat, komplekt pandora - 8,89 qram 935 manat, sep nal - 4,55 qram 456 manat, sep pandora - 1 qram 105 manat, sep zincir - 19,3 qram 2026 manat, kale kobra - 20,7 qram 2174 manat, sep kardinal - 19,9 qram 2089 manat, sep kobra - 7,44 qram 781 manat, qolbaq plastıva - 2,04 qram 214 manat, qolbaq kardinal - 2,86 qram 300 manat, qarnaturı - 12,87 qram 1351 manat, saat - 13 qram 1365 manat, sırğa rus - 9,6 qram 1008 manat dəyərində müxtəlif növ qızıl məmulatları satmaq üçün götürmüşdür. Həmin qızıl məmulatlarının ümumi dəyəri 31121 manat təşkil etmişdir. Aygün bu günə qədər 12 000 manat ona qaytarmışdır. 19121 manat borclu qalmışdır. Dəfələrlə pulu istəməyinə baxmayaraq ona pulu qaytarmaq üçün imkanı olmadığını bildirmişdir. O, Aygünə bildirmişdir ki, ona satmaq üçün verdiyi qızılları o da, başqa şəxslərdən götürmüşdür. Həmin şəxslər də onlardan götürdüyü qızılların pulunu tələb edirlər. Çox çətin vəziyyətdədir. Vergi ödəyicisi olduğunu bildirmişdir. Bundan başqa əldə etdiyi gəlirlərdən qanunla nəzərdə tutulmuş qaydada vergiyə, DSMF-na ödənişlər edir. Aygünün təqsiri üzündən o bunu edə bilməmişdir. 19121 manatlıq qızıl məmulatlarından qazanc əldə etməmişdir. Əlavə olaraq 19121 manat ziyan etmişdir. Əgər Aygün ondan aldığı 19121 manatlıq qızıl məmulatlarının pulunu ona vaxtında versə idi o da həmin puldan qanunda nəzərdə tutulmuş qaydada vergiyə, DSMF-na ödənişlər edərdi. Aygün ona olan borcunu ödəmədiyi üçün məcbur olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh qarşı məhkəmədə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, ilkin iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarından 3 adda qızıl məmulatlarını həmin siyahıya əlavə etmədiyini. Komplekt 18,74 qram dəyəri 1968 manat, sep kole 12,63 qram dəyəri 1327 manat və sep nazik 1,1 qram dəyəri 116 manat. Bildirir ki, iddianın həcmi dəyişmir. Lakin iddia ərizəsi tərtib edilən zaman hazırkı ərizəsində göstərdiyi 03 adda qızıllar ilkin iddia ərizəsinə əlavə edilməmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh dəfələrlə ondan qızıl-zinət əşyaları almışdır. Bir neçə dəfə olmuşdur ki, Cavabdeh mağazada olduğu vaxt və ya Yeganə və Sevinc mağazada olduğu zaman Aygün də mağazaya gəlmişdir. Ümumilikdə Cavabdeh 31000 (otuz bir min) manatlıq qızıl-zinət əşyası satmışdır. Həmin qızıl-zinət əşyalarına görə ümumilikdə Aygün tərəfindən ona 12000 (on iki min) manat qaytarılmış, 19000 (on doqquz min) manat isə borclu qalmışdır. Aygünlə onun arasında dəfələrlə qızıl-zinət əşyalarının sifarişi, borclu olduğu pulların qaytarılmasını təsdiq edən “CD” disk təqdim edərək, səs yazısının Aygünlə onun arasında “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsi vasitəsi ilə aparıldığını, Aygünün borclu olduğu pulu qaytara bilməməsini xəstələnməsi və müalicəsinə xərcləməsini göstərmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Şahmardan aldığı qızılları Sevincə vermişdir. Sevinc və Yeganə onu məcbur etdikləri üçün iddiaçıdan qızıl almışdır. İddiaçı özü də bilirdi ki, qızıllar Sevinc ilə Yeganəyə verirəm. Yeganə, X5 və X2 onu qorxudaraq, ailəsinə yalan məlumatlar verəcəkləri ilə borcla şantaj edərək onu intihar həddinə çatdırmışlar. O, bütün bu olanlardan sonra intihar etmək istəmişdir. Onun şikayətinə baxılmır. Dəfələrlə polis orqanlarına və prokurorluğa şikayət etmişdir, şikayətinə baxan yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi A.Məmmədov tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 1300 nömrəli arayışdan görünür ki, Ağayev X7 şəhəri, A.Ağazadə küçəsi 106 saylı ünvanda yaşayır. İş materiallarında olan 16 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh özünü öldürməyə cəhd etməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması səbəbindən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan iş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli etiraz ərizəsindən görünür ki, “X2 ilə 2019-cu ildən bjuteriya alverçisi kimi tanımışdır. Sonradan münasibətləri ailəvi gediş-gəliş qonağa çevrilmişdir. 2021-ci ildə Sevinc ona zəng edərək Yeganə adlı xanımdan faizlə 90000 manat pul sələmə götürdüyünü demiş və evində ailə üzvləri bilməsin Elxan bilsə dava edəcək ailəsi dağılacaq ondan xahiş etdiki Yeganə qapısına gəlməmək üçün o, ona demişdir ki, pulu Aygünə vermiş, səndə telefonda ona deyərsən Sevinc düz deyir. Sevinc onun nömrəsini Yeganəyə vermiş və ona zəng edərək Sevinc öz evinə çağırmış Yeganə onlardadır gəl. Halbuki, o heç vaxt Yeganə ilə tanışlığı olmamış əsla bu günə kimi heç kimdən sələmə pul götürməmişdir. Onlar ailədə çətinlikləri olanda dövlət bankından kredit götürmüşlər. Onu evinə çağıranda Sevincin evinə girəndə onların ikisidə oturmuşdu, Sevincin də, Yeganənin də qarşılarında vərəqlər var idi. O, öz fikrini bildirdi ki, axı onun puldan xəbəri yoxdur Yeganə xanıma əsla ona pul verilmədiyini demiş, buna baxmayaraq Sevinclə Yeganə onu maşına mindirmişlər. O maşının içində də, Yeganəyə bildirmişdir ki, Sevinc o pulu onun boynuna qoyur, onun xəbəri yoxdur. O pul kimdədir kim alaraq sizdən xərcləmiş özünüz maraqlanın. Evinə salamat gəlməyinə həyəcan yaşamış, qorxmuş onlardan, o iradəsiz, zəif və qorxaq insan olduğunu bildirmişdir. Evindən Yeganəyə zəng etdi ki, ona heç bir pul verilməmiş, siz öz pullarınızın dalınca düşün onluq burda heç bir şey yoxdur. Yeganənin ona cavabı isə ona dəxli yoxdur Sevinc deyir Aygünə vermişəm olmuşdur. Bu iki qadının hərəkətinə əlbir olub kiminsə zəifliyindən istifadə etmək deyirlər. Yeganə taksidə ona öz dəsti xətti ilə yazdığı bir siyahı vermiş və demişdir ki, bu vərəqi köçür başqa vərəqə bu vərəqi ona qaytararsan. Hələdə həmin əlyazma ondadır, ərizəsinə əlavə etmişdir. Sevinc əlbir olduğu xanımlarla birləşərək Yeganə İlham qızı, X5, X2 onu qorxudmaqla ailəsinə yalan məlumatlar verəcəkləri ilə borcla şantaj edərək onu intihar həddinə çatdırmışlar. O, 2023-cü ilin aprel ayında özünü Kür çayına atan zaman birinci həyat yoldaşı tutmuş, 2-ci intiharında əri işə getdikdən sonra 04 qutu Prabeqin - 75 tabletkasını bir dəfəyə qəbul etmiş huşunu itirmiş xəbəri olmamış xəstəxanada 02 gün sonra ayılmışdır. Bunları onun başına bu üç qadın və qızıl satanlar X8, X1, İddiaçı, X6 onun üzünü görmədən, onu tanımadan Sevincə qızılları vermiş, sonunda onu evinə aparan Sevinc onu Gülşənin evinə apararaq orada Gülşən ona məcburi yazdırdı ki, hissə-hissə 17000 manatlıq qızıl almısan. O, öz həyatının təhlükədə olduğunu görəndə başa düşdü ki, onu acizliyinə görə tora salmışlar. Hətta onu bazar yolunda evi olan Mərcan adlı yaşlı bir qadının evinə Əliyeva Raisə, İsmayılova Sevinc, Nəsirova Fəridə birlikdə apararaq orada ona balalarını oğurlamaqla hədələyərək evini yandırmaqla hətta üzr istəyərək həmin evdə çılpaq şəkillərini çəkib paylaşaraq qorxudaraq istədikləri kimi ona qızıl 54000 manatlıq borc müqaviləsi yazdırmışlar. Bunu yazdırandan 02 gün sonra əri ilə onu Arbatan yolunda Raisənin yeznəsi Sevincin əri Rüfət İsmayılov öz maşınına mindirərək qarşılarına müxtəlif kağızlar qoymuş və imzalamalarını demişdir. Əri axı o heçnə bilmir demiş, o da, ağlayaraq Rüfətin ayaqlarına düşmüşdür. Yalvarmışdır ki, onları buraxsın nə desələr edəcəklər demişdir. Onlara həmin kağızlara imza etdirib buraxdılar. Bütün işin başında Sevinc olduğundan onun əlləri nə qızıl, nə də pulu görmüş heç nədən xəbərsiz adların qeyd etdiyi şəxslərin kələyinə düşmüşdür. Onda əl yazısı və vatsap səs yazmaları vardır. O, günahsızdır. Ondan qorxuda-qorxuda 3000 manat Yeganə qaynatasını göndərərək almışdır. 1500 manatı isə Yeganə özü qaynatası ilə gələrək ondan almışdır. Onu xilas etmək üçün qohumlar bank kreditinə girərək 4000 manat Sevincin evində Fəridəyə vermiş, 2000 manat Fəridəyə “Al market”-in qarşısında vermişdir. Atası ona görə iri buynuzlu heyvanlarını satmış, onlar ailəni qorxaq görən şəxslər hətta adlarını ilk dəfə eşitdikləri, üzünü görmədikləri adamları üzərlərinə qaldıraraq pula ehtiyacı olan hər kəsi gedin Aygünü qorxudun, borclusan deyərək pul istəyin demişlər. Üzləri kimləri görmədi ki, adlarını qeyd etdikləri şəxslərin sayəsində. Onların intihardan başqa çıxış yolları qalmamışdır. Onun onlar dediyi kimi qızılı, pulu olsaydı özünə vəkil tutmağa pulu olardı. Möhtərəm hakim ədalətli qərarınıza ehtiyacları var bu məsələnin dəqiq araşdırılması çox qapalı qalmış haqsızlıqların üstünü aça bilər. Ondan tələb olunan nə qızılları, nə pulları görməmiş və əlinə almamışdır. Ona qurulan tələdən onu xilas etməklə balalarını anasız qalmaqdan xilas etmiş olarsınız. Evi koma, geyimi kölə, üzərində zinəti yox, maşınları yox əri bərbər işləyir. Uzaqdan görünən dağa bələdçi lazım deyildir. Ədalətli qərar verilməsini xahiş etmişdir”. İş materiallarında olan X3 tərəfindən tərtib olunmuş 21 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 02 qram 04 ağırlığında 585 əyyarlı plastinka qolbaq 214 manat, 2 qram 86 ağırlığında 583 əyyarlı kardinal qolbaq 300 manat, 12 qram 87 ağırlığında 585 əyyarlı dəst (üzük, sırğa, sep, qolbaq) 1351 manat, 13 qram ağırlığında 583 əyyarlı saat 1365 manat, 9 qram 600 ağırlığında 583 əyyarlı 1008 manat, 18 qram 74 ağırlığında 585 əyyarlı dəst (üzük,sırğa,sep,qolbaq) 1968 manat, 12 qram 63 ağırlığında 583 əyyarlı nal sep 1327 manat, 01 qram 100 ağırlığında 585 əyyarlı sep 116 manat olmaqla, ümumilikdə 31121 manat təşkil edir. İş materiallarında olan X3 tərəfindən tərtib olunmuş 21 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 09 qram 05 ağırlığında 583 əyyarlı pandora dəst (üzük, sırğa) 950 manat, 2 qr 01 ağırlığında 585 əyyarlı sırğa 210 manat, 10 qram 75 ağırlığında 583 əyyarlı kobra qolbaq 1125 manat, 8 qram 89 ağırlığında 585 əyyarlı pandora dəst (üzük, sırğa) 935 manat, 4 qram 55 ağırlığında 585 əyyarlı nal sep 456 manat, 1 qram ağırlığında 585 əyyarlı sep 105 manat, 19 qram 300 585 əyyarlı sep 2026 manat, 20 qram 700 583 əyyarlı kobra sep 2174 manat, 19 qram 900 ağırlığında 583 əyyarlı kardinal sep 2089 manat, 7 qram 44 ağırlığında 583 əyyarlı kobra sep 781 manat təşkil edir. İş materiallarında olan X3 tərəfindən tərtib olunmuş 21 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2 qram 500 ağırlığında 583 əyyarlı qolbaq 262 manat, 15 qram 69 ağırlığında 583 əyyarlı lezva sep 1647 manat, 10 qram ağırlığında 583 əyyarlı kardinal qolbaq 1050 manat, 6 qram 79 ağırlığında 583 əyyarlı sep 712 manat, 2 qram 88 ağırlığında 585 əyyarlı qolbaq 302 manat, 12 qram 31 ağırlığında 750 əyyarlı italyan sep 1650 manat, 12 qram 75 ağırlığında 585 əyyarlı pandora dəst (üzük, sırğa) 1336 manat, 23 qram 36 ağırlığında 583 əyyarlı tros 2452 manat, 12 qram 87 ağırlığında 750 əyyarlı sep 1800 manat, 13 qram 400 ağırlığında 583 əyyarlı lezva sep 1410 manat təşkil edir. Bundan başqa, iş materiallarında İddiaçı ilə Cavabdeh arasında “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsi vasitəsi ilə baş tutan qarşılıqlı səsli müraciətlərin olduğu “CD” disk əlavə edilmişdir. Məhkəmə təqdim edilmiş səs yazısının sübut kimi qəbuledilənliyi məsələsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bu baxımdan şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə nəticəsində əldə olunmamış, şəxsi və ailə həyatı sirrini özündə əks etdirməyən heç bir səs yazısı özüözlüyündə Konstitusiyanın 32-ci maddəsinin mənası baxımından şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Baxılan işdə məhkəməyə təqdim edilmiş səs yazısında isə tərəflərin qızıl-zinət əşyalarının alqı-satqısı və pul münasibətlərindən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks edilməmişdir. Həmçinin, milli qanunvericilikdə də şəxsi və ailə həyatına qanunsuz müdaxilə etmədən və bu məqsədlə hərəkət etmədən iki nəfər arasında aparılmış söhbətin onlardan birinin xəbəri və ya razılığı olmadan qeydə alınmasını birbaşa qadağan edən norma mövcud deyildir. Başqa sözlə, belə bir yazı yalnız o halda qanunsuz hesab edilə, o cümlədən məhkəmə baxışında sübut kimi yolverilməz sayıla bilər ki, şəxsi toxunulmazlıq hüququna qanunusuz müdaxilə məqsədləri üçün qeydə alınsın və istifadə edilsin. Üstəlik, İddiaçı ilə Cavabdeh arasında müxtəlif tarixlərdə qarşılıqlı göndərilmiş 96 səs yazısından “57” başlıqlı səs yazısında Cavabdeh “bu gün əmək haqqısını alacağını, hazırda 1700 manatının olduğunu, ayın axırı da 1900 manat loteraya götürəcəyini, sabah 1700 manat gətirib vermək istədiyini, davamlı işləmək istədiyini, hardasa 50 qrama yaxın mal istəyən olduğunu” ifadəsini işlətmişdir. İddiaçı ilə Cavabdeh arasında aparılmış səs yazısının “Sevinc – Yeganə” başlıqlı səs yazısında Cavabdeh “Sevinclik, Yeganəlik bir iş olmadığı barədə” ifadə işlətmişdir. Cavabdeh iddiaçıya göndərdiyi “50-60 qram” başlıqlı səs yazısında Cavabdeh “Şahmar qardaş 50-55-60 qrama yaxın qızıl götürsə, istəyənlər var, ilkin ödəniş nə qədər alarsan, hərəsindən iki yüz, üç yüz yığsa, iki min yığa bilər” ifadəsini işlətmişdir. İddiaçı Cavabdeh göndərdiyi “20-30 min” başlıqlı səs yazısında “Ay Aygün sən mənə demişdin yanvarda sənə yaxşı pul verəcəm, hələ verməmisən, adında 27000 (iyirmi yeddi min) manat puldu, ondan da 7000-8000 manat, 9000 manat vermisən, adında 20000 - 19000 manat pul var. Qızlara 5000, 6000, 7000 manatlıq qızıl vermişəm. Cavabdeh iddiaçıya göndərdiyi “50-60 qram” başlıqlı səs yazısında Cavabdeh “yanvarın ona aidiyyəti yoxdur ay qardaş, mən sənə keçən səfərdə dedim ki, fevralın 5-ə kimi mən inşAllah yaxşı pul verəcəm sənə, mən sözümdə dururam, ona narahat olma, bu başqa şeydi, imkan var ver” ifadəsini işlətmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh özü iddiaçıya səs göndərmişdir. Bu baxımdan cavabdehin və iddiaçının birinin digərinə göndərdiyi səs yazıları məqsədli şəkildə göndərilmişdir. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsi vasitəsi ilə aparılan 07 vərəqdən ibarət yazışmanın ksero surəti əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, səs yazıları və yazışmalar həqiqətin müəyyən olunmasında hakimin əsaslı daxili inamını yaratmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 100) Təqdim edilmiş səs yazıları və yazışmalar hazırkı mübahisə üzrə həqiqətin müəyyən olunmasını təmin etməyin ən mühüm vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutların qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçılar mübahisənin qanuni yolla həll etmək üçün bütün yollara əl atmış, başqa vasitə görmədiklərindən son çarə kimi, hüquqlarının pozulduğunu sübut etmək və onların bərpasını təmin etmək məqsədilə cavabdehin səsini yazmışdır. Beləliklə, məhkəmə Konstitusiyanın 32-ci maddəsində müəyyən edilmiş məhdudiyyətin məqsədləri, 125-ci maddəsinin Vİİ hissəsinin ifadə olunmuş həqiqətin müəyyən edilməsi prinsipinin tələbləri baxımından baxılan iş üzrə məhkəməyə təqdim edilmiş səs yazısının əks olunduğu sübutu mümkün hesab edir. Qeydə alınmış səs yazısının həqiqətən İddiaçı ilə Cavabdeh aid olub-olmamasına münasibətdə qeyd edilməlidir ki, səs yazısının bu iki şəxs arasında baş tutması mübahisəsizdir. Belə ki, danışıqların ümumi mətnindən görünür ki, bütün danışıq birbirlərinə Şahmar və Aygün kimi müraciət edən iki şəxs arasında qeydə alınmışdır. Danışıq zamanı Aygün Şahmardan qızıl-zinət əşyaları aldığını, xəstələndiyini, xadimə işlədiyni, pulu hissə-hissə olmaqla ödəyəcəyini, 19000-20000 manat borcu olduğunu bildiyini, 50- 55-60 qram yenindən nisyə qızıl satmaq üçün istədiyini, Sevinc və Yeganə adlı qadınların adları qadınlardan onun haqqında soruşmasını. Şahmar isə Aygündən nisyə aldığı qızılzinət əşyalarının pulunu verməsini, 19000-20000 manat borclu qaldığını, qızıl mağazası işlətdiyini, yeni malı almağa pulunun olmadığını, pullarını tələb etdiyini, yeni mal verməyəcəyini bildirmişdir. Səslərin ümumi məzmunundan görünür ki, bu səslər iddiaçı ilə cavabdehə məxsusdur. Göründüyü kimi iş materiallarına əlavə edilmiş və cavabdehə aidliyi heç bir şübhə doğurmayan, cavabdeh tərəfindən də qəbul edilən səs yazısında Cavabdeh qeyd etdikləri ilə onun məhkəmə iclasında verdiyi izahatda və etiraz ərizəsində qeyd etdikləri bir-birinə ziddir. Belə ki, o, müvafiq səs yazısında qızılları Sevinc və Yeganə adlı qadına deyil, ayrıayrı adını çəkmədiyi şəxslərə satdığından bəhs etmiş, İddiaçı 19000-20000 manat borcu qaldığını qəbul etmişdir. O, müvafiq səs yazısında borcu verəcəyini bildirsə də məhkəmə iclasında aldadıldığını, iddiaçıdan götürdüyü qızıl-zinət əşyalarını özü üçün deyil Sevinc və Yeganə üçün götürdüyünü desə də cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatında qeyd edilənlər işin həqiqi hallarının gizlədilməsi məqsədi daşıyır və inandırıcı hesab edilə bilməz. Beləliklə, sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli 19121 (on doqquz min yüz iyirmi bir) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 147.36 (bir yüz qırx yeddi manat otuz altı qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 19121 (on doqquz min yüz iyirmi bir) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 147.36 (yüz qırx yeddi manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli