Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1263/2023 14.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-548/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh sabit pul məbləğində olmaqla 220 manat alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə olan nikahının xx.xx.2012-ci il tarixində pozulması Salyan Rayon Qeydiyyat Şöbəsində 66 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Qətnaməyə əsasən uşağın onun yanında saxlanılması və cavabdehdən uşağın saxlanılması üçün hər ay 50 manat alimentin alınıb ona verilməsi barədə qərar çıxarılmışdır. Bu Neftçala rayon İcra qrupunun arayışından da görünür. Birgə nikah dövründə xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün bir uşağın yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq o, cavabdehdən alimentin artırılmasını tələb edir. xx.xx.2023-cü il tarixdə X10 üçün müraciət etmişdir və buna görə də, alimentin artırılması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün bir uşağın yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq o da, cavabdehdən sabit məbləğdə olmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat alimentin tutulmasını istəyir. X2 iştirakı ilə mediasiya keçirilmiş, X10nda iştirak edilməməsi baradə arayış təqdim edilmişdir. Alimentin artırılmasının mediasiyaya müraciət edilən tarixdən hesablanılmasını istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də, verilə bilər. Qeydiyyat yerinin Salyan rayonu, Aşağı Kürkənd kəndi olduğu üçün Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdən, hesablanmaqla Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən sabit məbləğdə olmaqla 220 (iki yüz iyirmi) manat alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin ticarətlə məşğul olduğunu, onun torpaq sahəsinin olduğunu, 2011-ci ildən 50 manat aliment kəsildiyini, ayda 50 manat aliment verdiyini, 8 ildir ki, uşağı ilə maraqlanmadığını, hər ay 50 manatdan başqa ayda 150-200 manat kömək etdiyini, təqribən mart ayından kömək etmədiyini bildirmiş, əkinçiliklə məşğul olduğunu, heyvanı olduğunu, ailə qurduğunu, hazırda iki uşağı olduğunu bildirmişdir. Həmçinin İddiaçı cavabdehin əvvəllər ona 50 manat alimentdən əlavə 2019-cu ildə o, ev almaq istəyərkən ona 1000 manat və 500 manat pul verdiyini, cavabdehin ona 4500 manat pul vermədiyini, o, 175 manat aliment tələb etdiyini, uşağının əlaçı olduğunu, 1-ci sinifdən əla qiymətlərlə oxuduğunu. , ikinci ailəsindən olan uşağının xəstə olduğunu, anasının və özünün də, xəstə olduğunu və imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, hər ay 80 manat aliment ödəyə biləcəyini bildirmişdir. Cavabdeh ifadəsində, iddiaçının ona uşağın xatirinə köməklik göstərməsini, ev alacağını bildirmiş, o, bankdan pul götürüb iddiaçıya verdiyini, pulu “Ay İşığı” mağazasında Əhədova Zəhranın adına keçirtdiyini, sonra yenidən iddiaçının ondan min manat pul istədiyini, o isə iddiaçıya pulunun olmadığını bildirmiş, bu səbəbdən də, iddiaçının onu məhkəməyə verdiyini bildirmişdir. Cavabdeh pulu iddiaçının kartına atdığını, sonradan iddiaçının ona pulu karta göndərməməsini söylədiyini, cavabdeh isə Mübariz müəllimə 600 manat pul verdiyini və sonuncunun bu işi özü həll edəcəyini, həmçinin bəzi aylarda 500 manat pul ödədiyini, 2022-ci ilin noyabr ayından krediti götürüb iddiaçıya verdiyini, həm aliment, həm də, kredit ödədiyini, indi isə imkanının olmamasını və daha 2 uşağının olmasını ayda 80 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X8 Şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh nikahları xx.xx.2012-ci il tarixdə ləğv olunmuşdur. İş materiallarına olan Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2011-ci il tarixli, 2(057)-548/2011 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X9 arasında xx.xx.2009-cu il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 19 iyul 2008-ci il tarixdə anadan olmuş X5 nikah pozulandan sonra anası X4 yanında qalmış, tərəflərin birgə nikahından 19 iyul 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 19 sentyabr 2011-ci il tarixdən başlayaraq, hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, birgə nikahlarından doğulan 19 iyul 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2011-ci il tarixli, 2(057)- 548/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 iyul 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-548/2017 saylı, 10 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 46.40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1263/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1263/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver