Məhkəmə qərarları › İş №2(057)-1267/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1267/2023

13.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1267/2023 13.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnın iştirakı ilə pul tələbləri barədə mülki işə 13 oktyabr 2023-cü ildə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əliyev X7 Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ümumilikdə 39850 manat və ödənilmiş 209,55 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh Salyan Rayon Məhkəməsinə vermiş olduğu qarşılıqlı iddia ərizəsində ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, cavabdeh İddiaçı 87100 manat və 381,30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı 2019-cu ilin avqust ayında "xxxx" ASC-dən 200.000 manat kredit götürüb həmin puldan 20000 manatı Cavabdeh vermişdir. 20000 manat pula görə iddiaçı banka 12000 manat faiz ödəmişdir.2020-ci ilin dekabr ayında cavabdeh iddiaçının işlətdiyi YDM-də ondan 1500 manat pul borc almışdır. Eyni zamanda iddiaçı cavabdehə 11500 ABŞ dolları dəyərində olan Mercedes E220 markalı 90 DU713 markalı avtomaşını satmış və cavabdeh həmin avtomaşının pulundan bir hissəsini ödəmiş, 6950 manat isə borclu qalmışdır.Cavabdeh borc aldığı 1500 manatdan 600 manatı qaytarmış, qalan hissədə isə borclu qalmışdır.Cavabdeh özü yazılı qəbz yazaraq 20000 manat və həmçinin 5500 manat maşina görə borclu olduğunu etiraf etmişdir.Cavabdeh iddiaçıya sonuncunun bankdan götürdüyü kreditə görə 12000 manat faiz ödəməlidir.Cavabdeh öz ərizəsində iddiaçıya olan borcunu etiraf etmişdir. Eyni zamanda iddiaçının cavabdehlə olan telefon danışığı zamanı faiz borcunu etiraf etmişdir.İddiaçı cavabdehə aid olan evi satmamış, bu barədə Yasamal Rayon Prokurorluğunda yoxlama aparıdmış və həmin fakt öz təsdiqini tapmamışdır.Odur ki, ilk iddianın təmin qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul edir.2019-cu ildə İddiaçı 20000 manat borc almış, 2010-cu ildə İddiaçı əmlaklarını əlindən çıxarılmasından sonra o vaxtın pulu ilə 10000 ABŞ dolları dəyərində, yəni 7800 manat dəyərində olan 1955-ci buraxılışı olan “Mercedes” markalı maşını ona satmışdır. Həmən məbləğin 2800 manatını qaytarmış, 5500 manat borclu qalmışdır. 2019-cu ilin may ayında Mayıldan 1500 manat məbləğində borc almış və həmin puldan 600 manatı qaytarmış, nəticədə ümumilikdə 25900 manat borclu qalmışdır. Bank qarşısında öhdəlik götürmədiyindən İddiaçı öhdəlikləri üçün cavabdeh deyildir. 2010-cu ildə onun rəhbərlik etdiyi hərbi hissənin maliyyə rəisi dövlət əmlakını oğurladığı üçün məcburiyyət qarşısında qalaraq pula ehtiyacı olduğundan Mayıldan 37000 manat pul almışdır.Buna görə Mayıla Nazimin adına olan evin müqavilə sənədlərini vermişdir. Bir müddət keçəndən sonra Mayılla bacanağı Nazim arasında mübahisə yaranmışdır.Sonradan ona məlum olmuşdur ki, Mayıl Nazimin adına olan evi saxtakarlıq yolu sənədləşdirib satmışlar.Ona görə Korrupsiya İdarəsinə və daha sonra Yasamal Rayon Prokurorluğuna müraciət etmiş, sonuncu təşkilat ona məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İddiaçı satdığı mənzilə görə ona 87100 manat pulu rüsumla birlikdə ödəməlidir. İddiaçı olan 25900 manat borcunu qəbul edir. İddiaçılə olan telefon danışığında 4567 manat faiz borcunun ona verməli olmasını öhdəsinə götürməmiş,başqa banklardan götürülən 20000 manat pula görə 4567 manat faiz ola biləcəyini demək istəmişdir.Odur ki, hər iki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə elan olunmuş Cavabdeh adından yazılmış qəbzdən görünür ki, sonuncu İddiaçı 25500 manat borcunu etiraf etmişdir. Yasamal Rayon X1 ünvanlanmış 24 may 2023-cü il tarixli 746-Ş-23 saylı məktubun surətindən görünür ki, X6 ilə "xxxx" MMC xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Taııblı küçəsində MMC tərəfindən tikilməkdə olan 1123 saylı mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır.xx.xx.2011-ci ildə X6 həmin mənzili X2 39000 manata satdığı qeyd olunmuşdur.Həmçinin müəyyən olunmuşdur ki, mənzilin faktiki mülkiyyətçisi Cavabdeh olmuşdur. Yasamal Rayon X1 ünvanladığı 24 may 2023-cü il tarixli 746-Ş-23 saylı məktubunda qeyd edilən xüsusatlar "xxxx"MTK-nın Yasamal Rayon Prokurorluğuna ünvanladığı 18 may 2023-cü il tarixli, 73 saylı məktubunda bir daha öz təsdiqini tapmışdır. Məhkəmədə baxış keçirilmiş bir ədəd fleş karta qulaq asılarkən İddiaçı ilə Cavabdeh arasında olan danışıqda iş üçün əhəmiyyət kəs edən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə hər iki tərəfi dinliyəib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı 20000 manat borc almış, həmin pulun heç bir hissəsini ödəməmişdir. Eyni zamanda Cavabdeh 1500 manat pul almış və həmin puldan 600 manat öədmiş, 900 manat borclu qalmışdır.Cavabdeh aldığı maşina görə isə 5500 manat borclu qalmışdır.Cavabdeh 20000 manatı və maşina görə olan 5500 manat borcunu qarşı tərəfə yazılı qəbz verməklə etiraf etmiş,digər 1500 manatdan isə 900 manat borclu olmasını məhkəmə baxışı zamanı etiraf etmişdir.Ona görə də məhkəmə qeyd edlən məbləğlərin Cavabdeh alınıb İddiaçı verilməsini daha doğru hesab edir. İddiaçı digər tələbləri isə məhkəmə baxışı zamanı təsdiq olunmadığından iddia həmin hissədə rədd olunmaılıdır. Cavabdeh iddiası ilə bağlı məhkəmə qeyd edir ki, sonuncunun tələbi heç bir sübutla təsdiq olunmur və qarşı tərəf də həmin tələbi etiraf etmir.Ona görə də iddia həmin hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsində qeyd olunmuşdur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 26400 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 138,85 manat alınıb İddiaçı verilsin. İlk iddia qalan hissədə, qarşılıqlı iddia isə tam həcmdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar