Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1270/2024 30.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2070 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Çadırlı kəndində yaşayır. Cavabdeh onun pensiya sənədlərini düzəltmək adı ilə birinci dəfə Salyan rayonu, Çadırlı kənd ərazisində fərdi yaşayış evində 1600 manat, ikinci dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində fərdi yaşayış evində 400 manat, üçüncü dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində yerləşən “Kamil Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında oğlu X1 300 manat və sonuncu dəfə həmin yerdə 420 manat olmaqla, ümumilikdə 2720 manat pul almışdır. Cavabdeh 2720 manat pulun 650 manatını qaytarmışdır. İstintaq zamanı cavabdeh əməlini etiraf etmişdir. Salyan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(057)-44/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ona maddi ziyanla bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüquqi izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, bütün izahatlarında iddiaçıdan 1600 manat pul aldığını bildirmişdir. Həmin puldan 1040 manat qaytarmışdır. Hazırda 560 manat borclu qalmışdır. Həmçinin bildirmişdir ki, barəsində qəbul olunmuş Salyan Rayon Məhkəməsinin 1(057)-44/2024 saylı, xx.xx.2024cü il tarixli hökmündən apellyasiya şikayəti verəcəkdir. Ona görə də, hazırki işin təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə cavabdehdir. İddia tələbini qismən qəbul edir. Onun iddiaçıya 560 manat borcu qalmışdır. Bunları nəzərə alaraq, iddianın qismən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 1(057)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan TTYŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində saat 13:40-da Salyan MRX-nin TY bölməsinə müraciət etmişdir. Müayinə olunduqdan sonra ona hipertenziya xəstəliyi nevrotik hal başın ənsə nahiyyəsinin əzilməsi (xəstəlik) diaqnozu qoyulmuş və müvafiq tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən “Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır”. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir”. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Əsədov X3 Şəhnaz Mahmud qızına onun oğlu X4 pensiyasını bərpa etdirmək adı ilə özünün geniş əlaqələri və təsir imkanlarının olması barədə yalan məlumatlar verərək, inandırıb 2022-ci ilin avqustoktyabr ayları ərzində Salyan rayonu, Çadırlı kəndi ərazisində İddiaçı ona məxsus fərdi yaşayış evində 1600 manat, ikinci dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində İddiaçı ona məxsus fərdi yaşayış evində 400 manat, üçüncü dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində yerləşən “Kamil Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında iddiaçının oğlu X1 300 manat, sonuncu dəfə isə Salyan rayonu, Çadırlı kəndi ərazisində yerləşən “Kamil Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında iddiaçının oğlu X2 420 manat pulu ələ keçirib, İddiaçı cəmi 2720 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Salyan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(057)-44/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ona görə də, iddiaçının məhkəmədə irəli sürdüyü iddia tələbi əsaslıdır. Beləliklə, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmaqla pul əldə etməsi və iddiaçıya yuxarıda göstərilmiş məbləğlərdə maddi ziyan vurmuş olması hökmlə sübut edildiyindən mübahisəsizdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 2070 (iki min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Cavabdeh 2070 (iki min yetmiş) manat pul və 41 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 41.40 manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2070 (iki min yetmiş) manat pul və 41.40 (qırx bir manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2111.40 (iki min yüz on bir manat qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1270/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1270/2024
30.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver