Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-128/2023 13.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə 13 yanvar 2023-cü ildə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" MMC Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsində lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azərmaş “ MMC ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən T.Abdullayevin sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFLE220463 ban nömrəli, boz rəngli avtomobil 13300 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 17 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 13 iyun 2020-ci il tarixdə X3, X6 və "xxxx" MMC arasında MAS-2146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə N.Hüseynov bütün öhdəlikləri öz üzərinə götürmüşdür.19 iyun 2020-ci il tarixdə X6, X10 və "xxxx" MMC arasında MAS-2146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə A.Xramov bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 iyul 2020-ci il tarixdə X10 , Cavabdeh və "Azərmaş” MMC arasında MAS-2146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 27 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 6580.50 manat məbləğində ziyan dəymişdir.Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 16 mart 2022-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 may 2022-ci il tarixə ümumilikdə 945.64 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.“Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz hesanlanmaqla cərimə ödəyir.“Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir."Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir.“Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Odur ki, Cavabdeh 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 may 2022-ci il tarixə 458.52 manat gecikdirilmiş əsas, 203.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 283.80 manat dəbbə pulu, 6580.50 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 7526.14 manat borc və ödənilmiş 95.67 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC-nin direktoru R.A.İsmayılov rayon məhkəməsinə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.Ona gorə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh qeydiyyatda olduğu ünvana bidiriş göndərilmiş, “ bu ünvanda yaşamır” qeydli poçt xəbərnaməsi məhkəməyə geri qaytarılmışdır.Ona görə də məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 15 fevral 2020-ci il tarixli, MAS-2146 saylı daxili lizing müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən T.Abdullayevin sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFLE220463 ban nömrəli, boz rəngli avtomobil "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materialında olan öhdəliklərin ötürülməsi barədə 13 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, 15 fevral 2020-ci il tarixli, MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X1 X4 ötürülmüşdür. İş materialında olan öhdəliklərin ötürülməsi barədə 19 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, 15 fevral 2020-ci il tarixli, MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X2 X9 ötürülmüşdür. İş materialında olan öhdəliklərin ötürülməsi barədə 24 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, 15 fevral 2020-ci il tarixli, MAS-2146 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X7 Cavabdeh ötürülmüşdür İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 27 may 2022-ci il tarixə 458.52 manat gecikdirilmiş əsas, 203.32 manat gecikdirilmiş mükafat və 283.80 manat cərimə borcu var. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və ödəməyəcəyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirmilmişdir. İş materiallarında olan Azərmaş” MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri 3490,50 manat və ümumi xidmət haqqı 3090,00 manat olmaqla cəmi 6580,50 manat dəyərində ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi həyata keçirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçı təşkilatdan 15 fevral 2020-ci il tarixli, MAS-2146 saylı “Daxili lizinq” müqaviləsinə və öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAVVO1HHFLE220463 ban nömrəli, boz rəngli avtomobil "xxxx" MMC-dən təhvil almış və avtomobili yararsız vəziyyətə gətirmiş, iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Ona görədə lizinq obyektinin sahibi avtomobili cavabdehin sahibliyindən geri götürərək dəymiş zərəri və lizinq obyektinin cavabdehin sahibliyinə olan müddət üçün nəzərdə tutulmuş ödənişi tələb etmişdir. Azərbaycan Respublikasının MM-nin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının MM-nin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Azərbaycan Respublikasının MM-nin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Azərbaycan Respublikasının MM-nin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Azərbaycan Respublikasının MM-nin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu əvəzində ödənilmiş 95,67 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 15 fevral 2020-ci il tarixli MAS-2146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 may 2022-ci il tarixə 458.52 manat gecikdirilmiş əsas, 203.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 283.80 manat dəbbə pulu, 6580.50 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 7526.14 manat borc və ödənilmiş 95.67 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-128/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-128/2023
13.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver