Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1282/2023 06.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asfi Xanoğlan oğlunun katibliyi ilə İddiaçı ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati bnasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MMC-nin tərtib etdiyi 16 may 2023-cü il tarixli, 0173/23 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatıın ləğv edilərək, sahəsi 83,9 kvm 4 otaqdan ibarət ünvan 1 ünvanda yerləşən 64 saylı mənzilin likvid dəyərinin 280.000 manat məbləğində müəyyən olunması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə verilmiş ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən icra prosessində olan daşınmaz əmlakın qiymətləndirilməsi və əmlakin ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göründüyü kimi iddiaçı artıq hərrac keçirildikdən sonra qiymətləndiricinin rəyini mübahisələndirmişdir. İddiaçı hazırkı vəziyyətdə eyni zamanda hərracın nəticələrini də mübahisələndirməklə aidiyyəti məhkəməyə müraciət etməklə iddia qaldırmalı idi. Göründüyü kimi iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş və tərtib olunmuş iddia ərizəsi tam deyildir. Ona görə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Artıq hazırkı iddia ərizəsi icraata götürüldüyündən qanunvericiliyin tələblərinə əsasən işə məhkəmədə baxılmalı deyildir.Ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0-cı maddəsində qeyd olunmuşdur ki, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli № 02/2021 Qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. 32.Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur.Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsində qeyd olunmuşdur ki, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114,170 263- 264, 267,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nin tərtib etdiyi 16 may 2023-cü il tarixli, 0173/23 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatıın ləğv edilərək, sahəsi 83,9 kvm 4 otaqdan ibarət ünvan 1 ünvanda yerləşən 64 saylı mənzilin likvid dəyərinin 280.000 manat məbləğində müəyyən olunması barədə iddia tələbi üzrə icraata xitam verilsin. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1282/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1282/2023
06.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver