Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1306/2025 12.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhər sakini uzun illər əvvəl tanıdığı Noğul adlı şəxs ona zəng vurub Cavabdeh adlı şəxsin tanış adam olduğunu bildirib ona satdığı qızılları nisyə alver etmək üçün verə biləcəyimi demişdir. xx.xx.2023-cü il tarixdə Noğulun işlədiyi Salyan şəhəri Məhərrəm Dadaşov küçəsində yerləşən salona getmiş, cavabdeh orada olmuşdur. Noğul xanım narahat olma tanış adam olduğunu demiş, belədə qızının onunla işlədiyini və heç bir problem yaratmadığını, sərbəst şəkildə nisyə alver edə biləcəyini demişdir. Həmin günü 1200 manat dəyərində təqribən 18 qramlıq Türkiyə istehsalı olan komplekt qızılı Cavabdeh vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh 2400 (iki min dörd yüz) manat dəyərində 18 qramlıq qızılı götürməyi barədə sadə formada hazırlanmış müqaviləni imzalamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə 1200 ( bir min iki yüz) manat ümumilikdə 3600 (üç min alu yüz) manat dəyərində qızıl zinət əşyası satmışdır. 650 manat hissə-hissə 2400 manatlıq qızılın pulundan, 150 manat isə 1200 manatlıq qızılın pulundan qaytarsada bugünə kimi yenədə 2800 (iki min səkkiz yüz) manatı qaytarmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 02 may 2025-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehə xx.xx.2023-cü ildə 1200 manat dəyətində 9.30 qr ağırlığında 1 ədəd qolbaq vermiş və xx.xx.2023-cü il tarixdə 50 manat ilkin ödəniş etmiş, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.20213-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat ödəmiş və 350 manat borclu qalmışdır. Cavabdehə xx.xx.2023-cü ildə sep kardinal 1550 manat dəyərində 12.97 qr ağırlığında komplekt sırğa üzük və 650 manat dəyərində 5.35 qr ağırlığında ümumilikdə 2200 manat dəyərində qızıl satmış və cavabdeh xx.xx.2024-cü ildə 150 manat qaytarmış və 2050 manat borclu qalmışdır. Cavabdehin ümumi borcu 2400 manat təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən, işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, həqiqətən də, cavabdeh iddiaçıdan 2400 manat dəyərində qızıl-zinət əşyası almış və vermədiyi təqdirdə qanun qarşısında məsuliyyətini başa düşdüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 48 manat məbləğində pul ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 2400 manat dəyərində qızıl-zinət əşyaları almış, bu barədə aralarında müqavilə bağlanmış cavabdeh pulu ödəmədiyi təqdirdə qanun qarşısında məsuliyyətini başa düşdüyünü bildirmişdir. Hal-hazırda onun 2400 manat borcu qalmışdır. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını bildirsə də, borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Cavabdehə borcu olması barədə məhkəmə tərəfindən bildiriş həmçinin, istifadəsində olan telefona zəng olunsada məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı etiraz bildirməmişdir. Ona görə də, məhkəmə iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, dəftər vərəqlərdində olan qeydlər və cavabdehin izahatı həqiqətin müəyyən olunmasında hakimin əsaslı daxili inamını yaratmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 100) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli 2400 (iki min dörd yüz) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 48 (qırx səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 48 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vəsilə Əliyeva