Məhkəmə qərarları › İş №2(057)-1309/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1309/2023

11.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1309/2023 11.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 240 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 2-3 ildir ki,cavabdehi tanıyır. 2021-ci ilin yayında cavabdeh uşağı xəstə olduğu üçün 240 manat ondan pul almışdır.Borcunu hissə-hissə qaytaracağına söz versə də, borcunu hazıra qədər qədər qaytarmamışdır.Cavabdehə pul verməsi barədə heç bir sübutu yoxdur. Cavabdeh ona əmək haqqı kartını verməmişdir.Cavabdehə faizə pul verməmiş, sonuncunun dedikləri doğru deyildir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 2 il bundan əvvəl briqadir Həmid iddiaçı Qəzənfərdən 2000 manat pul götürmüş və həmin pulun 1000 manatını ona vermişdir. İş kartını hər ay 250 manat bankdan pul çıxarması üçün iddiaçıya vermişdir. 1 il 6 ay kart Qəzənfərdə qalmış, 9 ay ərzində hər ay 250 manat olmaqla cəmi 2250 manat pul kartından çıxarmışdır. İddiaçıdan 240 manat pul almamışdır.Ona qarşı verilmiş iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı cavabdehdən 240 manat pul tələb etsə belə, həmin halın təsdiq olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.Cavabdeh də öz növbəsində iddianı etiraf etməmişdir. Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh 240 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar