Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1315/2023 12.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1405 (bir min dörd yüz beş) manat məbləğində pulun və 35 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, evinə ərzaq gətirərək tanışlarına satır, cavabdehi də, uzun müddətdir tanıyır. Cavabdehə müxtəlif vaxtlarda mal satmış, cavabdeh bunun əvəzində pulunu hissə-hissə qaytarmış, onun 105 manat borcu qalmışdır. Bundan başqa cavabdeh ondan əl borcu kimi 1300 manat borc pul almışdır. Cavabdeh pulu aldığını etiraf etsə də, qaytarmaq istəmir, dəfələrlə cavabdehin istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmağı tələb etsə də, qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. O, cavabdehdən pulunu ala bilmir. İddiaçı vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 1405 (bir min dörd yüz beş) manat pul və 200 manat vəkil xərci tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddianı müdafiə edir, cavabdehin borcundan 600 manat etiraf etməsini bildirmiş, cavabdehin öz imzası ilə 300 manat aldığını və qaytaracağını yazmış, həmçinin, işə əlavə etdiyi diskdə 02 video görüntü olmasını və həmin video görüntülərdə borclu olmasının öz əksini tapdığını bildirmişdir. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, pulu iddiaçıdan çoxdan almış, əvvəlcə 300 manat, daha sonra, 400 manat pul almış və həmin borcları faizilə qaytarmaq şərtilə ondan almışdır. Həmin borc aldığı puldan 100 manat artıq qaytarmışdır. Həmçinin, 05 sentyabr 2023-cü il tarixində Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 64 yaşı olduğunu, tənha qadın olduğunu, hazırda təqaüddə olduğunu, 2017ci ildə Salyan şəhər sakini İddiaçı aylıq 120 manat ödəməklə 600 manat sələmə pul götürmüş, 02 ay əvvələ kimi hər ay 120 manat ödəniş etdiyini, bütünlükdə 600 manat əvəzinə 8000 manat pul ödədiyini, yazdığı həqiqətlərin nəzərə alınmasını xahiş etmişdir. 12 sentyabr 2023-cü il tarixində cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 700 manat faizi ilə pul aldığını, həmin borcun 100 manatını artıq qaytardığını, borcundan 600 manat qaldığını, həmin 600 manatdan 120 manat da, verdiyini qalanını verə bilmədiyi üçün iddiaçının ondan pul tələb etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclasında cavabdeh tərəfindən imzalandığı təsdiq olunan və mübahisələndirilməyən əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 300 (üç yüz) manat borca pul aldığını və 4 (dörd) ay ərzində qaytaracağını qeyd edərək imzalamışdır. Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiqlədiyi qəbzdən görünür ki, Əhədova X1 Pikə Nizami qızı ndan 300 manat borca pul almış və 04 ay ərzində qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı 700 (yeddi yüz) manat pul aldığını onun 100 (yüz) manatını qaytardığını, borcun 600 (altı yüz) manatın 120 manat üstünü vermək istədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maadəsinə əsasən (30 iyun 2016-cı il tarixədək qüvvədə olan redaksiyada) borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan müddəlara əsasən və məhkəmə araşdırılması zamanı tərəflərin verdikləri izahatlar və müəyyən edilmiş hallarladan görünür ki, iş üzrə tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış, həmin müqavilənin təsdiqi kimi cavabdeh tərəfindən əlyazma qəbzdə imzalanmışdır. Hazırki iş üzrə cavabdeh aralarında borc (faiz) münasibətlərinin olmasını, lakin iddia tələbində qeyd edilən məbləğdən artıq pul qaytardığını, tələb olunan pulun faiz kimi ondan tələb edilməsini qeyd etmişdir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq hissə-hissə olmaqla ümumilikdə 700 (yeddi yüz) manat borc pul vermişdir. Cavabdeh İddiaçı borc pul alması ilə bağlı iddiaçı tərəfindən cavabdehin borcunu etiraf etməsi ilə bağlı məhkəməyə təqdim olunmuş “SD” diskdə olan 2 (iki) videoçəkiliş zamanı birinci çəkilişdə Cavabdeh xəstə olduğu üçün İddiaçı 1 (bir) aylıq 300 (üç yüz) manat borca pul aldığını, ikinci çəkilişdə Cavabdeh İddiaçı 700 (yeddi yüz) manat borc pul aldığını, ayda 100 (yüz) manat olmaqla ödəyəcəyini bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 700 (yeddi yüz) manat verilməsi ilə bağlı borc münasibətləri yaranmış, həmin borcdan rəsmi qaydada hər hansı bir hissə iddiaçıya qaytarılmamışdır. Cavabdeh 100 (yüz) manat, daha sonra isə 120 (yüz iyirmi) manat borcundan qaytardığını bildirsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə iddiaçı həmin məbləği cavabdehdən tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmçinin xx.xx.2023-cü il tarixində № BPM**********68 saylı mədaxil qəbzindən göründüyü kimi Salyan Rayon Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankda olan hesabına İddiaçı tərəfindən 200 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi xidmət xərci qismən təmin edilməli, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla, cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat məbləğində hüquqi xidmət xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia predmeti olan 1405 (bir min dörd yüz beş) manatın bütöv hissəsinin cavabdehin ona borclu olmasını təsdiq edən hər hansı bir əsaslı sübut təqdim etməmişdir, buna baxmayaraq, cavabdeh öz izahatında iddiaçıya 700 (yeddi yüz) manat borcunun olmasını etiraf etmişdir, lakin cavabdeh də, öz növbəsində həmin borcun müəyyən hissəsini ödəməsi barəsində əsaslı sübut təqdim edə bilmədiyindən, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manatın 30 (otuz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat məbləğində hüquqi xidmət xərci alınaraq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1315/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1315/2023
12.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver