Məhkəmə qərarları › İş №2(057)-1317/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1317/2024

30.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1317/2024 30.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2150 (iki min yüz əlli) manat və ödədiyi 41.50 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibətləri normal olmuşdur. Belə ki, Cavabdeh hazırda ailəsi ilə birlikdə Salyan rayonu Qarabağlı kəndində yaşayır. Təxminən 1 il bundan əvvəl Cavabdeh Mansur oğlu ona alver edib pul qazana biləcəyini demişdir. O, da heç bir yerdə işləmədiyindən pula ehtiyacı olmuşdur. Buna görə Cavabdeh ilə razılaşmışdır. Vəlican ilə birlikdə pul qazanmaq üçün o, Vəlicana ümumilikdə 2100 manat pul vermişdir. Həmin pulun 1000 manatını Salyan rayonu Qarabağlı kəndində “Samir” restoranında vermişdir. Pulu Cavabdeh verən zaman yanında heç kim olmamış, qalan 1100 manatını isə Bakı şəhəri Zabrat 1 qəsəbəsində yaşayan mobil telefonda mobil tətbiq vasitəsi ilə Cavabdeh ona göndərdiyi kart hesabına göndərmişdir. Həmin pul ilə Cavabdeh heyvan alıb, böyüdüb satacaqdır. Lakin həmin müddətdə Cavabdeh ona heç bir qazanc verməmişdir. O, hazırda Vəlicandan pulunu tələb edir, Vəlican isə onun pulunu verməkdən yayınır. Tələbi Cavabdeh pulu almaqdır. O məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Vəlicanla uzaq qohumdurlar. İki il öncə ona 2150 manat pul vermişdir ki, o həmin puldan heyvan alıb sataraq pulunu qaytarsın. Lakin Cavabdeh ona heç bir qazanc verməmişdir. Ona görə də, cavabdehdən borcunu tam qaydada tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə tanışdır və tələbi qəbul edir. Bacısının səhhəti ilə bağlı təcili pula ehtiyac olduğu üçün heyvanları satmaq məcburiyyətində qalmışdır. Pulu hissə-hissə iddiaçıya qaytarmaq istəsə də iddiaçı razı olmamışdır. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə cavabdehdir. Ona qarşı iddia edilən tələbi tam şəkildə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 03 may 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ona olan 2150 manat pul borcunu 10 gün müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Mircəlal Ağalarovun 18 aprel 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şirvan şəhəri, 20 Yanvar küçəsi, bina 14, mənzil 12-də yaşayan İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya birlikdə heyvan alveri edib pul qazanmaq üçün pul vermişdir. Cavabdehə ümumilikdə 2100 manat pul vermişdir. İddiaçı həmin pulun 1000 manatını Salyan rayonu Qarabağlı kəndində “Samir” restoranında, qalan 1100 manatı isə mobil telefonda olan mobil tətbiq vasitəsi ilə cavabdeh tərəfindən ona göndərilən kart hesabına göndərmişdir. Cavabdeh heyvan alıb satacağını və gəlir götürəcəklərinə dair iddiaçıya vəd versə də, heyvanların satışından əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Ona görə də, iddiaçının məhkəmədə irəli sürdüyü iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 41.50 (qırx bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Cavabdeh 2150 (iki min yüz əlli) manat pul və ödənilmiş 41.50 (qırx bir manat əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2150 (iki min yüz əlli) manat pul və 41.50 (qırx bir manat əlli) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2191.50 (iki min yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar