Məhkəmə qərarları › İş №2(057)-1326/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1326/2023

20.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1326/2023 20.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən qızıl əmlaklarının ümumi dəyəri olan 17000 (on yeddi min) manat pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ayrı-ayrı tarixlərdə ondan qızıl əmlaklar götürmüş və bildirmişdir ki, götürdüyü qızıl əmlakların pulunu vaxtında qaytaracaqdır. Lakin sonradan cavabdeh onun əmlaklarının dəyəri olan 17000 (on yeddi min) manat pulu qaytarmadığı üçün o da, məcbur olaraq ona qarşı pul tələbi barədə məhkəmədə iddia qaldırmalı olmuşdur. Onun cavabdehlə bir neçə dəfə söhbəti olmuş, lakin cavabdeh ona bildirir ki, narahat olma qızılların pullarını qaytaracaqdır, lakin verdiyi vədi yerinə yetirmir, ona görə də, ona qarşı iddia irəli sürür. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehi 2022-ci ilin sentyabr ayından tanımışdır. Noyabr ayından onlar qızıl alverinə başlamışlar. 2022-ci ildən 2023-cü il aprel ayına kimi aralarında qızıl alveri olmuşdur. Ümumilikdə 20456 manat dəyərində qızıl əşyaları almış, ondan 3360 manat ödəniş etmiş, 17000 manat borclu qalmışdır. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, cavabdeh 207 qram 24 misqal ondan qızıl götürmüşdür. Həmin qızılın pulundan 3360 manat ödəniş etmişdir. Ondan 7 dəfə müxtəlif tarixlərdə qızıllar götürmüşdür. xx.xx.2023-cü ildə 25,3 qramlıq iki ədəd boyunbağı, xx.xx.2023-cü ildə 40,2 qram ağırlığında boyunbağı, 5 ədəd qolbaq, xx.xx.2023-cü il 19,017 qram ağırlığında 1 ədəd boyunbağı, xx.xx.2023-cü il 2,6 qram ağırlığında sırğa, xx.xx.2023-cü il 30 qram ağırlığında 1 ədəd üzük, 1 ədəd boyunbağı, xx.xx.2023-cü ildə 85.4 qram 10 ədəd boyunbağı və 3 ədəd qolbaqı cavabdehə nisyə satmışdır. Əvvəllər cavabdehə qızıl verəndə pulunu qaytarmışdır. Aygünün xəstə olduğunu, problemləri olduğunu bildiyi üçün üstünə gedərək pulunu ondan tələb etməmişdir. Cavabdehə verdiyi qızılların qeyd dəftərində imza etdirərək vermişdir. Cavabdeh onunla lotareya oynayaraq 3 ay 200 manatdan ödəniş etmişdir. 2023-cü ilin aprel ayında Aygün ona demişdir ki, onun vəziyyəti pisdir. Qızılın qramını 110 manata almış 120 manata satmışdır. Sonuncu dəfə 23 apreldə 85 qram qızıl vermiş və ödənişi 5 aya bölmüşdür. Lakin cavabdeh həmin qızılın pulundan ödəniş etməmişdir. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh ona vaxt verilməsini istəmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında tanımışdır. Onu iddiaçının yanına Sevinc Quliyeva aparmışdır. Sevinc bildirmişdir ki, o, yazı yaza bilmir ona görə də, onun yerinə də imza etmişdir. Sevinc Quliyeva ilə 2 (iki) dəfə Gülşənin evinə getmişlər. Sevinc iki tros sep onun adına götürmüşdür. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, 5-6 qadın onu aldatmışdır. Gülşəni tanımamışdır. İddiaçı onu lotareyaya salmışdır. Orada sonuncu olmuşdur. X7 götürmüş, o yalnız imza etmişdir. Qızılları onda olmamışdır. O, şəxsiyyət vəsiqəsini Sevincə vermişdir. Guya sosial yardım almaq üçün sənəd düzəltməli idi. Sevinc ona demişdir ki, gedib Gülşəndən qızıl alsın. Dəftərə imza etsə də, qızıllar onda olmamışdır. Bütün qızıllar Yeganədədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, X2 2019-cu ildən bjuteriya alverçisi kimi tanımışdır. Sonradan münasibətləri ailəvi gediş-gəlişə çevrilmişdir. 2021-ci ildə Sevinc ona zəng edərək Yeganə adlı xanımdan faizlə 90000 manat pul sələmə götürdüyünü demiş və evində ailə üzvləri bilməsin Elxan bilsə dava edəcək ailəsi dağılacaq ondan xahiş etdiki Yeganə qapısına gəlməmək üçün o, ona demişdir ki, pulu Aygünə vermiş, səndə telefonda ona deyərsən Sevinc düz deyir. Sevinc onun nömrəsini Yeganəyə vermiş və ona zəng edərək Sevinc öz evinə çağırmış Yeganə onlardadır gəl. Halbuki, o heç vaxt Yeganə ilə tanışlığı olmamış əsla bu günə kimi heç kimdən sələmə pul götürməmişdir. Onlar ailədə çətinlikləri olanda dövlət bankından kredit götürmüşlər. Onu evinə çağıranda Sevincin evinə girəndə onların ikisidə oturmuşdu, Sevincin də, Yeganənin də qarşılarında vərəqlər var idi. O, öz fikrini fikrini bildirdi ki, axı onun puldan xəbəri yoxdur Yeganə xanıma əsla ona pul verilmədiyini demiş, buna baxmayaraq Sevinclə Yeganə onu maşına mindirmişlər. O maşının içində də, Yeganəyə bildirmişdir ki, Sevinc o pulu onun boynuna qoyur, onun xəbəri yoxdur. O pul kimdədir kim alaraq sizdən xərcləmiş özünüz maraqlanın. Evinə salamat gəlməyinə həyəcan yaşamış, qorxmuş onlardan, o iradəsiz, zəif və qorxaq insan olduğunu bildirmişdir. Evindən Yeganəyə zəng etdi ki, ona heç bir pul verilməmiş, siz öz pullarınızın dalınca düşün onluq burda heç bir şey yoxdur. Yeganənin ona cavabı isə ona dəxli yoxdur Sevinc deyir Aygünə vermişəm olmuşdur. Bu iki qadının hərəkətinə əlbir olub kiminsə zəifliyindən istifadə etmək deyirlər. Yeganə taksidə ona öz dəsti xətti ilə yazdığı bir siyahı vermiş və demişdir ki, bu vərəqi köçür başqa vərəqə bu vərəqi ona qaytararsan. Hələdə həmin əlyazma ondadır, ərizəsinə əlavə etmişdir. Sevinc əlbir olduğu xanımlarla birləşərək Yeganə İlham qızı, X6, X3 onu qorxudmaqla ailəsinə yalan məlumatlar verəcəkləri ilə borcla şantaj edərək onu intihar həddinə çatdırmışlar. O, 2023-cü ilin aprel ayında özünü Kür çayına atan zaman birinci həyat yoldaşı tutmuş, 2-ci intiharında əri işə getdikdən sonra 04 qutu Prabeqin-75 tabletkasını bir dəfəyə qəbul etmiş huşunu itirmiş xəbəri olmamış xəstəxanada 02 gün sonra ayılmışdır. Bunları onun başına bu üç qadın və qızıl satanlar X8, X1, X9, İddiaçı onun üzünü görmədən, onu tanımadan Sevincə qızılları vermiş, sonunda onu evinə aparan Sevinc onu Gülşənin evinə apararaq orada Gülşən ona məcburi yazdırdı ki, hissə-hissə 17000 manatlıq qızıl almısan. O, öz həyatının təhlükədə olduğunu görəndə başa düşdü ki, onu acizliyinə görə tora salmışlar. Hətta onu bazar yolunda evi olan Mərcan adlı yaşlı bir qadının evinə Əliyeva Raisə, İsmayılova Sevinc, Nəsirova Fəridə birlikdə apararaq orada ona balalarını oğurlamaqla hədələyərək evini yandırmaqla hətta üzr istəyərək həmin evdə çılpaq şəkillərini çəkib paylaşaraq qorxudaraq istədikləri kimi ona qızıl 54000 manatlıq borc müqaviləsi yazdırmışlar. Bunu yazdırandan 02 gün sonra əri ilə onu Arbatan yolunda Raisənin yeznəsi Sevincin əri Rüfət İsmayılov öz maşınına mindirərək qarşılarına müxtəlif kağızlar qoymuş və imzalamalarını demişdir. Əri axı o heçnə bilmir demiş, o da, ağlayaraq Rüfətin ayaqlarına düşmüşdür. Yalvarmışdır ki, onları buraxsın nə desələr edəcəklər demişdir. Onlara həmin kağızlara imza etdirib buraxdılar. Bütün işin başında Sevinc olduğundan onun əlləri nə qızıl, nə də pulu görmüş heç nədən xəbərsiz adların qeyd etdiyi şəxslərin kələyinə düşmüşdür. Onda əl yazısı və vatsap səs yazmaları vardır. O, günahsızdır. Ondan qorxuda-qorxuda 3000 manat Yeganə qaynatasını göndərərək almışdır. 1500 manatı isə Yeganə özü qaynatası ilə gələrək ondan almışdır. Onu xilas etmək üçün qohumlar bank kreditinə girərək 4000 manat Sevincin evində Fəridəyə vermiş, 2000 manat Fəridəyə “Al market”-in qarşısında vermişdir. Atası ona görə iri buynuzlu heyvanlarını satmış, onlar ailəni qorxaq görən şəxslər hətta adlarını ilk dəfə eşitdikləri, üzünü görmədikləri adamları üzərlərinə qaldıraraq pula ehtiyacı olan hər kəsi gedin Aygünü qorxudun, borclusan deyərək pul istəyin demişlər. Üzləri kimləri görmədi ki, adlarını qeyd etdikləri şəxslərin sayəsində. Onların intihardan başqa çıxış yolları qalmamışdır. Onun onlar dediyi kimi qızılı, pulu olsaydı özünə vəkil tutmağa pulu olardı. Möhtərəm hakim ədalətli qərarınıza ehtiyacları var bu məsələnin dəqiq araşdırılması çox qapalı qalmış haqsızlıqların üstünü aça bilər. Ondan tələb olunan nə qızılları, nə pulları görməmiş və əlinə almamışdır. Ona qurulan tələdən onu xilas etməklə balalarını anasız qalmaqdan xilas etmiş olarsınız. Evi koma, geyimi kölə, üzərində zinəti yox, maşınları yox əri bərbər işləyir. Uzaqdan görünən dağa bələdçi lazım deyildir. Ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 tərəfindən tərtib olunmuş 10 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, seplər ümumilikdə 25.03 qram ağırlığında 583 əyyarlı 2500 manat, seplər ümumilikdə 40.09 qram ağırlığında 583 əyyarlı 3800 manat, 19 qram 17 ağırlığında 583 əyyarlı 1920 manat, sep 30 qram ağırlığında 583 əyyarlı 3000 manat, sep 2 qram 06 ağırlığında 750 əyyarlı 240 manat, sep 5 qram 56 ağırlığında 750 əyyarlı 670 manat, seplər ümumilikdə 85 qram 400 ağırlığında 583 əyyarlı 8540 manat təşkil edir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş 11 dəftər vərəqinin (ksero surət) birinci vərəqindən görünür ki, qızıllar sıra ilə düzülmüş və Cavabdeh şəxsiyyət vəsiqəsi ilə birlikdə foto şəkili çəkilmişdir. İkinci vərəqdə qızıl boyunbağı elektron tərəzidə çəkilir 25.07 qram. Üçüncü vərəqdə bir ədəd boyunbağı Cavabdeh şəxsiyyət vəsiqəsi ilə birlikdədir. Dördüncü vərəqdə də elektron tərəzində qızıl çəkilmiş 1.78 qram. Beşinci vərəqdə elektron tərəzində çəkilmiş qızı 0.90 qram. Altıncı vərəqdə iki dədə qızı birkaları ilə birlikdə şəkili şəkilmişdir. Yeddinci vərəqdə əl yazma ilə yazılmış məlumatlardan görünür ki, - Aygünə verdim, martın 9-u, ilkin ödəniş almadım 30 qr sep, 3100 manat, 9 aprel 1650, 9 may 1650, Gülüşəndən 30 qr qızıl götürdüm ilkin ödəniş vermədim sözləri imza ila təsdiq edilmişdir. Səkizindi vərəqdə mən Gülüşəndən bu gün fevralın 11-10 + 30 qr qızıl götürüdüm imza. İlkin ödəniş 500 verdim, qalanını 3 aya inşallah, qalıb 3502, mart 1167, aprel 1167, may 1168, verdi 1150. Doqquzuncu vərəqdə 07 fevral Aygünə verdim. 25,03 qram 2 aylıq, ilkin ödəniş olmadan. Gülüşəndən 25.03 q qızıl aldım 2753 ilkin ödəniş vermədim imza, martın 7-si 1376-1360, kassadan aprel 7-si 1377+16=1393. 660 xəstəxananın həyətində verdi. 8 martda + 10 martda 700 manat verdi həyətd. Onuncu vərəqdə 6 ədəd boyunbağının şəkili şəkilib. On birinci vərəqdə 04 aprel Aygünə verdim sırğanın çəkisi 85,4 ilkin ödəniş 1000 manat, qiyməti 10248-1000= 9248. 5 aylıq 4 ay 1500 verəcək, 5-ci ayda bağlayacaq. 04 may 1500, iyun 1500, iyul 1500, avqust 1500, sentybar 3248. Gülşəndən 85.4 q qızılı aldım, ilkin ödəniş 1000 manat verdim imza 5 aylıq. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş səs yazısının kimə məxsus olmasını məhkəmə müəyyən edilə bilməmişdir. Cavabdeh deməsinə görə səs yazısı Yeganə adlı qadına məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazısı işə aid olmayan şəxsə aid olduğundan sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 07 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək olan müddətdə 7 dəfə olmaqla, ümumi dəyəri 20.456 manat məbləğində qızılları nisyə olaraq satmışdır. Onlar bu məqsədlə nisyə satılan qızılların qıramı və ödəniş formasını İddiaçıda olan dəftərə yazmışlar və hər dəfə cavabdeh tərəfindən dəftərdə olan yazılı qeyd yazmaqla imza edilmişdir. Həmçinin cavabdeh ayrı-ayrı vaxtlarda borcundan 3450 manat məbləğində pulu iddiaçıya ödəmiş, 17000 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdeh iddiaçıya məxsus dəftərdə olan qeydlərin ona məxsus olmasını, imzanın ona məxsus olmasını, qeydlərdə olan qiymətləri, qızılların miqdarını və çəkisini mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, dəftər vərəqlərdində olan qeydlər və cavabdehin izahatı həqiqətin müəyyən olunmasında hakimin əsaslı daxili inamını yaratmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 100) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli 17000 (on yeddi min) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 140 (bir yüz qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (yüz qırx) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar