Məhkəmə qərarları › İş №2(057)-1359/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1359/2024

05.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1359/2024 05.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Yaqub oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17000 (on yeddi min) manat borc pulun və ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının MPM-nin 53cü maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin həcminin azaldılması” barədə məhkəməyə iddiaya əlavə təqdim edərək göstərmişdir ki, cavabdehə qarşı 17000 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırki ərizəsi ilə iddia tələbinin həcmini azaldır.Cavanşirin ona 17000 manat deyil, 10602,45 manat borcu vardır. Əlavə olaraq 141 manat dövlət rüsumu ödəmişdir. Odur ki, cavabdehdən 10602,45 manat borcun və 141 manat dövlət rüsumunun, cəmi 10743,45 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, Cavabdeh səmimiliyinə inanaraq 2 il bundan əvvəl hissə-hissə olmaqla ümumilikdə ona 17000 manat pul borc vermişdir. Cavabdeh almış olduğu pulu zaman ərzində qaytaracağına söz vermiş, lakin, uzun müddət keçməsinə baxmayaraq ona olan borcunu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh barəsində Salyan RPŞ-yə müraciət etmişdir. Cavabdeh polisə verdiyi izahatında borcunu etiraf etdiyini bildirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsinin surətini almış, iddianı qismən qəbul edir. 2019-cu ildə ona pul lazım olduğu üçün Qəsəd "xxxx" dan 6300 manat pul götürərək ona vermişdir. Razılığa gəlmişlər ki, hər ay bankın ödənişini o, ödəsin. İki ay hər ay 230 manat olmaqla, cəmi 460 manat pul ödəmiş, qalan məbləği isə Qəsəd özü ödəmişdir. 2017-ci ildən 2019-cu ilə kimi olan müddətdə o, Qəsəddən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alaraq faizi ilə birlikdə qaytarmışdır. Qəsəd onun əvəzindən Banka 10580 manat pul ödəmiş, hal-hazırda nağd aldığı ilə birlikdə Qəsədə 12000 manat borcu var. Məhkəmə hazırlıq iclasında İddiaçı izahat verərək göstərmişdir ki, iddiasını müdafiə edir. Cavabdeh qarşı 17000 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Sonrakı ərizəsi ilə iddia tələbinin həcmini azaldır. Cavanşirin ona 17000 manat deyil, 10602,45 manat borcu vardır. Əlavə olaraq 141 manat dövlət rüsumu ödəmişdir. Odur ki, cavabdehdən 10602,45 manat borcun və 141 manat dövlət rüsumunun, cəmi 10743,45 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, ddia ərizəsinin surətini almış, iddia ərizəsinə əlavədə göstərilən 10602,45 manat borcu qəbul edir. Maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. İmkanı olduqca ödəyəcəkdir. İddianın əlavə ərizədə göstərildiyi kimi təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada əvvəlcədən xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə aşağıdakı məzmunda ərizələr göndərmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. İddiasını müdafiə edir. Cavabdehdən 10602,45 manat borcun və 141 manat dövlət rüsumunun , cəmi 10743,45 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını və mülki işə onun iştirakı olmadan baxıb iddiasını təmin edilməsini xahiş edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı iddia qaldırmışdır. İddianı tam qəbul edir. İddiaçıya 10602,45 manat borcu vardır. Bunu etiraf edir. Dövlət rüsumu ilə birlikdə cəmi 10743,45 manat pulun ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Mülki işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş İddiaçı xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-də verdiyi izahatından görünür ki, Cavabdeh ondan hissə-hissə ümumilikdə 6000 manat pul borc almışdır. Bir müddət sonra Cavanşir borcunu ödəyə bilmədiyi üçün ondan öz adına Bankdan kredit götürməyi xahiş etmiş və həmin pul ilə borcunu silməyi xahiş etmiş, həmin krediti özü ödəyəcəyini bildirmişdir. Həmin gün götürdüyü kreditdən yenidən ondan 700 manat borc istəmiş və ona həmin borcu vermişdir. Cavanşir Banka olan kreditdən 02 ay hər ay 230 manat olmaqla cəmi 460 manat pul ödəmişdir. Bundan sonra Cavanşir yenidən onun etibarını qazanaraq ondan hissə-hissə ümumilikdə 5000 manat borc pul almışdır.Ümumilikdə bank kreditləri ilə birlikdə Cavanşir ondan 16000 manat borc pul almışdır. Ona dəymiş maddi ziyanın geri qaytarılmasına kömək edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Cavabdeh xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı 2017-ci ildən tanıyır. 2019-cu ildə Qəsəd "xxxx"dan 6000 manat kredit götürmüş, həmin pulu ondan borc almışdır.Qəsəd həmin pulu öz adına götürmüş, ona vermişdir.Həmin kreditdən ayda 230 manat olmaqla 02 ay ödəmiş, qalan pulu ödəyə bilmədiyi üçün Qəsəd krediti özü ödəmişdir.Qəsəd həmin krediti faizi ilə birlikdə 10500 manat banka pul ödəmişdir.O, borcunu qaytarmağa söz versə də, qaytara bilməmişdir.Borcu tez bir zamanda qaytaracağına söz verir. İşdə olan İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR0269911A141 saylı müqavilədən görünür ki, İddiaçı "xxxx" ASC-dən 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 6350 manat kredit götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh qarşı 17000 (on yeddi min) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcmini azaldaraq cavabdehdən 10602,45 manat borc tələb etdiyi barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh 10602,45 manat borcu qəbul edərək, həmin borcu etiraf etmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı borclu qaldığı 10602 (on min altı yüz iki) manat məbləğində pulu qaytaracağını öhdəsinə götürsə də, həmin öhdəliyini yerinə yetirməmiş və bununla da, onun iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Cavabdeh Salyan RPŞ-də verdiyi izahatında və məhkəməyə verdiyi izahat və təqdim etdiyi ərizələrində iddiaçıya olan borcunu etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh oğlundan 10602 (on min altı yüz iki) manat və dövlət rüsumu kimi ödənilmiş 141 (bir yüz qırx bir) manat, cəmi 10743 (on min yeddi yüz qırx üç) manat 45 (qırx beş) qəpik məbləğində pul tutularaq İddiaçı verilməlidir. Qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10602 (on min altı yüz iki) manat 45 (qırx beş) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 141 (bir yüz qırx bir) manat, cəmi 10743 (on min yeddi yüz qırx üç) manat 45 (qırx beş) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar