Məhkəmə qərarları › İş №2(057)-136/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-136/2023

30.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-136/2023 30.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə gediş-gəliş yolunun açılması tətəbi barədə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh onun həyətyanı sahəsinə gedən Salyan rayon Həsənli kəndində yerləşən gediş-gəliş yolunun açılması və yol açıldıqdan sonra cavabdeh tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə verdiyi ərizəsində Cavabdeh tərəfindən gediş gəliş yolunun darlaşdırılması, böyük və balaca maşınların onların, qonşuların evinə gedib gələ bilmədiyini, gediş-gəliş yolunun genişlənməsinə və yol genişləndirildikdən sonra cavabdeh tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Həsənli kəndində yaşayır və onun evinə gedən yolu cavabdeh daralaşdırmışdır.Mütəxəssis mübahisəli yerə baxmış, lakin onun baxılmasından məlumatı olmamışdır. Həyətyanı torpaq sahəsinə başqa yerdən yol mövcud deyil,lakin başqa yerdən yol mövcud olsa belə həmin yol uzaqdır. Cavabdeh qanunsuz olaraq yolu öz həyətyanı torpaq sahəsinə qataraq darlaşdırmışdır. Aralarında əvvəllər də oxşar mübahisə olmuş və atası Salyan Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə Salyan Rayon Məhkəməsinin 2001-ci il tarixli qətnaməsi olmuşdur.Həmin qətnaməyə əsasən yol genişləndirilmiş, lakin cavabdeh tərəf yenidən həmin yolu darlaşdırmışdır. İddiasının əsaslı olduğunu qeyd edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək bildirmişdir ki, Həsənli kəndində həyətyanı torpaq sahəsi sənəd üzərində 21 sot, lakin faktiki olaraq 50 sotdur.İddiaçının tələb etdiyi yol çöl sahəyə gedir, həmin yolun eni 4-5 metrdir. 2011-ci ildə həmin yolda qaz xətti çəkilmiş və nəticədə yol darlaşmışdır. İddiaçı yolun genişləndirilməsini tələb etsə belə qarşıdı iki metr enində körpü var və həmin körpüdən ölçüləri iki metrdən artıq olan maşın keçə bilmir. Ona görə də iddiaçının yolun genişləndirilməsi barədə tələbi haqsızdır.Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Həsənli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publk Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X3 bildirmişdir ki, məhkəmənin qərardadı əsasında Salyan rayonu Həsənli kəndində iddiaçı və cavabdehin mübahisələndirdiyi yola baxış keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində 0,21 ha torpaq sahəsi olmasına baxmayaraq. faktiki istifadəsində 0,77 ha torpaq sahəsi vardır.Mübahisəli yol elektron baza məlumatlarında nəzərdə tutulmuşdur.Yolun eni 3-5 mert arası dəyişir.Sənəd əsasında yolun eni nəzərdə tutulmamışdır.Yol cavabdehin həyətyanı torpaq sahəsinə bitişik vəziyyətdədir və həmin hissədə uzunluğu 75-76 metrdir.Cavabdeh yol hissədə torpaq sahəsini çəpərə salaraq faktiki istifadə edir.Elektron baza məlumatlarında yol nəzərdə tutulmuş, lakin yolun piyada və ya maşın yolu olması qeyd olunmamışdır.Yolun uzunluğu cavabdehin torpaq sahəsinə paralel olan hissədə 99,5 metrdir, cavabdehin yola paralel hissəsinin uzunluğu 60,5 metrdir.Yolun bir hissəsinin eni 6-7 metr, əks tərəfdə isə 3 metrdir. Maşın üçün yolun eni ən azı 4 metr olmalıdır. Məhkəmədə elan olunmuş 30 aprel 2001-ci il tarixli Salyan rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X1 həyətinə gedən gediş-gəliş yolunun Cavabdeh həyətyanı torpaq sahəsinin çəpəri həmin torpaq sahəsinin qanuni sərhədinə qədər çəkilməklə bağlanmış hissələrdən tam açılması, X4 həmin gediş-gəliş yolunun kənarı ilə gedən su arxından istifadə etməsi qət edilmişdir. İş materiallarında olan mübahisəli yolun foto şəkillərindən görünür ki, mübahisəli yol darlaşdırılmış, lakin hansı ölçüdə darlaşdırılmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publk Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X3 tərəfindən verilmiş, 21 avqust 2023-cü il tarixli məktubla məkəməyə daxil olmuş mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Həsənli kəndində yerləşən İddiaçı həyətyanı sahəsinə gedən gediş-gəliş yolu tutulmamışdır. Lakin iddiaçılar yolun ensiz olduğunu və yük maşınlarının keçə bilmədiyini iddia edirlər. İş materiallarında olan mübahisəli torpaq sahəsinin yerquruluşu planında tərəflərin həyətyanı sahələri və həmin mübahisəli yolun 1:1000-ə olan miqyası təsvir olunmuşdur. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehin faktiki olaraq sənəd əsasında mülkiyyətində 0,21 ha torpaq sahəsi olmasına baxmayaraq sonuncunun istifadəsində 0,77 ha torpaq sahəsi mövcuddur. Sonuncu bələdiyyə mülkiyyətində olan torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qataraq faktiki başqasının torpaq sahəsindən qanunsuz etməklə yanaşı ümumi istifadədə olan və gediş gəliş üçün nəzərdə tutulmuş yolu uzun müddətdr ki, darlaşdırmışdır. Nəticədə bələdiyyənin mülkiyyət hüququnu pozmuş və həmçinin qonşuluqda yaşayan vətəndaşların gediş-gəliş yolunu darlaşdırmaqla onların hərəkətini çətinləşdirmişdir. Ona görə də məhkəmə iddianın təmin olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4)bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh faktiki istifadə etdiyi Salyan rayonu, Həsənli kəndində yerləşən həyətyanı torpaq sahəsinə bitişik sahə boyunca İddiaçı həyətinə gedən yolun cavabdeh tərəfindən darlaşdırılmış hissəsi yol boyunca cavabdehin istifadə etdiyi torpaq sahəsi istiqamətində beş metr enində genişləndrilsin, cavabdeh tərəfdən həmin yolda maneələirnin yaradılmasına qadağa qoyulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar