Məhkəmə qərarları › İş №2(057)-1365/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1365/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1365/2023 17.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Yaqub oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçı "X1" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X1" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli BPM5544598P saylı qəbzdən görünür ki, Cavabdeh tərəfindən "X1" ASC-nin hesabına cəmi 645,51 manat ödəniş edilmişdir. İddiaçı "X1" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mübahisəyə məhkəmə qaydasında baxılması zərurəti aradan qalxdığı üçün məhkəməyə təqdim edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmin ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanıldığından iddiaçı "X1" ASC tərəfindən dövlət rüsumu kimi X3 vasitəsi ilə ödənilmiş, ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Unibank KB ASC-yə (Kodu: 505754, VÖEN: **********, Müxbir hesab: AZ46NABZ********************, S.W.İ.F.T. Bik: UBAZAZ22, Hesab №-si: AZ41UBAZ**********0114AZN001) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "X1" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı "X1" ASC tərəfindən dövlət rüsumu kimi X3 vasitəsi ilə ödənilmiş, ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Unibank KB ASC-yə (Kodu: 505754, VÖEN: **********, Müxbir hesab: AZ46NABZ********************, S.W.İ.F.T. Bik: UBAZAZ22, Hesab №-si: AZ41UBAZ**********0114AZN001) qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar