Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1366/2024 23.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı tikinti materiallarının dəyərində olan 6277 manat pulun və məhkəmə üçün ödədiyi 83 manat dövlət rüsumunun, ümumilikdə isə 6360 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə 1979-cu il təvəllüdlü Cavabdeh 6477 manat məbləğində tikinti materialı vermişdir. Cavabdeh həmin borc məbləğini 2023-cü ilin yanvar ayından ödəməyə başlayacağını bildirmişdir. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh həmin borcu qaytarmağı yubadaraq pulunu qaytarmamışdır. Həmçinin borcu qaytarmamaqla yanaşı onu da təhqir edir. Beləki cavabdeh ona borclu olduğu puldan 2017-ci ildə sadəcə 200 manat qaytarmışdır. Məhkəməyə müraciət etməkdə məqsədi Cavabdeh ondan satın aldığı 6277 manat dəyərində olan tikinti materiallarının dəyərini cavabdehdən tutularaq ona qaytarılması ilə bağlıdır. Beləki cavabdehlə aralarında notarial qaydada bağlanan və təsdiq edilən bir müqavilə yoxdur. Odur ki, Cavabdeh ondan aldığı tikinti materiallarının dəyərində olan 6277 manat pulun və məhkəmə üçün ödədiyi 83 manat dövlət rüsumunun, ümumilikdə isə 6360 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh ondan aldığı-ümumi dəyəri 6277 manat olan materialların ayrılıqda dəyəri-1 ədədinin qiyməti 3.80 qəpik olan kafel-yapışdırıcı 277 ədəd olmaqla 862 manat 60 qəpik, 1 ədədinin dəyəri 4.30 qəpik olmaqla məcun (şpaklovka) 310 ədəd olmaqla 1333 manat və 1 ədədinin dəyəri 5.20 qəpik olmaqla sement 785 ədəd olmaqla 4082 manat, ümumilikdə tikinti materialları üçün 6277 manat pulun və məhkəmə üçün ödədiyi 83 manat dövlət rüsumunun, ümumilikdə isə 6360 manat pulun cavabdehdən tutularaq ona ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024cü il tarixli ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdeh və nümayəndəsi vəkilin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, uzun müddət tikinti materiallarının topdan satışı ilə məşğul olmuşdur. Cavabdeh tikinti materiallarının pərakəndə satışı ilə məşğul olurdu. Onun özünün mağazası vardır. Cavabdeh ondan 2016 və 2017-ci illərdə dəfələrlə nisyə mal almışdır. Satdığı malları qeydiyyat dəftərində qeyd etmişdir. Həmin dəftərin 6-cı səhifəsində bu barədə qeydlər aparmışdır. Cavabdeh həmin səhifənin sonunda, yəni xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixlərində aparılmış qeydləri öz imzası ilə təsdiq etmişdir. Cavabdehin nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq “icraatınızda olan 2(057)-1366/2024 saylı mülki iş üzrə İddiaçı tərəfindən 27 avqust 2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. İddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə Cavabdeh tikinti materiallarının ümumi dəyəri kimi 6277 manat tələb edilmişdir. İddia ərizəsində 2017-ci il yazılaraq qeyri müəyyən tarix qeyd edilmiş və qeyri-dəqiq və anlaşılmaz formada imzalar olan sənəd əlavə edilmişdir. Həmin imzaların kimə məxsus olması da iddia ərizəsində qeyd edilməmişdir. Qeyd etmək istəyirəm ki, həmin imzaların heç biri Cavabdeh məxsus deyil. İddia ərizəsində qeyd edilənlər isə tamamilə əsassızdır və Cavabdeh iddiaçıya borcu yoxdur. Əgər cavabdeh iddiaçının ona 6277 manat borclu olmasını iddia edirsə belə həmin iddia tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia rədd edilməlidir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının pul tələbinə dair iddiasının heç bir əsası olmaması və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Sizdən xahiş edirəm”. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə Cavabdeh tikinti materiallarının ümumi dəyəri kimi 6277 manat tələb edilmişdir. İddia ərizəsində 2017-ci il yazılaraq qeyri-müəyyən tarix qeyd edilmiş və qeyri-dəqiq, anlaşılmaz formada imzalar olan sənəd əlavə edilmişdir. Həmin imzaların kimə məxsus olması da iddia ərizəsində qeyd edilməmişdir. İddiaçı iddia tələbini ötürmüşdür. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İş materiallarına əlavə olunmuş İddiaçı dair Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, o, hazırda sahibkarlıq fəaliyyətini dayandırmış olsa da, xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Cavabdeh dair Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, o, xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında olan münasibət sahibkarlıq fəaliyyətindən irəli gəlir. Odur ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalı deyildir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1366/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1366/2024
23.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver