Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1382/2023 25.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində borc, 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 1738 (min yeddi yüz otuz səkkiz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh Füzuli rayonunda “N” saylı hərbi hissədə işləyən zaman tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə onun yanına gələrək ona 1700 (min yeddi yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, Cavabdeh 1700 (min yeddi yüz) manat borc vermiş və o, öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 1700 (min yeddi yüz) manat borc pulu həmin ayın sonunadək qaytaracaqdır. Lakin bu günə kimi Cavabdeh ondan borca aldığı 1700 (min yeddi yüz) manatı qaytarmamışdır. Cavabdeh borclu olduğu 1700 (min yeddi yüz əlli) manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək aldatmışdır. Odur ki, Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində borc, 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 1738 (min yeddi yüz otuz səkkiz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, gözündən əməliyyat olunduğu və hazırda müalicə aldığı üçün 2(057)-1382/2023 saylı iş üzrə xx.xx.2023-cü il, saat 15:30-a təyin edilmiş məhkəmə prosesində üzrlü səbəblərdən iştirak edə bilməyəcəkdir. Odur ki, Cavabdeh qarşı borc tələbinə dair iddiasını müdafiə edir və iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, cavabdehlə yaxın dost münasibəti olmuşdur. Cavabdeh Füzuli rayonunun inzibati ərazisində yerləşən “N” saylı hərbi hissədə Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi xidmət keçirmiş. Füzuli rayonunda işlədikləri vaxt cavabdehə 1700 manat pul vermişdir. Cavabdehlə ortaq dostları vasitəsi ilə tanış olmuşdur. Cavabdeh ondan bir-iki dəfə pul almış, lakin sonuncu aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəsi Rəşad Mayılov tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli, 1631 nömrəli arayışdan görünür ki, Əzizov X1 rayonu, Sarvanlar kəndində qeydiyyatda olmasına baxmayaraq, ünvan 1 ünvanında yaşayır. Cavabdeh adından yazılmış və imza ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, 1994cü ildə Salyan rayonu, Kürsəngi kəndində anadan olmuşdur. Hal-hazırda N saylı hərbi hissədə xidmət edir. İddiaçı borc olaraq 1700 manat götürərək 3 aya qaytaracağına söz vermişdir. Məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, iş üzrə tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış, həmin müqavilənin təsdiqi kimi cavabdeh xx.xx.2021-ci ildə əlyazma qəbzi yazaraq imzalamışdır. Cavabdeh həmin məbləği 3 aya qaytaracağına söz vermişdir. Lakin cavabdeh pulu bugünə kimi geri qaytarmamışdır. Cavabdeh ona qarşı iddiaçının verdiyi iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavab və ərizəyə əlavə olunmuş sənədlərə münasibət bildirmək hüququ olmasına baxmayaraq iddia tələbinə dair heç bir münasibət bildirməmişdir. Ona görə də, məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 1700 manatın verilməsi ilə bağlı borc münasibətləri yaranmış, həmin borcdan heç bir məbləğ qaytarılmamışdır. Belə olan halda isə iddiaçı həmin məbləği cavabdehdən tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat pul və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1382/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1382/2023
25.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver