Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1388/2023 21.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı “X58 Kooperativi”nin nümayəndəsi Nümayəndə iştirakı ilə vurulmuş maddi ziyanın ödənilməsi və torpağa müdaxilənin qadağa edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh kooperativə vurulan 3740 manat ziyanın və 30 manat dövlət rüsumunun İddiaçınə ödənilməsi, Cavabdeh İddiaçınə məxsus torpaq sahələrinin qaytarılmasına və həmin torpaqlara istənilən müdaxilə hərəkətlərinə qadağa qoyulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, kooperativə məxsus torpaq sahələrinin təftişi zamanı cavabdehin kooperativin üzvü olmadığı halda 2021-ci il ərzində iddiaçıya məxsus 3,37 ha torpaq sahəsini özbaşına əkib becərmiş və əldə etdiyi məhsuldan iddiaçıya heç nə ödəməmişdir. İddiaçıya bir ədədinin dəyəri 3,70 manat olan cəmi 1011 yonca kipinin yetişdiyi torpaq sahəsini özbaşına əkib –becərdiyi üçün 3740 manat ziyan vurmuşdur. İddiaçı üzvləri olan JN 0517 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,87 ha, JN 0145 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,55 ha, JN 01441 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,22 ha, JN 01471 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,22 ha, JN 01472 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,55 ha, JN 01474 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,55 ha, JN 01469 Kod 80906058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,44 ha olmaqla cəmi 3,37 ha torpaq sahəsinin sahiblərinə ümumilikdə 1011 ədəd yonca kipi pay haqqı verilmişdir. Cavabdehin hərəkətləri nəticəsində həmin məbləğdə maddi ziyan çəkmişdir.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş MKT Salyan filialının fermeri X35, aqronom X10, İddiaçı sədri X29, kooperativin nümayəndəsi X14 və kooperativin nümayəndəsi X1 iştirakları ilə tərtib olunmuş 25 iyul 2021-ci il tarixli aktdan görünür ki, 3,37 ha yer Kolanı kənd sakini Cavabdeh tərəfindən kooperativin üzvü olmadığı halda zəbt olunaraq əkilmişdir. Kooperativ üzvlərinə məxsus 3,37 ha torpaq sahəsi üçün 1011 ədəd yonca kipi pay haqqı olaraq ödəmişdir. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri Azər Ağayev tərəfindən cavabdehə ünvanlanmış 06 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə kooperativə məxsus torpaq sahəsindən istifadəyə görə yaranmış borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X47 kənd sakini X30 tərəfindən verilmiş 19 iyul 2015-ci il tarixli ərizədən görünür ki, JN 1472 nömrəli akta əsasən 0,55 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-1471 KOD 80906018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X15 və X7 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.22 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X47 kənd sakini X22 tərəfindən verilmiş 25 sentyabr 2013-cü il tarixli ərizədən görünür ki, JN 1471 nömrəli akta əsasən 0,22 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-1441 KOD 80906018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X23 və X2 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.22 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X61 kənd sakini X5 tərəfindən verilmiş 24 dekabr 2017-ci il tarixli ərizədən görünür ki, JN 1471 nömrəli akta əsasən 0,22 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-0145 KOD 80906058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X8, X16, X17, X11, X18, X3 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Kolanı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.55 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X74 kənd sakini X8 tərəfindən verilmiş 25 oktyabr 2017-ci il tarixli ərizədən görünür ki, JN 145 nömrəli akta əsasən 0,55 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-0157 KOD 80906058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X24, X25, X36, X31, X55, X56, X57 və X32 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Kolanı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.87 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X69 kənd sakini X24 tərəfindən verilmiş 06 yanvar 2020-ci il tarixli ərizədən görünür ki, JN 157 nömrəli akta əsasən 0,87 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-1469 KOD 80906018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X44, X37, X38, X33 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.44 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X47 kənd sakini X44 tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli ərizədən görünür ki, 1469 nömrəli akta əsasən 0,44 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-1474 KOD 80906018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X12, X4, X13, X19, X6 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.55 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin sədri X69 kənd sakini X19 tərəfindən verilmiş 18 mart 2015-ci il tarixli ərizədən görünür ki, JN 1474 nömrəli akta əsasən 0,55 ha torpaq sahəsini yeni yaradılmış “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin istifadəsinə verilməsini nəzərə alaraq onu bu kooperativin üzvlüyünə qəbul etməsini xahiş etmişdir. Dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən kooperativ tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. Məhkəmədə elan olunmuş JN-1472 KOD 80906018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X20, X30, X45, X26, X9 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.55 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş Qarabağlı inzibati ərazi nümayəndəsi H.Abdullayev, Qarabağlı bələdiyyəsinin sədri Z.Abasov, mütəxəssis aqronom Y.Ağamalıyev, fermer, təsərrüfat sahibi A.Qasımov, sahələr üzrə tarla agenti R.Məmmədov, traktor operatoru B.İbrahimov, traktor operatoru Q.Qurbanov və ot yükləyən fəhlə V.Mürsəlovun iştirakları ilə tərtib olunmuş yonca kipinin qiymətləndirilməsi haqqında aktın surətindən görünür ki, 2022-ci ilin biçin dövründə yonca kipinin bazarda satış qiyməti sabit olaraq 4 manat civarında olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aylın olmuşdur ki, cavabdeh kooperativin üzvləri olan vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan qanunsuz olaraq istifadə etmiş və nəticədə kooperativə ziyan vurmuşdur. Ona görə cavabdeh hərəkətləri nəticəsində kooperativə dəymiş ziyan onan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3740 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb “X58 Kooperativi”nin hesabına köçürülsün. Cavabdeh “X58 Kooperativi”nə məxsus torpaq sahəsinin qaytarılması öhdəliyi qoyulsun və həmin torpaqlara istənilən müdaxilə hərəkətlərinə qadağa qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1388/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1388/2023
21.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver