Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1388/2024 29.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18200 manat məbləğində pul, ödənilmiş 144,60 manat dövlət rüsumu, ümumilikdə 18344,60 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1070/2024 saylı və xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Belə ki, o müxtəlif şəxslərin pensiya təminatı ilə bağlı müvafiq işlərin görülməsi üçün həmin şəxslərə məxsus ümumilikdə 18200 manat pulu Sevda adlı şəxsin vasitəsi ilə cavabdeh X3 vermişdir. X5 da müvafiq işlərin görülməsi üçün həmin pulu X2 vermiş, sonuncu isə vədlərinə əməl etmədiyindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı (şahidlərin ifadələri, tərəflərin (xüsusən iddiaçının özü) izahatları və s.) müəyyən edilmişdir ki, o, qeyd edilən işlərin görülməsi üçün pul vəsaitlərini mülki iş üzrə şahid qismində dindirilmiş Cavabdeh vermiş, sonuncu isə həmin pulu iddiaçının təqdim etdiyi pul kimi və ya iddiaçının nümayəndəsi və ya təmsilçisi kimi deyil, məhz öz adından cavabdeh X3 vermişdir. Cavabdeh X5 məhkəmə iclasında iştirak edərək, müxtəlif şəxslərin pensiya təminatı ilə bağlı müvafiq işlərin görülməsi üçün həmin şəxslərə məxsus ümumilikdə 18200 manat məbləğində pulu ondan deyil də, Cavabdeh qəbul etdiyini etiraf edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Qeyd edilən faktlar, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 saylı və xx.xx.2023-cü il tarixli hökmündə öz əksini tapmışdır. Bundan əlavə cavabdeh X5 ilə “Whatsapp” yazışmalarında da qeyd edilən məbləğləri etiraf edərək, həmin pulları mənimsədiyini bir daha etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ümumilikdə 27000 manat məbləğində pul vermişdir. Sonradan Cavabdeh ona zəng vuraraq Tural Rəhimovun 5500 manat məbləğində pulu Bakı şəhərinə gətirməsini demiş, o, da cavabdehdən 5500 manat pulu götürərək Bakı şəhərinə gedərək Tural Rəhimovun iş yoldaşı Babək adlı şəxsə Bakı şəhərində “Travmatologiya” xəstəxanasının qarşısında vermişdir. 8500 manat pulu isə X2 vermişdir. Həmin puldan 9000 manatını Vüqar sonradan ona geri qaytarmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. O, iddiaçıdan 18200 manat pul alsa da həmin pulun 13200 manatını özü Tural Rəhimova vermişdir. Həmin pulun 5500 manatını sonradan iddiaçı ondan geri alaraq özü Tural Rəhimova vermişdir. Bu barədə Yasamal Rayon Məhkəməsində baxılan mülki iş üzrə izahatında da bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, iddia əsassızdır. Bu məsələ Yasamal Rayon Polis İdarəsində başlayıb və Bakı Hərbi Məhkəməsində bitmişdir. O, Vüqarı Cavabdeh vasitəsi ilə tanımış və onun vasitəsi ilə Ceyhun Məmmədovla tanış etmişdir. Cavabdeh və oğlu Elminə görə Vüqarı tanımışdır. Ceyhun onun dostu olduğu üçün İddiaçı demişdir ki, Ceyhun onun pulunu qaytarmasa özü qaytaracaqdır. O iddiaçı ilə cavabdehi tanış etsə də pulun alınıb-verilməsində iştirak etməmişdir. Həmin iş üzrə tərəflər arasında barışıq əldə edilmişdir. Ona Sevda və Vüqar tərəfindən heç bir pul vəsaiti verilməmişdir. Bakı Hərbi Məhkəməsində Ceyhun Məmmədovun barəsində olan cinayət işinə baxılarkən bütün vurulmuş zərər Ceyhun Məmmədov tərəfindən ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1070/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Üçüncü şəxs X5 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq göstərmişdir ki, “Hörmətli Hakim yazıb sizə bildirirəm ki, mən X5 Bakı şəhərində yaşayıram və hərbiçiyəm işimlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixində saat 17:00-da keçiriləcək olan məhkəmə iclasında iştirak edə bilməyəcəyəm. Mən keçən məhkəmə iclasına da gələ bilməyəcəyim barədə sizə ünvanladığım məktub da qeyd etmişdim indi də qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsində və Bakı şəhər Yasamal Rayon Məhkəməsində də hökm verilib sadəcə İddiaçı mənimlə bu məsələyə aidiyyəti olmayan səbəbdən aramızda torpaq alqı-satqısı olub mən ona öz torpağımı satmışam və mənim pulumdan şantaj etmə yolu ilə 2000 manat pulumu kəsdi vermədi və mən də H.Vüqara bu hərəkətinə görə öz sözümü yani onun nə olduğunu və kim olduğunu sərt şəkildə üzünə dedim o gündən H.Vüqar mənimlə düşmənçilik aparır ona görə də, mənim adımı şikayət ərizəsində qeyd edir ki, guya məni məhkəmələr də süründürəcək. İddiaçı mənə pul verməyib Məmmədov Ceyhuna verib və Məmmədov Ceyhun da o pulları ona istintaq dövründə qaytarıb pulun qaytarılması ilə bağlı da, sizə göndərdiyim Bakı Hərbi Məhkəməsinin Hökmündə də, öz əksini tapır. Cavabdeh da, mənə verdiyi pulun Н.Vüqara heç bir aidiyatı olmayıb Ə.Sevda o pulu mənə verərkən öz pulu kimi verib və öz oğlu üçün verib mən də iş düzəlmədiyi üçün 2 ay sonra o pulu Ə.Sevdaya qaytarmışam. Sadəcə olaraq H.Vüqarın mənə qarşı səbəbsiz olan düşmənçiliyi hələki bitmir hərdəfə məni görən də, Tural səni məhkəmələrdə süründürəcəm, sənin başına oyun açacam deyə məni hədələyir hətta hakim dostu olduğunu və onun əli ilə respublikanın bütün məhkəmələrinə hətta Ali Məhkəməyə belə sözünün keçəcəyini bildirir bununla bağlı məndə səs yazısıda var. Hörmətli Hakim sizdən xahiş edirəm ki, mən işim ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmirəm lakin mümkündürsə iş günləri yox qeyri-iş günlərinin birində gəlim öz ifadəmi verim”. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, X9 rayonu Dayıkənd kəndində orta məktəbdə bir sinifdə oxumuşlar. Birlikdə ticarətlə məşğul olmuşlar, həfdədə bir dəfə onunla Bakı şəhərinə mal almağa gedirmişlər. Tural onun mobil nömrəsinə zəng edərək anası Sevda müəllimədə 5500 manat pul olduğunu, həmin pulu Sevda müəllimənin Bakı şəhərinə gətirməsini istəmişdir. O da telefonu anasına vermiş, anası Turalla danışmışdır. Bir həftə sonra yenidən Tural zəng vurmuş və anası ilə danışaraq 8500 manat pul istəmişdir. Anası da həmin pulları bir həftə aralıqla onun yanında sayaraq Vüqara vermişdir. Anasının mobil telefonu olmadığı üçün hər dəfə Tural onun vasitəsi ilə anası ilə danışmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif şəxslərin pensiya təminatı ilə bağlı müvafiq işlərin görülməsi üçün ümumilikdə 13200 manat pulunu alaraq X3 vermişdir. X5 da pensiya ilə bağlı işlərin görülməsi üçün həmin pulu özü və ya tanışları vasitəsi ilə qəbul etmişdir. Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 5000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Daha sonra İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2(004)-1070/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Öhtəlik münasibəti İddiaçı ilə Cavabdeh, daha sonra Cavabdeh ilə X5 arasında yaranmışdır. Beləliklə, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmaqla pul əldə etməsi və iddiaçıya 13200 manat məbləğdə maddi ziyan vurmuş olması mübahisəsizdir. Belə ki, Cavabdeh iddiaçıdan 13200 manat pul aldığını məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 13200 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh məhkəmə iclasında verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçıdan aldığı pulu sonradan iş üzrə üçüncü şəxs X3 verməsi ilə bağlı izahatında göstərdikləri ilə bağlı Tural Rəhimova qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan müxtəlif məbləğlərdə pul əldə etmiş, əsassız varlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməmiş hissəsi ilə bağlı olaraq sübut təqdim olunmadığından qalan hissədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 129.60 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13200 (on üç min iki yüz) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 129.60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13200 (on üç min iki yüz) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 129.60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat olmaqla, cəmi 13329.60 (on üç min üç yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1388/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1388/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver