Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1422/2024 25.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X2 oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması“ tələbi barədə iddia ərizəsinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin Salyan rayon filialına olan xx.xx.2022-ci il tarixli GTKR8071795A143 saylı kredit müqaviləsi üzrə onun əvəzinə ödədiyi 10742.49 manat məbləğində pulun, iddianın baxılması üçün ödənilmiş dövlət rüsumunun və vəkil xidmət haqqının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Salyan rayon filialına kredit üçün müraciət etmiş, Cavabdeh zamin durmuş və xx.xx.2022-ci il tarixli GTKR8071795A143 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən illik faiz dərəcəsi 27 % olmaqla 35 ay müddətinə 10000 manat məbləğində kredit götürülmüşdür. Cavabdeh "xxxx" ASC-nin Salyan rayon filialından götürdüyü kredit məbləğini müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etməmiş və o, ona zamin durduğuna görə əmək haqqı kartından müvafiq tutmalar aparılmağa başlanmışdır. Cavabdeh "xxxx" ASC-nin Salyan rayon filialından götürdüyü GTKR8071795A143 saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyi üçün ******************** saylı kart hesabından xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində 1102.92 manat tutma aparılmışdır (arayış əlavə olunur). Bundan başqa, GTKR8071795A143 saylı kredit müqaviləsi üzrə cavabdehin əvəzinə zamin olduğu üçün xx.xx.2024-cü ildə “Milliön” elektron ödəmə sistemindən 430 manat, xx.xx.2024-cü ildə isə 400 manat pul ödəmişdir. Daha sonra, GTKR8071795A143 saylı kredit müqaviləsi üzrə qalıq qalmış borcu bağlamaq məqsədi ilə xx.xx.2024-cü ildə 6330.21 manat ödəniş etmişdir. Həmin məbləği xx.xx.2024-cü ildə "xxxx" ASC-nin Salyan filialından götürdüyü 30-MCR-1-925-24/1 saylı kredit müqaviləsinə əsasən əldə etdiyi pul vəsaitindən ödəmişdir. Cavabdehin yerinə xx.xx.2024-cü ildə "xxxx" ASC-nin Salyan filialından götürdüyü 30-MCR-1-925-24/1 saylı kredit müqaviləsinə əsasən 6300 manat məbləğə 2479.36 manat faiz hesablanmışdır. "xxxx" ASC-nin Salyan filialından götürdüyü 30-MCR- 1-925-24/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin Salyan rayon filialından götürdüyü GTKR8071795A143 saylı kredit müqaviləsi üzrə ödəniləsi məbləğ, yəni 6300 manat çıxılmış və faiz dərəcələri müəyyənləşdirilmişdir. Ödədiyi pulların qaytarılması məqsədi ilə Cavabdeh, valideynlərinə dəfələrlə müraciətlər etsə də, ödəniş etməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X1 iddia tələbini müdafiə edərək, "xxxx" ASC-nin Salyan rayon filialına kredit üçün müraciət etmiş Cavabdeh iddiaçı zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən ona zamin durmuş iddiaçının əmək haqqı kartından tutulmalar olmuşdur. Həmçinin iddiaçı cavabdehin əvəzinə zamin olduğu üçün xx.xx.2024-cü il tarixdə “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 430 manat pulu kredit borcu üçün ödəmişdir. İddiaçı kredit müqaviləsi üzrə qalıq qalmış borcu bağlamaq məqsədi ilə kartından xx.xx.2024-cü ildə 6330.21 manat bankın kassasına ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ******************** saylı kart hesabından 1102.92 manat vəsait çıxılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq göstərmişdir ki, “ona qarşı qaldırlan iddia əsassızdır. İşlədiyi DYMH-də heç bir şəxsə zamin durmayan İddiaçı ona heç bir narazılıq etmədən öz şəxsi istəyi ilə zamin dayanmışdır. Bankdan götürdüyü bütün pulu həmin şəxsə vermiş, az bir hissəsini də bir yerdə Bakı şəhərinə gedib xərcləmişlər, bunu özüdə dəfələrlə “Whatsapp”da təsdiq etmişdir. Götürdüyü kredit üzrə hər ay əmək haqqı kartından 415.87 manat məbləğində pul xx.xx.2024-cü il tarixə kimi tutulmuşdur. xx.xx.2024-cü il tarixdən o işdən çıxdığı üçün tutulma adı çəkilən şəxs İddiaçı yönəldilmiş və kartından 1100 manat çıxılmışdır. Bu məbləğ iki ayın ödənişi üçün nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə o, İddiaçı zəng vuraraq onun kartından tutulan məbləği geri qaytarmaq üçün Salyan rayonunda "xxxx"a dəvət edərək, şəxsən ona kassa qarşısında 2000 manat pul ödəmişdir. Qabaqcadan da may ayının ödənişini şəxsən özü terminaldan ödəmişdir. xx.xx.2024-cü il saat 14:33 radələrində bir yerdə gedərək yerdə qalan məbləğ olan 6330 manat ödəniş etmişlər və qəbzi mobil telefonunda vardır. İddiaçı işlədiyi vaxt ərzində FHN korrupsioner məmur kimi tanınmış, hazırda işi prakuraturada olan yalançı bir şəxsdir”. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin Salyan rayon filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə GTKR8071795A143 saylı kredit müqaviləsinə əsasən zamin İddiaçı ******************** saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 1102.92 manat vəsait silinmişdir. İş materiallarında olan Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayonu, Kolanı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Salyan rayon filialının kassasına 6330.21 manat ödəniş etmişdir. İş materiallarında olan GTKR8071795A143 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Salyan rayon filialı tərəfindən Cavabdeh 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10000 manat kredit verilmiş, həmin müqaviləyə əsasən İddiaçı kredit götürən Cavabdeh öhdəlikləri üçün bank qarşısında zamin kimi öhdəlik götürmüşdür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Salyan filialı (kreditor) tərəfindən Cavabdeh (Kredit alan) 10000 manat məbləğində kredit verilməsi zamanı “Kredit alan”ın öhdəliyi İddiaçı zaminliyi ilə təmin olunmuş, xx.xx.2022-ci il tarixli, GTKR8071795A143 saylı kredit müqaviləsinə əsasən zamin İddiaçı ******************** saylı kart hesabından xx.xx.2024-cü il tarixdə 1102.92 manat vəsait çıxılmış, iddiaçı cavabdehin əvəzinə zamin olduğu üçün xx.xx.2024-cü il tarixdə “MilliÖn” elektron ödəmə sistemindən 430 manat pul banka ödəmiş, iddiaçı kredit müqaviləsi üzrə qalıq qalmış borcu bağlamaq məqsədi ilə kartından xx.xx.2024-cü ildə 6330.21 manat bankın kassasına ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 470.1ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, kredit alan Cavabdeh kredit verən "xxxx" ASC-nin Salyan filialı qarşısında yaranmış öhdəliyini icra etmiş zamin İddiaçı kreditorun həmin öhdəlik üzrə hüquqları tələbini ödədiyi həcmdə keçdiyindən, o, kredit alan Cavabdeh kreditora ödədiyi məbləği tələb etməkdə haqlıdır. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 98.60 manat məbləğində pul və 300 manat hüquqi xidmət xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi öhdəliyin icrasını həyata keçirdiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən Cavabdeh 7863.13 (yeddi min səkkiz yüz altmış üç manat on üç qəpik) manat məbləğində "xxxx" ASC-yə ödənilmiş pul, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 98.60 (doxsan səkkiz manat altmış qəpik) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7863.13 manat (yeddi min səkkiz yüz altmış üç manat on üç qəpik) məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 300 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi 98.60 (doxsan səkkiz manat altmış qəpik) manat İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu fərqi iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1422/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1422/2024
25.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver