Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1437/2024 26.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pul və ödəmiş olduğu 80 manat dövlət rüsumun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “hadisə və tanışlıq necə olub izah edim sizə, bu adamla 2021-ci il fevral ayında prava imtahanına gedəndə tanış olmuşuq 2 dəfə imtahan verib keçə bilmədiyim üçün mənə əlaqə nömrəsini verdiki həyatda ölümdən başqa hər şeyə çarə var dedi mən sizə prava almağa köməklik edəcəm dedi nömrəsini verdi tanışlığımız belə başladı. Sonrada tanışlığımız hələ bir həftə idi məndən borc pul istəməyə və zənglər edib şirin dilinə salmağa çalışdı. Dediki narahat olma burda Sabirabaddayam sənə pul atmaram nədə haqsız yerə yemərəm, dayım Sabirabadın rəisidir belə sözlər deyərək vəzifəsindən sui istifadə edib məni inandırdı. Mənə borc pul ver, maşınım var 1 aya satıb qaytaracam pulunu dedi, Kapital bankdan 6000 manat borc pul götürüb verdim, dediki arxayın ol bu yaxşılığını itirmərəm azı 1-2 aya maşınımı bazara qoyub nağd qaytarıb verəcəm. Demək 1-2 ay keçəndən sonra soruşdum ki nə oldu? satılmadı maşın? dedi yox baha qiymətə satıram ona görə satılmır darıxma satıb qaytaracam, satılmasa bankdan borc götürüb verəcəm. Amma özümdə borc içindəyəm kreditlərim var ödəyirəm. Baxdım ki bu adam borcu verməkdən yayınır, hər pulumu tələb edəndə belə yalanlar danışıb şirin dilinə salır. Borcu təxmini 2021-ci ilin noyabr ayında alıb məndən 2 il 8 aydır. Bu 2 ildə ancaq öz problemlərini bəhanə edib borcu qaytarmaqdan yayınıb. 2023-cü ilin iyul ayındada Sabirabadda yol polisindən çıxarıb atdılar. Onda belə söz verdiki səbirli ol işimə qayıdım qaytaracam pulunu. Təxmini 1 ilə yaxındır vəzifədən çıxarıblar gördüm işinədə qayıda bilmir. Dedi işim düzəlməsə Bakıya gedib iş tapıb işləyəcəm qaytaracam pullarını sorada dediki Bakı rasxoddu addımın puldu. Nəysə belə bəhanələr, sorada nömrəsini söndürüb yoxa çıxmağa başladı günlərlə zəng çatmadı. Məndə məcbur oldum polisə müraciət etdim, polisdə dediki bu iş məhkəməlikdir. Sonra cavabdeh 18 aprel 2024-cü il tarixdə cavabdeh məndən 6000 (altı min) manat borc pul alması barədə 6 ay müddətinə hər ay 1000 manat ödəmək şərti ilə 18 oktyabr 2024-cü il tarixdə qaytaracağını vəd verməsi barədə yazılı əqd təqdim. etdi. Bundan başqa “Whatsapp” vasitəsilə belə yazışmalarınız olmuşdur. Cavabdehin verdiyi vaxtadək son 2 ay ərzində heç bir ödəniş etməmiş, üzərinə götürdüyü yazılı saziş üzrə müqavilənin öhdəliyin yerinə yetirməmiş, mən də cavabdehdən pulumu geri tələb etməyə başladım, cavabdeh də müxtəlif bəhanələrlə məni aldadaraq mənə borclu qaldığı 6000 (altı min) manat pulu qaytarmaqdan yayınmışdır. Ona görə də məcbur qalib hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldum”. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ona olan borcunu hissə-hissə ödəyəcəyi barədə ərizə təqdim etsə də, borcundan heç bir ödəniş etməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, “mülki iş üzrə cavabdeh tərəfdir. İddiaçı ona qarşı olan iddia tələbini qəbul edir və işin məhkəmə baxışına təyin edilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh tərəfindən imza edilməklə yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o Salyan rayonunda yaşayır. Salyan şəhəri, H.Əliyev prospektində bina 115, № 2-də qeydiyyatdadır. Sabirabad rayonu, Yolçubəyli kəndində yaşayan İddiaçı 6000 manat borc pul almışdır. Bu gündən etibarən ayda 1000 manat qaytaracağına söz vermişdir. Qaytarmayacağı təqdirdə məsuliyyətə cəlb olunmasına razıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli GTKR4433990A144 saylı kredit müqaviləsinə Əlavə "xxxx" ASC-nin Sabirabad rayon filialı tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 27 faiz dərəcəsi ilə, 35 ay müddətinə 1950 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli GTKR4718832A144 saylı kredit müqaviləsinə Əlavə "xxxx" ASC-nin Sabirabad rayon filialı tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 27 faiz dərəcəsi ilə, 35 ay müddətinə 4230 manat kredit verilmişdir. İş materiallarında olan Sabirabad rayonu Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı halhazırda Sabirabad rayonu, Yolçubəyli kənd İƏD-nin Yolçubəyli kəndində yaşayır. İş materiallarında olan ***-***-**-** nömrəli mobil telefonla “Whatsapp” sosial şəbəkəsində olan yazışmaların qeyd olunduğu fotoşəkillərdən görünür ki, yazışma cavabdehin iddiaçıya borcu olduğunu və avtomaşınını sataraq pulu qaytaracağı məzmunundadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçıdan 6000 (altı min) manat məbləğində borc pul almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli qəbz yazraq İddiaçıya borclu olduğu 6000 (altı min) manat pulu etiraf etmiş və həmin pulu 1000 (bir min) manat olmaqla altı ay ərzində tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1437/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1437/2024
26.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver