Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-145/2023 10.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi İddiaçı “X1 ” İK-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı “X1 ” İK-nin sədri X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 ” İK-nin sədri X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əməli nəticəsində vurulan 2920.0 manat zərərin və 49.20 manat dövlət rüsumunun “QTKK” İstehsalat Kooperativinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsini və əlavə edilməiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə səasən ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259,263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı «X1 ” İK-nin sədri X2 Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçı « X1 ” İK-nin sədri X4 qaytarılsın. «X1 ” İstehsalat Kooperativi tərəfindən ödənilmiş 49.20 manat dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. HAKİM: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-145/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-145/2023
10.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver