Məhkəmə qərarları › İş №2(057)-1451/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1451/2023

16.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1451/2023 16.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə pul tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 12 sentyabr 2019-cu il tarixində Beynəlxalq Bankdan 15000 manat kredit götürmüş, cavabdeh isə onun kredit götürməyini bilmiş, o, işdə olanda cavabdeh ona zəng vuraraq 3200 manat borc pul istəmiş, o isə arvadına zəng vuraraq həmin pulu Qabilə verməyini tapşırmış, arvadı da, həmin pulu Qabilə vermişdir. 1 həftə sonra Qabil yenə gəlib pul isətmiş, 4300 manat pulunun çatmadığını, ailəsini əməliyyat etdirdiyini bildirmişdir. Cavabdeh ona 03 il 10 ay müddətinə pulunu hissə-hissə qaytarmışdır. Özü pulu bankdan götürdüyü uçün cavabdeh həmin bank faizinə görə ona 3500 manat pulu ödəməlidir.Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh X1 məhkəmə iclasında iştirak etməmiş və etməməsinin üzrlü səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmədə elan olunmuş, Azərbaycan Beynəlxalq Bankı ilə iddiaçı arasında olan № BPM**********98 saylı 12 sentyabr 2019-cu il tarixli Kredit Müqaviləsindən görünür ki, həqiqətən də, iddiaçı 36 ay müddətinə 15000 manat məbləğində istifadəyə görə illik 20 faiz ödəmək şərtilə kredit götürmüşdür. Həmin müqavilənin № 1 saylı əlavəsi olan Kreditini və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, hər ay 557,50 manat ödəniş etməklə, 12 sentyabr 2022-ci il tarixinə qədər 15000 manat əsas borc, 5067,74 manat faiz boru olmaqla ümumi olaraq 20067,74 manat krediti ödəməlidir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan məxaric orderindən görünür ki, iddiaçı 14850 manatı Azərbaycan Beynəlxalq Bankının Salyan şöbəsinin xəzinəsindən 12 sentyabr 2019-cu il tarixində almışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki,məhkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflər arasında hər hansı yazılı əqd olmamışdır. İddiaçı bankdan pul götürərkən cavabdeh onunla bərabər bank qarşısında öhədlik götürməmişdir.Ona görə də iddiaçının götürdüyü pula görə borc verdiyi cavabdehdən bank faizini tələb etməkdə haqlı deyildir. Tərəflər arasında hüquq münasibətlərin yaranması üçün öhədəliyin olması zəruridir.Lakin cavabdeh iddiaçının qeyd olunan tələbi ilə bağlı hər hansı bir öhədiyili götürmədiyindən həmin məsuliyyəti onun üzərinə qoyulması mümkün deyildir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə iddianın əsassız olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh 3500 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar