Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1463/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşının kürəkənidir. 2013-cü ildə AccessBank QSC ilə Cavabdeh arasında 23 dekabr 2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh kreditor ilə 24 oktyabr 2014-cü il tarixdə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla və X7 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh vaxtında borcunu qaytarmadığı üçün Accessbank QSC onu məhkəməyə vermiş, Salyan rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən 5961,60 manat məbləğində əsas borc, 1294,98 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7756,58 manat pul tutularaq AccessBank QSC-yə ödənilməsi qət edilmişdir. İş icra olunması üçün Salyan rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və yenə də cavabdeh borcunu ödəməmişdir. Borc ödənilmədiyi üçün icra məmuru işləyən olduğu üçün borcu əmək haqqına yönəldmişdir. Məcbur olub "xxxx" QSC ilə razılığa gəlib bankdan öz adına kredit götürüb cavabdehin borcunu bağlamışdır. Bank tərəfindən güzəşt olunmuş və cəmi 3400 manat pul ödəyərək cavabdehin borcunu tam şəkildə bağlamışdır. Cavabdeh həmin borcu yaxın vaxtlarda qaytaracığına söz versə də qaytarmamışdır. Cavabdeh borcundan cəmi 600 manat qaytarmış, 2800 manat borcu qalmışdır. Dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) X4 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən, işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh məxsus hesab üzrə X3 tərəfindən "xxxx" QSC-yə 3400 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" QSC qarşısında olan 7500 manat həcmində borc öhdəliyi xx.xx.2023-cü il tarixdə tam olaraq yerinə yetirilmişdir. İş materiallarında olan 23 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı tərəfindən borcunun qaytarılması barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-2802/2016 saylı qətnaməsindən görünür ki, "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X5 və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə və xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh, X2 və İddiaçı müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 5961,60 manat məbləğində kredit üzrə qalıq borc, 1294,98 manat faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7756,58 manat məbləğində pul tutulması qət edilmişdir. Tərəflər arasında olan telefon danışığının səs yazısından görünür ki, İddiaçı Cavabdeh borcun qaytarılmaması ilə bağlı iradını bildirmiş, cavabdeh isə borcu qaytarmağa imkanının olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" QSC qarşısında olan borc öhdəliyi İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin məbləğin geri qaytarılmasını cavabdehdən dəfələrlə xahiş etsə də, cavabdeh həmin məbləği iddiaçıya qaytarmamışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia qanuni və əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, borcun hüquqi əsası sübut edilə bilmədiyi üçün cavabdeh əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 48.00 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pul və ödənilmiş 48.00 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1463/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1463/2025
07.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver