Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-147/2023 26.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə yolun açılması, maneənin aradan qaldırılması və ziyan tələbi barədə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əsədov X2 Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qonşusu Salyan rayonunun Qardili kənd sakini Cavabdeh tərəfindən törədilmiş maneələrin aradan qaldırılması və həyətinə gələn yolun üstündə tikdiyi tikililərin sökülməklə yolun açılması və sonuncunun ötən illər ərzində ona vurduğu 10000 manat maddi və mənəvi ziyanın alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Qardili kəndində yaşayır, 24 sot həyətyanı torpaq sahəsi vardır. Cavabdeh qonşusudur və həyətinə gələn yolun üzərində mal-qara saxlamaq üçün tövlə tikmişdir. Bağına başqa tərəfdən yol olmadığından, tövlənin yanından ona bağına gedib-gələ bilməsi üçün 4 metr enində yol verməsini ondan istəmiş, lakin sonuncu razılaşmamışdır. Cavabdehin tövləni tikdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Cavabdehdən yalnız yolun açılmasını tələb edir, başqa bir iddiası yoxdurOdur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, İddiaçı qonşusudur. 18 sot həyətyanı torpaq sahəsi var və iddiaçının iddia etdiyi torpaq sahəsi də mülkiyyətindədir. İddiaçının bağına başqa yerdən yolunun olduğunu bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmədə elan olunmuş 28 yanvar 2000-ci il tarixli JN-066F KOD 80905048 saylı şəhadətnamədəm görünür ki, 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən 30 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. 28 yanvar 2000-ci il tarixli JN-067B KOD 80905048 saylı şəhadətnamədəm görünür ki, 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Salyan rayon İcra hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 02 avqust 2022-ci il tarixli № 26 saylı məktubdan görünür ki, iddiaçının həyətyanı torpaq sahəsinə gedən yolun açılması məsələsi mülki iş olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli № 3-21-3-38/2- 2943/2023 saylı məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirilmişdir. ********** saylı, xx.xx.2023-cü il tarixli xidməti tapşırığa əsasən, Salyan Rayon Məhkəməsinin icraatında olan xx.xx.2023-cü il tarixli 2(057)-147/2023 saylı iş üzrə mübahisəli torpaq sahəsinə dair Torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi smetası üçün 95 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, smeta dəyəri olan 95 manat pul məbləğini İddiaçı ödəmişdir. Məhkəmədə elan olunmuş 01 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu Qardili kəndində yerləşən və İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu məlumatlarında, bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yollar və küçələr kimi göstərilmişdir. İddia olunan mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən şifer hasarla hasarlanıb. Hasarlanan torpaq sahəsi mal-qara tövləsinin qarşısında yerləşir və İddiaçı həyətinə keçməsinə maneçilik yaradır. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına olaraq zəbt etmiş və nəticədə iddiaçının həyətinə gedən yolun üzərində maneə yaratmışdır.Cavabdeh mülkiyyətində olmayan torpaq sahəsini çəpərləməklə bələdiyyə mülkiyyətini pozmuş və nəticədə ümumi istifadədə olan torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaratmışdır. İddiaçının Cavabdehdan ötən illər ərzində ona dəymiş 10000 manat maddi və mənəvi ziyanın alınması tələbi barədə məhkəmə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd olunmalıdır.İddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh də etiraf etməmişdir Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş üzrə məhkəmə xərci olan, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh zəbt etdiyi Salyan rayonu, Qardili kəndində yaşayan İddiaçı həyətinə gedən yolun üzərində dəmir tor və şiferlə quraşdırılmış hasar sökülməklə 4 metr enində yol açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-147/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-147/2023
26.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver