Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1487/2023 09.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri tələb olunması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh 821.10 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. “Azərmaş "xxxx" MMC ilə bağlanmış 27 noyabr 2020-ci il tarixli MAS-2802 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 24 sentyabr 2020-ci il tarixli MAS-2802 saylı “daxili lizinq” müqaviləsinin predmeti olan “Peugeot 405” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Peugeot 405” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN X3 tərəfindən inzibati qaydada cərimə olunmuşdur. Bu faktı AR DİN DYP-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir. EQ 10746426 saylı protokola görə 80 manat, EQ 10746420 saylı protokola görə 80 manat, EQ 10746421 saylı protokola görə 16 manat, EQ 10746465 saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 12.70 manat,EQ ******* saylı protokola görə 63.50 manat, EQ ******* saylı protokola görə 63.50 manat, EQ ******* saylı protokola görə 12.70 manat, EQ ******* saylı protokola görə 12.70 manat, EQ 10746440 saylı protokola görə 16 manat, EQ 10746438 saylı protokola görə 32 manat, EQ 10746435 saylı protokola görə 16 manat, EQ 10746442 saylı protokola görə 80 manat, EQ 10746432 saylı protokola görə 32 manat, İXP ******* saylı protokola görə 128 manat, İXP ******* saylı protokola görə 64 manat ümumilikdə 821.10 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın qanuni və əsaslı olduğundan təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılov rayon məhkəməsinə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh qeydiyyatda olduğu ünvana bidiriş göndərilmiş, “köçüb” qeydli poçt xəbərnaməsi məhkəməyə geri qaytarılmışdır. Ona görə də məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 24 sentyabr 2020-ci il tarixli, MAS-2802 saylı daxili lizing müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVAACİHFFLK238095 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(057)-1796/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC ilə cavadeh Cavabdeh arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli MAS-2802 daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavadeh Cavabdeh 24 sentyabr 2020-ci il tarixli MAS-2802 daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 avqust 2022-ci il tarixə 1805.09 manat gecikdirilmiş əsas, 570.02 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 917.84 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 870.34 manat dəymiş zərər, cəmi 4163.29 manat borcun tutulması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 69.53 manatın 4 manat 53 qəpiyi iddiaçıya, 65 manatı cavabdehə aid edilməsi, ondan 65 manat alınaraq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh dəymiş ziyanı ödəməsini və ödəməyəcəyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdığı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçı təşkilatdan 24 sentyabr 2020-ci il tarixli MAS-2802 daxili lizinq müqaviləsinə və öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVAACİHFFLK238095 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-dən təhvil almış, istifadəsində olduğu müddət ərizində inzibati xəta ilə əlaqədar sürücü AR DİN X3 tərəfindən inzibati qaydada cərimə olunmuş, həmin cərimələr cavabdeh tərəfindən ödənilməmişdir. Mülkiyyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış EQ 10746426 saylı protokola görə 80 manat, EQ 10746420 saylı protokola görə 80 manat, EQ 10746421 saylı protokola görə 16 manat, EQ 10746465 saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 12.70 manat,EQ ******* saylı protokola görə 63.50 manat, EQ ******* saylı protokola görə 63.50 manat, EQ ******* saylı protokola görə 12.70 manat, EQ ******* saylı protokola görə 12.70 manat, EQ 10746440saylı protokola görə 16 manat, EQ 10746438 saylı protokola görə 32 manat, EQ 10746435 saylı protokola görə 16 manat, EQ 10746442 saylı protokola görə 80 manat, EQ 10746432 saylı protokola görə 32 manat, İXP ******* saylı protokola görə 128 manat, İXP ******* saylı protokola görə 64 manat ümumilikdə 821.10 manat məbləğində yaranmış cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Ona görə də, İddiaçı MMC Cavabdeh inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələri ödəməyi tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində qeyd olunmuşdur ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu əvəzində ödənilmiş 30.40 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 821.10 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1487/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1487/2023
09.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver