Məhkəmə qərarları › İş №2(057)-151/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-151/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-151/2023 08.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızından müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 4972 manat əsas məbləğ üzrə, 675.68 manat faiz üzrə, 8.56 manat cərimə, cəmi 5656.24 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76.97 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış 201micSLY/22-EM saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit və X4 çərçivəsində bağlanmış 201micSLY/22-EM saylı xx.xx.2022-ci il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik faiz dərəcəsi 24 %-dək olmaq şərtilə 4972 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızı arasında 201micSLY/22-EM saylı zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlə yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızından müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4972 manat əsas məbləğ üzrə, 675.68 manat faiz üzrə, 8.56 manat cərimə, cəmi 5656.24 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76.97 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 201micSLY/22-EM saylı Kredit və X4 kredit müqaviləsindən görünür ki, Kredit və X4 kredit müqavilə çərçivəsində Əlavə Kredit Müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 201micSLY/22-EM saylı Əlavə Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə xx.xx.2025-ci il tarixədək illik 24 % dərəcəsi ilə 4972 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 201micSLY/22-EM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızı kredit götürən Cavabdeh1 öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 4972 manat əsas, 675.68 manat faiz, 8.56 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 5656.24 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 9/8615 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-nə olan borcu 5651.23 manat, bundan əsas borcu 4972 manat, faiz borcu 679.23 manat təşkil edir. Məhkəmədə elan olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacağı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 76.97 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh bankdan pul götürmüş, götürdüyü pulu ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-nə olan borcu 5651.23 manat, bundan - əsas borcu 4972 manat, faiz borcu 679.23 manat təşkil etdiyi göstərilmiş, lakin məhkəmə iddia tələbi həcmindən iddianı təmin etməlidir. Odur ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızından 4972 manat məbləğində əsas borc, 675.68 manat məbləğində faiz borcu və 8.56 manat cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızından müştərək qaydada 4972 manat məbləğində əsas borc, 675.68 manat məbləğində faiz borcu və 8.56 manat cərimə borcu ilə bağlı iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 75.28 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 76.97 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və iddiaçının xeyrinə Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızından müştərək qaydada 4972 manat məbləğində əsas borc və 675.68 manat məbləğində faiz borcu və 8.56 manat cərimə borcu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Nəcəfova Rəhiməxanım Sabir qızından müştərək qaydada 4972 manat əsas məbləğ üzrə, 675.68 manat faiz üzrə, 8.56 manat cərimə, cəmi 5656.24 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 76.97 manat alınıb "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar