Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-151/2024 14.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon icra və probasiya şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və s.” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon icra və probasiya şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tam payla onun xüsusi mülkiyyətində, ünvan 1 ünvanında “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” 0.13268 ha. torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 12.8 kv. m. olan qeyri yaşayış binası - daşınmaz əmlak mövcuddur. (Şəxsiyyət vəsiqəsi, ünvan 1 ünvanında “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” 0.13268 ha. torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 12.8 kv. m. olan qeyri yaşayış binası - daşınmaz əmlaka dair reyestr № **********76-06301, qeydiyyat No ********* saylı dövlət reyestrindən çıxarışının və texniki pasportunun sürətini iddia ərizəsinə əlavə etmişdir Əlavə № 1,2,3). Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, İş № 2(049)-95/2019 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdeh olaraq ona qarşı iddiası qismən təmin edilmiş, onunla "xxxx" ASC arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 0258-K saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə dair 05 aprel 2016-cı il tarixli Əlavə №1 ləğv edilmiş, ondan, yəni, cavabdeh İddiaçı "xxxx" ASCnin xeyrinə 88988,32 ABŞ dolları əsas kredit borcu, 10124.44 ABŞ dolları kreditindən istifadəyə görə faiz borcu və 692.22 ABŞ dolları cərimə (peniya) olmaqla, cəmi 99804.98 ABŞ dolları (doxsan doqquz min səkkiz yüz dörd dollar doxsan səkkiz sent) tutulduğu anda Azərbaycan Respiblikasi Mərkəzi bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən yaşayış səsi 40.8 kv.m, yardımçı 34.6 kv.m sahədən ibarət olan 2 otaqlı mənzilə tutmanın yönəldilməsi ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 115000 (bir yüz on beş min) manat müəyyən edilmasi, ipoteka predmetinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh İddiaçı "xxxx" ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlərin, peniya və dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən yaşayış sahəsi 40.8 kv.m, yardımçı 34,6 kv.m — sahədən ibarət olan 2 otaqlı mənzilin satışından əldə olunan vəsaitdən borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borc qalan hissədə ondan ümumi qaydada tutulması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin ondan tutularaq Dövlət nəfinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Müvafiq qaydada tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətlərinə əsasən, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, iş № 2(106)-403/2020 saylı qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, iş № 2(049)-95/2019 saylı qətnaməsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilməmiş saxlanılmış, ekspertiza xərclərini təşkil edən 100 (yüz) manat ondan alınaraq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmiş , Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-417/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, iş № 2(049)-95/2019 saylı qətnaməsinin, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, iş № 2 (106)-403/2020 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 417/2021 saylı qərarının surətləri iddia ərizəsinə əlavə olunur. Əlavə .Nə 4, 5, 6) .Sözü gedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəlmiş və aidiyyatı icra qurumu tərəfindən müvafiq icra hərəkətlərinə başlanılmışdır. Belə ki, ona məxsus olan, sözü gedən, mübahisə predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən yaşayış sahəsi 40.8 kv.m, yardımçı 34,6 kv.m sahədən ibarət olan 2 otaqlı mənzilə tutma yönəldilmiş, daha sonra isə, tələbkarla müvafiq cinayət əlaqələrinə girən hərrac təşkilatı tərəfindən onun hüquqlarını ciddi və məqsədli şəkildə pozularaq, heç bir məlumatı və ya xəbəri olmadan ipoteka predmeti olan ipoteka predmetinin ilkin satış qiyməti 115000 (bir yüz on beş min) manat müəyyən edilmiş, həmin və ya hazırki vaxtda bazar qiyməti minimum 160000 (bir yüz altımış min) manat civarında olan mənzilini açıq hərracda göz-görəki və açıq qanunsuzluqlarla müşaiyət olunmaqla tən yarı qiymətindən də aşağı qiymətə 73312.50 (yetmiş üç min üç yüz on iki manat əlli qəpik) qiymətləndirilməklə tələbkar banka satılmış, ipoteka predmetinin açıq hərracda satışı tam qanunsuzluqlarla həyata keçirilmiş və hazırki anadək ona bununla bağlı hər hansı bir məlumat və ya sənəd təqdim edilməmişdir. Bununla bağlı, tərəfindən müraciət edilməklə keçirilmiş hərracın nəticələri və ya yekunları ilə bağlı müvafiq sənədlər əldə edildikdən sonra, həmin “hərracın” nəticələrinin qanunsuz hesab edilməsinə dair müvafiq məhkəməyə iddia qaldırılacaqdır. Bundan başqa, müvafiq qurumun, yəni, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Qasımov 2 dəfə, ayrı-ayrı vaxtlarda Lənkəran Rayon məhkəməsinə təqdimatlarla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclu İddiaçı, yəni ona məxsus, tam payla onun xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” 0.13268 ha. torpaq sahəsində yerləşən daşınma əmlakın ümumi sahəsi 12.8 kvm. olan qeyri yaşayış binası - daşınmaz əmlakın üzərinə həbs qoyulmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin 2 ayr-ayrı qərardadları ilə, xx.xx.2023-cü il tarixli, iş № 8(049)-161/2023 saylı qərardadı (hakim M.Ə.Qasımov) və xx.xx.2023-cü il tarixli, iş № 8 (049)-208/2023 saylı qərardadı (hakim A.E.Pənahov) ilə nəticə etibarı ilə təqdimatlar təmin edilərək, ona, yəni, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13268 ha. olan torpaq sahəsinin və “həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 12.8 kvm. olan qeyri yaşayış binasının üzərinə (reyestr № **********76-06301, qeydiyyat № 2********) həbs qoyulmuşdur. (Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 8 (049)-161/2023 saylı və xx.xx.2023-cü il tarixli, iş № 8(049)-208/2023 saylı qərardadlarının surətləri iddia ərizəsinə əlavə olunur. Əlavə № 7, 8). Daha sonra, sözü gedən qərardadlarla üzərinə həbs qoyulmuş, ona məxsus əmlakın qiymətləndirilməsi məqsədi ilə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımovun xx.xx.2023-cü il tarixli, “Qiymətləndiricinin dəvət edilməsi barədə” qərarı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13268 ha, olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 12.8 kvm. olan qeyri yaşayış binasının qiymətləndirilməsindən ötrü qiymətləndirici mütəxəssis dəvət edilmiş, qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulmuşdur. Hər zaman olduğu kimi yenə də onun xəbəri və ya məlumatı olmadan, tələbkarın məlumatlı olduğu sözü gedən “Qərar” qəbul edilərək icraya yönəlmiş, qiymətləndirici mütəxəssis "xxxx"MMC adlı təşkilatdan dəvət olunmuşdur. (Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımovun xx.xx.2023-cü il tarixli, “Qiymətləndiricinin dəvət edilməsi barədə” Qərarının və həmin Qərarın icra edilməsi üçün CavabdehMMC-nə göndərilməsi barəsindəki eyni tarixli müşaiyət edici məktubunun surətləri iddia ərizəsinə əlavə olunur. Əlavə № 9, 10). Bütün yuxarıda qeyd edilən “Qiymətləndiricinin dəvət edilməsi barədə” Qərardan və onun icraya yönəlməsindən, ümumiyyətlə bu prosedurla bağlı edilən hərəkətlərin heç birindən onun qətiyyən heç bir xəbəri olmamışdır. Yalnız, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 224/23 saylı “Hərrac bildirişi”nin ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim edilməsindən sonra ona bəlli olmuşdur ki, artıq ona məxsus sözü gedən əmlak hərraca çıxarılmış və ona unikal aşağı həddə, astronomik səviyyədə kiçildilməklə (heç 1/10-i həddində də deyil) vicdansızcasına və ya Allahsızcasına bir ilkin satış qiyməti : 11000 (on bir min) manat qiymət qoyularaq, hərracın keçirilmə tarixi də artıq təyin edilərək, hərrac addımı da gülünc səviyyədə - ilkin satış qiymətinin 3 %-i həddində təyin edilərək növbəlilik əsasında xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. ("xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 224/23 saylı “Hərrac bildirişi”nin surəti iddia ərizəsinə əlavə olunur. Əlavə Ne 11) Bundan sonra, tərəfindən müvafiq icra qurumuna (icra məmuruna) müraciət edilərək, sözü gedən prosessual hərəkətlərlə bağlı məlumatsızlığı barədə irad bildirilməklə, yuxarıda qeyd etdiyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımovun xx.xx.2023-cü il tarixli, “Qiymətləndiricinin dəvət edilməsi barədə” Qərarının və həmin Qərarın icra edilməsi üçün Cavabdeh MMC-yə göndərilməsi barəsindəki eyni tarixli müşaiyət edici məktubunun surətlərini, həmçinin, "xxxx" MMC adlı təşkilatın 10 vərəqədən ibarət “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı”nın, həmin hesabata əlavə olunmuş, “daşınmaz əmlakın qiymətləndirməsinə dair” xx.xx.2023-cü il tarixli, 0318/23 №-li saxtalaşdırılmış ekspert rəyinin surətlərini xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Həmin sənədlərlə tanış olduqda dəhşətə gəlmişdir. Cavabdeh MMC adlı sözü gedən “ekspertiza təşkilatı” (?) unikal həddə qanunsuzluğa, saxtakarlığa əl ataraq, şübhəsiz ki, bunu “tələbkar” bankla əlbir olaraq həyata keçirməklə, onun konstitusion hüquqlarını kobud şəkildə pozmaqla, mülkiyyətində olan real bazar qiyməti minimum 155- 160 min manat civarında olan əmlakını, onun iştirakını təmin etmədən, ona hər hansı bir məlumat vermədən, onun iştirakı, icazəsi və ya razılığı olmadan, tələbkarın nümayəndəsi ilə birlikdə mülkiyyətindəki əmlaka və ya onun ərazisinə qeyri-qanuni əsaslarla 155-160 min manatlıq əmlakına 10 dəfədən də aşağı : 11 min manat hər növ vicdani kriteriyalardan uzaq bir qiymət qoymaqla sırf tələbkarın maraqlarına və mənafeyinə uyğun aşkar unikal qanunsuzluqlarla müşaiyət olunan Allahsız bir hərəkət etmiş və tez-tələsik də bərli-bəzəkli bir hesabat və rəy tərtib edərək İcra və Probasiya şöbəsinə göndərmiş, sözü gedən icra qurumu isə yenə də ona hər hansı bir məlumat verməyərək sifarişçi qismində çıxış etməklə, 88320/05 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət etmişdir. (Cavabdeh MMC adlı “ekspertiza” təşkilatının 10 vərəqədən ibarət “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı”nın, həmin hesabata əlavə olunmuş, “daşınmaz əmlakın "qiymətləndirməsinə dair” xx.xx.2023-cü il tarixli, 0318/23 №-li saxtalaşdırılmış ekspert rəyinin surətləri iddia ərizəsinə əlavə olunur. Əlavə № 12) Lənkəran rayonu Liman Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 146 saylı məktub-arayışına əsasən, “Liman şəhəri ərazisində torpaq sahəsinin 1 sotunun dəyəri orta bazar qiymətini, həmçinin vətəndaşlar arasında olunan razılığı nəzərə alaraq, şəhərdən kənar yerlərdə 3000-5000 manat, şəhər mərkəzi örazilərdə isə 8000-9000 manat civarında müəyyənləşdirlir.” Onun mülkiyyətində olan sözü gedən daşınmaz əmlakın şəhər mərkəzində yerləşməsini nəzərə alsaq, təkcə mülkiyyətində olan sözü gedən torpaq sahəsinin orta bazar qiyməti təqribən 120 min manat civarında təşkil edir. Ekspert sözü gedən 11000 manat satış qiymətini müəyən edərkən, torpağın sotunu hansı qiymətlə və ya hansı qiymət kriteriyası ilə hesablamış və həmin məbləği çıxarmışdır. Qeyri-yaşayış bınasını nəzərə almasaq, ekspertin qənaətinə görə (11000 manat satış qiymətinə münasibətdə), təkcə 0.13268 ha torpaq sahəsinin hər sotunun qiymətini 82.90 azn-dən hesablamışdır. Azərbaycan Respublikasının ucqar dağ kəndlərində, hətta istifadəyə tam yararsız olan torpaq sahələrində belə bu qiymətə torpaq yoxdur. Bu qanunsuzluğun pik həddidir. “Ekspert”in müəyən maraqlar daxilində belə bir qanunsuz rəy verməsinin bariz göstəricisidir. (Lənkəran rayonu Liman Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 146 saylı məktubunu iddia ərizəsinə əlavə etmişdir. Əlavə № 13) “Beynəlxalq Əmlak və Qiymətləndirmə Agentliyi”nin xx.xx.2023-cü il tarixli, 13 saylı “X3”ına əsasən, “ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus əmlakın orta bazar qiyməti 174.412 (bir yüz yetmiş dörd min dörd yüz on iki) manat təşkil edir. Belə ki, əmlak şəhərin mərkəzində və magistral yolun birbaşa kənarında yerləşdiyi üçün torpaq sahəsinin 1 sotu 9.000 manat (0.13268x9000)=119.412 manat, torpağın üzərindəki əmlakların dəyəri isə 55.000 manat təşkil edir. Əmlakın daha yüksək qiymətə satılması da istisna edilmir. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evlərinin bazar dəyəri üçün əsas olan paranetrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq " edilmişdir.” (“Beynəlxalq Əmlak və Qiymətləndirmə Agentliyi”nin xx.xx.2023-cü il tarixli, 13 saylı, “X3”ını iddia ərizəsinə əlavə etmişdir Əlavə № 14) Xidmət haqqı ödəməklə, qanuni əsaslarla peşəkar qiymətləndirmə fəaliyyəti həyata keçirən "xxxx"MMC ilə bağladığı, “ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakların dəyərinin hesablanmasına dair” xx.xx.2023-cü il tarixli müqaviləyə və ona əlavə olunmuş 10 vərəqədən ibarət “Daşınmaz əmlakların maliyyə-smeta dəyərinin Hesabatına” əsasən, cəmi : tikinti quraşdırma işləri 65643.0 manat hesablanmışdır. ("xxxx"MMC-nin xx.xx.2023-cü il tarixli müqaviləsini və ona əlavə olunmuş 10 vərəqədən ibarət “Daşınmaz əmlakların maliyyə-smeta dəyərinin Hesabatı”nı iddia ərizəsinə əlavə etmişdir. Əlavə .№ 15) Sözü gedən göz-görəsii qanun pozuntuları aşkar və netdir. Təkzibi və inkarı mümkün deyildir. Onun bütün növ hüquqları pozulmuşdur və pozulmaqda da davam edir. Bu tələbkar bank bütün gücü ilə onun hər şeyini, bütün mal, əmlak və fiziki varlığını əlindən almaq, məhv etmək niyyətindədir. Onun mülkiyyətində olan əmlaka onun icazə ya razılığı, iştirakı olmadan daxil olunması və bununla bağlı saxtalaşdırılmış, unikal həddə kiçildilmiş qiymət rəyi verilməsi onun birbaşa Azərbaycan Respublikasının Konstitusiyası, Mülki və Mülki-Prosessual Məcəllələri ilə qorunan hüquqlarının kobud şəkildə pozulması halı kimi dəyərləndirilməlidir.Hesab edir ki, pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, hazırki iddia tələbi əsasında Cavabdeh MMC adlı təşkilatın “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı”, həmçinin “daşınmaz əmlakın qiymətləndirməsinə dair” xx.xx.2023-cü il tarixli, 0318/23 №-li saxtalaşdırılmış ekspert rəyi tam qanunsuz və əsassız olduğundan, etibarsız sayılmalıdır. Həmin mülki işə baxıldığı müddətdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə "xxxx" MMC-nin ilkin olaraq 11000 (on bir min) manat satış qiyməti qoyularaq, hərrac addımı - ilkin satış qiymətinin 3%-i həddində təyin edilərək növbəlilik əsasında xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş hərrac prosesi dərhal dayandırılmalıdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsi barədə yekun qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 bildirdi ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının "İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə" xx.xx.2021-ci il tarixli 02/2021 №-li qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Hazırkı işdə hərrac hələ keçirilmədiyi üçün qiymətləndirmə rəyinin ləğvi barədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında (qiymətləndirmə sifarişini vermiş icra məmurunun hərəkətindən/qərarından şikayət kimi) baxılmalıdır. Odur ki, hazırkı iş üzrə icraata AR MPM-nin 170 və 261.0.1-ci maddələrinə əsasən xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon icra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli № 02/2021 Qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Həmin Qərardadın 32-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göründüyü kimi, hazırkı işdə hərrac hələ keçirilmədiyi üçün iddiaçı icra məmurunun hərəkətlərindən verilən şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində qeyd olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114,170 263- 264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon icra və probasiya şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və s.” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-151/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-151/2024
14.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver