Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-156/2023 10.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi vəkil X5, Cavabdeh nümayəndəsi və həmçinin cavabdeh X1 iştirakı ilə pul tələbi barədə mülki işə 10 fevral 2022-ci ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində X2 VƏ Cavabdeh müştərək qaydada 10.000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 3000 manat, 150 manat vəkilə verilən pulun və 129,90 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, hər iki cavabdehi onunla qaynı oğlu tanış etmişdir. hər iki cavabdehə pul lazım olduğunu ona demişdir.Təqribən 4 ilə əvvəl Fuad lə onlar gəlmiş və Fuad ondan 5000 manat pul istəmiş, lakin o qədər pulu olmadığı üçün ona 3200 manat pul vermişdir.Fuad atasının pensiya kartını ona vermiş hər ay kartdan pulu çəkəcək, qalan pulu da ona qaytaracağı barədə razılığa gəlmişlər. 8-10 ay kartdan 1000, 8000 və sair məbləğdə pulu çıxarmış, qalan pulları isə Fuadın özünə qaytarmışdır. 300 manat özünə götürmüş, qalan pulu isə qaytarmışdır.Məbləğ tamamlanmamış, yəni pulu götürəndən 2 ay sonra yenə Fuad ondan 3000 manat pul almışdır.2-ci dəfə pul götürdükdən sonra 2 ay sonra kart bloka düşmüş və daha pul çıxara bilməmişdir.Evlərinə gedərək pulunu tələb etdikdə ona evi satıb verəcəklərini bildirmişlər. İkinci dəfə pul götürdükdən 4 ay sonra yenə 3000 manat pul istənilmiş və oturub hesablaşaraq axırıncı dəfə Zümrüdün qızı Narınc qəbz yazaraq imza etmişdir. Qəbzdə 10000 manat pulu Zümrüd qaytaracağı və hər ay 1000 manat verəcəyini qeyd etmişdir. Evi satdığa qoyduqlarını demişlər.2000-3000 manat təqribən pul almışdır. Qəbzlərdən birini 3200 manat barədə Fuad yazmış, 2-ci qəbzi yenə Fuad 3600 manat pul alması barədə, 3-cü dəfə isə Narınc on min manat alması barədə qəbz yazmışdır. Hardasa cavabdehlər ona 7500 manat borclu qalmışlar.Qeyd olunan məbləği tələb edir.Fuadın atasının kartı ondan bir il müddətində olmuş, 8-10 ay pul çıxarmışdır .Hər dəfə 1000, 1500 manat pul çıxmış və 300 manat pul götürmüş, qalan pulu isə cavabdeh tərəfə qaytarmışdır.Bu hesabla Fuaddan 2600-2800 manat pul almış, qarşı tərəf isə ona 7500 manat borclu qalmışdır. 09 fevral 2020-ci ildə yazılmış iltizamda 3200 manat pulu X6 götürmüş, lakin Faiqin adı yazılmış, imza edən və yazan isə Fuad ozü olmuşdur.Eyni qaydada 17 mart 2020-ci ildə yazılmış qəbzdə də olmuşdur. 01 iyun 2020-ci ildə Gülalıyeva Zümrüdün adından Fuad qəbz yazıb imza etmişdir. 09 fevral 2020-ci ildə 10.000 manat barədə qəbzi Zümrüdün qızı Narınc yazmış və imza etmişdir. 09 fevral 2020-ci il tarixinə ona görə yazmışlar ki, pulları cəmləşdirmişlər. Faiq Gülalıyevin pensiya kartı xx.xx.2020-ci ildə sonrakı müddət üçün 8 ay onda olmuşdur. Ona məhkəmədə təqdim olunmuş və cavabdeh tərəfdən məhkəməyə təqdim olunmuş pul siyahısı barədə bildirir ki, fevral 2020-ci ildən dekabr 2020-ci il də daxil olmaqla 8.136 manat pulu kartdan çıxarıb hər ay 300 manatı özünə götürmüş, qalan pulu isə Fuada qaytarmışdır. Verilmiş iddianın əsaslı olması səbəbindən təmin olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən X3 bildirmişdir ki, 09 fevral 2020-ci ildə oğlu Fuad adlı şəxslə Almas xanımın evinə gedərək 2000 manat pul götürmüşdür. Almasa həmin pulun üzərində 1200 manat əlavə faiz verməli idi.Ona görə Almas yazdığı qəbzdə 3200 manat pulu yazmışdır və onlara bildirmişdir ki, faiz söhbəti olmasın, lotreya oyunu kimi qeyd edilsin.Fuad atası Faiqin pensiya kartını Almasa vermişdir.Kart Almasda qalmış və Faiqin pensiya kartından banka kredit üçün tutulan məbləğ təqribən beş yüz neçə manat çıxıldıqdan sonra kartda olan təqdim etdiyi siyada qeyd olunduğu kimi cəmi 8136 manat pulu iddiaçı çıxarmış və götürmüşdür.Bu 2020-ci ilin son ayı da daxil olmaqla davam etmişdir. Əri Faiq 2021-ci ilin yanvar ayında kartını bağlatdırmışdır. Ona görə ki, Almas xanım axırıncı ayda 1419 manatın hamısını çıxarmışdır.Ona nəyə görə belə etdiyini soruşqduqda üstündə olduğu üçün çıxartıdığını demişdir. 2020-ci ilin may ayında Almas ona zəng edərək kartdan 800 manat pul çıxıldığını demişdir. Ona kartın özündə olduğunu demişdir.Almas borclu olduğu şəxsin 800 manatı tələb etdiyi üçün ona həmin pulu özü verməsini demiş, o da vermiş və əvəzində 1200 manat ona pul vermiş və 2000 manat pul almasını demiş, lakin 3200 manat pul alması barədə ona qəbz yazdırmışdır.Həmin qəbzi özü yazmış və hətta qızı Narınc da o qəbzə imza etmişdir.3200 manatı ona görə yazdırmışdır ki, hesabladığı 2000 manata görə 1200 manatı faiz kimi yazmışdır. Ehtiyacı olduğu və xəstə olduğu üçün belə bir vəziyyətə düşmüşdür. Oğlu Fuad 2020-ci ilin mart ayının 17-də Almasdan 2500 manat pul götürmüş, lakin faizə görə 4000 manat yazdırmışdır. 09 fevral 2020-ci il tarixdə qeyd olunmuş 10.000 manat barədə qəbz doğru deyil, onlar qəbzi yazmamış və orda yazılanlar doğru deyildir.İmza və yazılar onlara məxsus deyildir. Almasdan cəmi 5700 manat pul almışlar, həmin puldan artıqlaması ilə 8140 manat pul qaytarmışlar. Almas kartdan çıxartdığı puldan onlara hər ay 300 manatı qaytarmamışdır. Verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş X4 Kapital Bank ASC-dən almış olduğu ödəmə kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2019-cu ildən sonrkaı müddət üçün aldığı pensiyanın məbləği 1419,53 manat olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı qarşı tərəfə müxtəlif vaxtlarda 5700 manat pul vermiş, qarşı tərəf də öz növbəsində verilmiş pulun qaytarılması üçün F.Güləlıyevin adına olan pensiya kartını iddiaçıya vermiş, iddiaçının özünün etiraf etdiyi kimi 2020-ci ilin fevral ayından 2020-ci ilin diekabr ayı da da daixil olmaqla pensiya kartının onda olduğunu və həmin kartdan 8140 manat pul çıxartdığını, kartdan çıxartdığı puldan 300 manatını götürdüyünü, qalan pulu isə qarşı tərəfə verdiyini bildirmişdir.Lakin məhkəmə iddiaçının bu dediklərini əsaslı hesab etmir, iddiaçı özü 8140 manat məbləğində pulu cavabdehə məxsus kartdan çıxartıdığını etiraf etmiş, həmin puldan hər dəfə çıxarılan puldan 300 manatı götürdüyünü və qalanını qarşı tərəfə verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qarşı tərəf də bunu etiraf etməmişdir.Ona görə də məhkəmə iddiaçının cavabdehə tərəfə kartdan çıxartdığı pulu verməsi halını inandırıcı hesab etmir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olimuşdur ki, iddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh adından yazılmış qəbzdən sonuncunun şəxsən iddiaçıdan iki dəfə pul alması qeyd olunmamışdır Pulun götürülməsi qeyd olunmuş olsa belə konkret olaraq pulun kimdən götürülməsi məlum deyildir.Eyni qaydada Z.Gülalıyevanın adından yazılmış iltizamdan da onun kimdən pul götürməsi məlum deyildir.Cavabdeh adından yazılmış xx.xx.2020-ci il tarixli iltizamdan onun 10.000 manat pul götürməsi qeyd olunmuş olsa belə həmin pulun kimdən götürülməsi aydın deyildir.Eyni zamanda Z.Güləliyeva həmin qəbzin onlar tərəfindən yazılmadığını, iddiaçı isə qeyd olunan qəbzin Zümrüdün qızı Narınc tərəfindən yazıldığını qeyd etmişdir.Göründüyü kimi Narınc qəbzi yazmış olsa belə onun yazmış olduğu qəbzə görə anasının üzərinə musuliyyətin qoyulması doğru deyildir.Bütün bu deyilənələrə əsasən məhkəmə iddianın rədd olunmasını daha əsaslı hesab edir. Göründüyü kimi cavabdehlər iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliyi icra etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 və Cavabdeh müştərək qaydada 10.000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 3000 manat, 150 manat vəkilə verilən pulun və 129,90 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN: HAKİM: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-156/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-156/2023
10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver