Məhkəmə qərarları › İş №2(057)-1577/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1577/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1577/2023 29.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 757,95 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dovlt rüsumu, ümumilikdə 787,95 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı hesabına şdənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmənin “Elektron Məhkəmə Sistemi”nə ərizə ünvanlayaraq, iş üzrə tələb olunan dəymiş maddi ziyanın cavabdeh tərəfindən İddiaçı hesabına tam ödənildiyini və buna görə də ərizənin baxılmamış saxlanılmasını, həmin iş üzrə iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını və İddiaçı İB tərəfində Salyan Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini, qərardadın icrasının Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan "xxxx" ASC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə ddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılması ilə bağlı ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ” tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsi və ona əlavə olunmalı sənədlərin qaytarılmaqla baxılmamış saxlanılmasını nəzərdə tutan hüquqi norması olmadığından, analoji münasibətləri tənzimləyən MPM-nin 259.0.11-ci maddəsinə müraciət edilməlidir. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 13.4, 259-260, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı İB-yi tərəfindən Salyan Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı İB-nin hesabına geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar