Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1583/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi ilə, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təbiətə dəymiş 44 manat ziyan tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə verdiyi iddia ərizəsində göstərmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu, Sarvan kəndi ərazisindən keçən Mil-Muğan kollektorundan Salyan rayonu, Bəydili kənd sakini Cavabdeh tərəfindən qanunsuz olaraq balıq ovlanması faktı aşkar edilmişdir. Bununla da Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”-nın tələbləri pozulmuşdur. Bu faktla əlaqədar xx.xx.2021-ci il tarixində 70766 saylı akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və işin digər materiallarına baxış zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Salyan rayonu, Bəydili kənd sakini Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 18 avqust 2021-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə qərarı ilə 700 manat məbləğində cərimə edilmiş və təbiətə dəymiş ziyana görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarına əsasən 44 manat məbləğində iddia qaldırılmışdır. Cavabdehə təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə məktubla rəsmi müraciət olunsada onun tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir.Balıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada mülki, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Balıq və digər su bioresursları ovunun Qaydaları”-nın 1.9.6 bəndinə əsasən həmin Qaydaların pozulması nəticəsində balıq və digər su bioresurslarına ziyan vurulduğu hallarda, ziyanın ödənilməsi üçün hüquqi və fiziki şəxslərə qarşı iddia qaldırır. Göstərilənləri nəzərə alaraq, iddianı təmin edərək, Cavabdeh təbiətə dəymiş ziyana görə 44 manat pulun tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 iyul 2021-ci il tarixli, 70766 saylı aktın surətindən görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2021-ci il tarixli 95 saylı sərəncamına uyğun olaraq Baş Mil-Muğan kollektorunun Salyan rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə tərəflərindən reyd keçirilmişdir.Keçirilən reyd zamanı kollektorun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində iki nəfər şəxsin tor ataraq balıq ovladıqları müəyyən edərək onlara yaxınlaşmışlar. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər Salyan rayon Bəydili kənd sakini Cavabdeh və Salyan rayon Qızılağac kənd sakini X1r. Balıq ovlayan zaman onlar tərəfindən kollektora atılmış toru sudan çıxararkən üzərində 4 ədəd çəki balığı, uzunluğu 70 sm, eni 2,5sm, gözlərinin ölçüsü 36x36 mm olan kapron tor aşkar edilərək maddi sübut kimi tərəflərindən götürülmüşdür. Bununla da vətəndaşlar Cavabdeh və X2 tərəfindən Azərbaycan Respublikasının “Balıqçılıq haqqında qanunu”nun 10-cu maddəsinin tələbləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli 243 nömrəli qərarının qaydaları pozulmuşdur. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Salyan rayonu, Bəydili kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli, MN № ******* saylı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini X4 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Salyan rayonu, Bəydili kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan hesabatın surətindən görünür ki, balıq ehtiyatlarına vurulan ziyan məbləği 44 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin İİİ bəndinə əsasən “heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz” Azərbaycan Respublikası “Ətraf mühitinin mühafizəsi haqqında” Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə(əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284- 1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 44 manat pul tutulub 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1583/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1583/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver