Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1585/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi ilə, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təbiətə dəymiş 283,5 manat ziyan tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə verdiyi iddia ərizəsində göstərmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Cavabdeh tərəfindən 22.5 kubmetr həcmində qanunsuz torpaq daşınması faktı aşkar edilmişdir. Bu faktla əlaqədar xx.xx.2021-ci il tarixli 70804 saylı Akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və işin digər materiallarına baxış zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Salyan rayonu, Qızılağac kənd sakini Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 24 sentyabr 2021-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə qərarı ilə 600 manat məbləğində cərimə edilmiş və təbiətə dəymiş ziyana görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən 283,5 manat məbləğində iddia qaldırılmışdır. Cavabdehə təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla rəsmi müraciət olunsada onun tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianı təmin edərək, Cavabdeh təbiətə dəymiş ziyana görə 283,50 manat pulun tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli, 70804 saylı aktın surətindən görünür ki, idarənin müvafiq sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, rayonun Kürqaraqaşlı kəndində çöl torpaq sahələrində suvarma kanalına yaxın ərazidə əkin sahəsinin yaxın ətrafında traktor vasitəsi ilə qarışıq süxur (torpaq) götürülməsi faktı vardır. Aşkar olunmuş fakt əsasında araşdırma zərurəti yarandğından əraziyə Kürqaraqaşlı bələdiyyəsinin sədri X1 dəvət edərək onun iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı yaxınlıqda suvarma kanalında qazıntı işləri aparan traktor müşahidə edərək ora yaxınlaşmışlar. Bununla əlaqədar Hyundai markalı traktorun sürücüsü Cavabdeh izahat verən zaman bildirdi ki, 5 sentyabr 2021-ci il tarixdə su kanalını təmizləyən zaman tanımadığı yük maşınının sürücüsü ona yaxınlaşaraq torpaq yükləməsini xahiş etmişdir. O da yaxınlıqdaki əkin sahəsinin kənarından beş maşın torpaq yükləmişdir. Maşının nömrəsi yadında qalmamışdır. Traktorçu Salyan rayon Qızılağac kənd sakini Cavabdeh iştirakı ilə torpaq (qarışıq süxur) götürülən əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, uzunluğu 9 metr, eni 5 metr, hündürlüyü 0,5 metr torpaq (qarışıq süxur) qazılaraq daşınmışdır. Bunun nəticəsində “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununun pozulması tarktorçu Cavabdeh izah olunmuşdur. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Salyan rayonu, Qızılağac kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Salyan rayonu, Qızılağac kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cədvəldən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödəmə normativinə əsasən təbiətə dəymiş zərər 283,5 manat hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin İİİ bəndinə əsasən “heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz” Azərbaycan Respublikası “Yaşıllıqların Mühafizəsi haqqında” Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. Azərbaycan Respublikası “Ətraf mühitinin mühafizəsi haqqında” Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə(əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284- 1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 283,50 manat pul tutulub 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1585/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1585/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver