Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1592/2024 19.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadiq oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 22-TK- 2-0-1771-23 nömrəli kredit müqaviləsi üzrə 267.41 manat əsas borc, 30.83 manat faiz borcu və 4.99 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 303.23 manat, xx.xx.2023cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsi üzrə 4564.21 manat əsas borc, 423.71 manat faiz borcu və 134.09 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5122.01 manat borcun və 74.25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sadiq oğlu xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-1771-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-də illik 25 faizlə 48 ay müddətinə 300 manat kredit götürmüşdür. Cavabdeh Sadiq oğlu xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək Cavabdeh Sadiq oğlunun banka xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-1771-23 nömrəli kredit müqaviləsi üzrə 267.41 manat əsas borc, 30.83 manat faiz borcu və 4.99 manat cərimə olmaqla, ümumilikdə cəmi 303.23 manat borcu vardır. 2024-cü il mayın 30-dək Cavabdeh Sadiq oğlunun banka xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsi üzrə 4564.21 manat əsas borc, 423.71 manat faiz borcu və 268.17 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5256.09 manat borcu vardır. Cavabdeh Sadiq oğlunun xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 268.17 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 134.09 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, həqiqətən də, Cavabdeh 19 iyul 2023-cü il tarixli bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər (nağd kredit müqaviləsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, həqiqətən də, Cavabdeh 19 iyul 2023-cü il tarixli bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər (nağd kredit müqaviləsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 300 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz borcunu və cəriməni ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023cü il tarixli, 22-TK-2-0-1771-23 nömrəli kredit müqaviləsi üzrə 267.41 manat əsas, 30.83 manat faiz və 4.99 manat cərimə borcu olmaqla, cəmi 303.23 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsi üzrə 4564.21 manat əsas, 423.71 manat faiz və 268.17 manat cərimə borcu olmaqla, cəmi 5256.09 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 91.96 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-1771-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 300 manat, xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsinə əsasən isə illik 17.5 faizlə 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 74.25 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 74.25 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-1771-23 nömrəli kredit müqaviləsi üzrə 267.41 manat əsas, 30.83 manat faiz və 4.99 manat cərimə borcu olmaqla, cəmi 303.23 manat, xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsi üzrə 4564.21 manat əsas, 423.71 manat faiz, 134.09 manat cərimə borcu olmaqla, cəmi 5122.01 manat kredit borcu tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-1771-23 nömrəli kredit müqaviləsi üzrə 267.41 (iki yüz altmış yeddi manat qırx bir qəpik) manat əsas, 30.83 (otuz manat səksən üç qəpik) manat faiz və 4.99 (dörd manat doxsan doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-1770-23 nömrəli kredit müqaviləsi üzrə 4564.21 (dörd min beş yüz altmış dörd manat iyirmi bir qəpik) manat əsas, 423.71 (dörd yüz iyirmi üç manat yetmiş bir qəpik) manat faiz, 134.09 ( bir yüz otuz dörd manat doqquz qəpik) manat cərimə və ödənilmiş 74.25 (yetmiş dörd manat iyirmi beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5499.49 (beş min dörd yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1592/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1592/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver