Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1595/2025 25.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3350 manat məbləğində pulun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 aprel 2024-cü il tarixdə borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən İddiaçı 3700 manat pulu Cavabdeh vermiş, cavabdeh hər növbəti ayın 28-nə dək 150 manat olmaqla 26 may 2026cı ildə borcunu tam ödəməyi öhdəsinə götürmüş, həmin borc müqaviləs Salyan regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Cavabdeh borcunun az bir hissəsini qaytarmış, 3350 manat bor hazıradək qaytarmamış, bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, hal-hazıradək cavabdehin ona 3150 manat borcunun qaldığını, iddianın həmin məbləğə münasibətdə təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırki baxış iclasında iştirak etməsə də, xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edərək həmin məhkəmə prosesində iddiaçının göstərdiyi məbləğdə ondan borc aldığını etiraf etmiş, lakin hal-hazıradək həmin borcdan hər ay 50 manat olmaqla ümumilikdə 700 manat qaytardığını, qaytardığı pullarla bağlı qəbzlərin məhkəməyə təqdim olunduğunu bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 26 aprel 2024-cü il tarixdə borc müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alana” Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul borc verir. “Borc alan” xx.xx.2026-cı il tarixədək aylıq 150 (bir yüz əlli) manat olmaqla, “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 3700 manat borc almış, həmin borcun cəmi 550 (beş yüz əlli) manatını qaytarmış, qalan 3150 (üç min yüz əlli) manatını müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcunu ödəməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı ilə cavabdeh arasında borcun verilməsi, borc verilmiş məbləğlə bağlı mübahisə olmasa da, qaytarılmış borc məbləği ilə bağlı mübahisə vardır, belə ki, iddiaçı ümumilikdə 550 manat qaytarıldığını, qalan 3150 manatın qaytarılmadığını, cavabdeh isə 700 manat qaytardığını deyərək məhkəməyə borc məbləğindən 700 mmanat qayatıldığını təsdiq edən qəbzlərin təqdim olunduğunu bildirir. Mülki işidə olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, borcun qaytarılması ilə bağlı 15 ədəd qəbz vardır, həmin qəbzlərin 12-də pulun X2 adı (ad, soy ad və ata adının baş hərfləri), həmçinin ona məxsus bank kartlarının nömrələri (iki ədəd bank kartı) qeyd olunmuş, lakin 3 ədəd qəbzdə (3 qəbzdə hərəsində 50 manat olmaqla ümumilikdə150 manat) ödəmələrin Şahir Babyevə deyil, “kapital credit”-ə ödənilməsi göstərilmişdir. Məhkəmənin 23 iyun 2025-ci il tarixli hazırlıq iclasında cavabdeh özü də iddiaçıya məxsus iki ayrı-ayrı bank kartına ödəniş etdiyini bildirmiş, iddiaçı da bunu təsdiq etmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçıya 700 manat deyil, məhz 550 manat ödənildiyini təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qaytarılmamış borc hissəsinə görə 3700 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3150 (üç min yüz əlli) manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3150 (üç min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-1595/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1595/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver