Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-16/2025 16.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Məmmədlinin sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-iddiaçı) Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1508.34 manat əsas, 678.38 manat faiz, 1264.64 manat cərimə, 220.29 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7 maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3671.65 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya bank) ilə Cavabdeh1 (bundan sonra - cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 342/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 28% ödənilmək şərtilə 2650 manat məbləğində təmir məqsədi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 1508.34 manat əsas, 678.38 manat faiz, 1264.64 manat cərimə, 220.29 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7 maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3671.65 manat borcu mövcuddur. Salyan Rayon Məhkəməsinin 2(057)-745/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərardadı ilə LPO olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat Cavabdeh1 ölməsi ilə əlaqədar dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixdə məktuba əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-16/2025 saylı, 15 aprel 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Salyan Rayon Məhkəməsinin 2(05xx-xx/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi üzrə mülki iş üzrə Cavabdeh2, xx.xx.2016-cı il tarixdə ölmüş Cavabdeh1 prosessual hüquqi varisi kimi tanınaraq mərhum Cavabdeh1 Cavabdeh2la əvəz edilmişdir. İddiaçının X5 oğlu məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddianı qəbul etmir. İddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə vəsatət təqdim edərək, Salyan Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixdə, 2(057)-16/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi üzrə mülki iş üzrə o, xx.xx.2016-cı il tarixdə ölmüş Cavabdeh1 prosessual hüquqi varisi kimi tanınması və ərizəsində göstərilən müqavilə tələbləri üzrə müəyyən edilmiş üç il iddia müddəti ötürüldüyünü nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan № 342/15 nömrəli, 07 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 28% ödənilmək şərtilə 2650 manat məbləğində istehlak məqsədi üçün kredit verilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X1 məhkəməyə ünvanlanladığı xx.xx.2024-cü il tarixdə məktubdan görünür ki, mərhum Cavabdeh1 vərəsəsi müəyyən edildiyindən vərəsəlik şəhadətnaməsinin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş, 2V-446 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş-Cavabdeh1 vərəsəsi: ünvan 2i ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdehə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz borcunu və cəriməni ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 10 mart 2020-ci il arayışından görünür ki, cavabdehin banka 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1508.34 manat əsas, 678.38 manat faiz, 1264.64 manat cərimə, 220.29 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3671.65 manat borcu yaranmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməldir. Belə ki, tərəflər arasında bağlanmış № 342/15 nömrəli, 07 aprel 2015-ci il tarixli kredit müqaviləsidən və kredit müqaviləsinə əlavənin (ödəniş cədvəlinin) surətindən görünür ki, cavabdeh aldığı borcu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Mülki Məcəllinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. Belə olan halda hazırki tələblə İddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı xx.xx.2020-ci tarixdə dayanmışdır. Bununla da müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin Cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-16/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-16/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver