Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1621/2024 18.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 1795 manat və 39 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1834 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixində ondan 500 manat, xx.xx.2023-cü il tarixində isə 1045 manat və sonra da 250 manat olmaqla, ümumilikdə 1795 manat məbləğində pul götürmüşdür. O, pulu götürərkən bu borcu hissə-hissə qaytaracağına söz vermişdir. Həmçinin 2-ci Cavabdeh1 da Hüseynin anası kimi bu pulun qaytarılmasına zamin durmuşdur. Bununla əlaqədar aralarında müvafiq akt da tərtib olunmuşdur. Həmin akt da cavabdehlər tərəfindən imzalanmışdır. Lakin həmin müddətdən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdehlər tərəfindən üzərinə düşən öhdəliklər icra olunmamışdır. İddiaçı məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar işdə iştirak edə bilməyəcəyini qeyd edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər onu aldadıblar. Cavabdeh hər ay borclarından 200 manat ödəyəcəklərini bildirsələr də, borclarından ödəməmişlər. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan əlyazma qəbzin üzərində “mən Cavabdeh2 Hacı İddiaçı Cavabdeh1 və Mütəllim Quluzadənin yanında əl borcu 1045 manat borc pul alaraq 1 dekabr 2023-cü ildən başlayaraq hər ayın 5-ci ayda 200 manat ödəyəcəyimi, əks təqdirdə bütün məsuliyyəti öz üzərimə götürürəm. İmzamla təsdiq edirəm” məzmunundadır. İş materiallarında olan İddiaçı, X1, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə tətrib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X2 Mircəlaldan 500 manat əl borcu almışdır. Hər ay 50 manat olmaqla, 20 dekabr 2023-cü ilə qədər borcunu tam ödəyəcəkdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023cü il tarixində iddiaçıdan 500 manat və xx.xx.2023-cü il tarixində isə 1045 manat olmaqla, ümumilikdə 1545 manat məbləğində pul götürmüş, o, pulu götürərkən bu borcu hissəhissə qaytaracağına söz versə də, 1 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə düşən öhdəlik icra olunmamışdır. Həmçinin iş materiallarında cavabdehlərin iddiaçıdan 250 manat alması barədə hər hansı sübut yoxdur və tərtib olunmuş əlyazma qəbzdən və aktdan görünür ki, borc pul Cavabdeh2 tərəfindən iddiaçıdan götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35.45 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1545 (min beş yüz qırx beş) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35.45 (otuz beş manat qırx beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1545 (min beş yüz qırx beş) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35.45 (otuz beş manat qırx beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1621/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1621/2024
18.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver