Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1651/2023 01.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 770 manat əsas borcun və 30 manat dövlət rüsumunun cəmi 800 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh 2 il əvvəl 770 manat pulu hissə-hissə vermiş, cavabdeh isə həmən məbləği 10 günə qaytaracağını bildirmişdir. Cavabdeh kartını vermiş, lakin kartında pul olmamışdır. Cavabdeh pulunu qaytarmamış və ona görə polisə şikayət etmiş, lakin nəticəsi olmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” qeydli poçt xəbərnaməsi ilə məhkəməyə geri qaytarılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPMnin 147 -ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh Salyan rayon Polis şöbəsində verdiyi 01 mart 2023cü il tarixli izahatında bildirmişdir ki, İddiaçı 2022-ci ilin mart ayında 350 manat pulu faizə almış və həmən pulu hissə-hissə qaytarmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, cavabdeh Salyan RPŞ-də iddiaçıdan 350 manat miqdarında pulu borc şəklində almasını etiraf etmiş, lakin mülki iş üzrə cavabdeh həmin 350 manat borcu iddiaçıya qaytarması barədə hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia qismən təmin olunub cavabdehin etiraf etdiyi 350 manat borc pul ondan alınaraq iddiaçıya qaytarılmalıdır. İddianın qalan hissəsi ilə bağlı hər hansı əsaslı sübutu iddiaçı məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə rədd olunmalıdır. Göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 350 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 13,65 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1651/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1651/2023
01.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver