Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1653/2023 23.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə pul tələbləri barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Salyan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh2 18500 manat və Cavabdeh1 2000 manat ödənilmiş 155 manat dövlət rüsumunun 124 manatının Cavabdeh2 və 31 manatını isə Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 Salyan Rayon Məhkəməsinə vermiş olduğu qarşılıqlı iddia ərizəsində ilk iddianın təmin olunmaması, cavabdeh İddiaçı 4000 manat maddi ziyan və eyni zamanda qətnamə qanuni qüvvəyə minənə qədər olan müddət nəzərə alınmaqla həmin dövr də hesablanmaqla maddi ziyanın, "xxxx" MMC-dən icarəyə götürdüyü «Pioner» markalı lazer epilyasiya aparatı və 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, Arzu Mediyeva gözəllik salonunda işləməklə onu 2021-ci ildən tanıyır.Həmin vaxtlar özü lotreya oyunu təşkil etmiş və 2022-ci ilin oktyabr ayında Arzu onlara gəlmiş və lotoreya oyununda iştirak edərək birinci pulun ona verilməsini xahiş etmişdir. Arzu oyunda iştirak etmək üçün ilkin olaraq 2750 manat, digər Cavabdeh1 isə 250 manat pul qoymalı idilər.Birinci ayı onlar pulu götürmək istədikləri üçün həmin ayda onlar pulu verməmişlər. Pulu birinci dəfə götürmələrinə baxmayaraq onlardan heç bir məbləğdə pul almamışdır. Arzuya 27000 manat pulu vermiş, Arzu isə həmin puldan 2250 manatı Anara vermişdir. Arzu pulu aldıqdan sonra sonrakı aylar üçün ödəniş edə bilməmiş və mart ayına kimi hisshissə olmaqla 6000 manat pul ödəmişdir.Məcbur qalıb hər ikisinin yerinə sonradan hər ay 3000 manat pulu lotreya oynayanlara vermişdir.11 may 2023-cü ildə Ülviyyə adlı lotoreya oynayan qadınla Arzunun evinə getmiş, sonuncunun atası ilə görüşmüş, Arzunun atası Arzuda olan lazer aparatının ona verilməsini, qalan pulu isə sonra düzəldib verəcəyini demişdir.Həmin məqsədlə Arzunun iş yeri olan gözəllik salonuna gedərək orada Arzunun atası həmin lazer epilasiya aparatını götürüb ona vermişdir. Arzunun atası aparatın onda qalmasını, pulu verdikdən sonra qaytaracağını bildirmişdir.Təqribən 2023-cü ilin may ayının 27-28-də Arzu onlara gələrək qızıl gətirdiyini və həmin qızılı satıb pulunu götürməyini demiş, lakin özü razılaşmamışdır.01 iyun 2023-cü ildə Arzu ondan lazer aparatına görə polisə şikayət etmiş və həmin məqsədlə izahat vermiş, lakin polisdə işin mülki iş olduğunu bildirərək məhkəməyə müraciət olunmasını məsləhət bilmişlər.Arzu ondan cəmi 24750 manat pul almış, ondan 6000 manat qaytarmış, 18750 manat borclu qalmışdır.İddia ərizəsində həmin məbləğin 18500 manat göstərilməsi texniki səhv olmuşdur.Arzu axırıncı 2100 manat pulu kart vasitəsi ilə 2023-cü ilin aprel ayında vermişdir. Polis şöbəsində verdiyi izahatında Arzunun ona 14800 manat borcunun olmasını polisin dediyi üçün yazmışdır.Qeyd olunan məbləği onlar hesabladıqları üçün yazmışdır.Həmin vaxta qeyd olunan rəqəm 7000 manat nə qədər olmalı idi.Odur ki, özünün iddiasının təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 bildirmişdir ki, Gülşəni 2021-ci ildən tanıyır, 2022-ci ilin dekabr ayında Gülşənə lotoreya oynamaq istədiyini bildirmiş və bunun üçün Gülşən ona hər ay 3700 manat pul verməli olduğunu bildirmişdir.Birinci ayı özü götürdüyü üçün pulu özu verməmişdir.Gülşən birinci ayda ona 23000 manat pul vermişdir. Mart 2023-cü ilə qədər ona hər ay 3700 manat pul vermişdir.Anar adlı şəxsi tanımır və onunla oynamamışdır. 11 may 2023-cü ildə Gülşən atasını qorxudaraq iş yerindən icarəyə götürdüyü lazer epilasiya aparatını aparmışdlır. Gülşəndan 23000 manat almış, lakin faktiki olaraq nə qədər qaldığını bilmir.Özünün iddiasının təmin, ona qarşı verilmiş iddianın isə rədd olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 bildirmişdir ki, 22 dekabr 2022-ci ildə lotreya oynamış,Gülşənə böyük məbləği olmadığını, az məbləğlə oynamaq istədiyini bildirmişdir.Gülşən ona az məbləğlə oynamaq istəyən olmadığı üçün, ona kiminsə oynadığını və onu da oraya salacağını demişdir.Ona görə Gülşən onu Arzu adlı qadınla 250 manatla oyuna salmışdır.Birinci ayı Arzu pulu aldıqdan sonra puldan 2250 manatı ona vermişdir.Gülşənın Arzuya nə qədər pul verməsindən məlumatı olmamışdır.Lotoreya oyunu 11 dekabr 2022-ci ildə keçirilmişdir.Gülşənə özünün borcundan 250 manat ödəmiş, 2000 manat isə borclu qalmışdır.Həmin pulu da ilin axırına kimi qaytaracaqdır. Şahid qismində məhkəmədə izahat verən X2 bildirmişdir ki, tarix yadında qalmamışdır.Bayramdan sonra Gülşən, bacısı və yeznəsi ilə onlara gəlmiş, yoldaşı Gülşəndən qızının ona borcu olub olmamasını soruşmuş, lakin Gülşən borcunun olmadığını bildirmişdir.Gülşən və gələnlər çay içib getmişlər. Sonradan pulla bağlı Gülşənin evinə getmiş,qızının nə qədər pul aldığını, lotoreya oynadığını bilmir,Arzunun 3000 manat lotreya borcu olmuşdur.Həmin vaxt Gülşənın yanında bir qadın da olmuşdur.Həmin qadın pulunu tələb etmiş, əks təqdirdə özünü yandıracağını bildirmişdir. Ona görə də məcbur olub Arzunun iş yerinə gəlmiş və lazer aparatını götürüb Gülşənə vermişdir. Lazer aparatının təqribən 17000 manat dəyəri var, qızı Arzunun heç bir borcu yoxdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, Arzu Gülşəna 12000 manat ödəmişdir,bu hal Gülşənrin özünün verdiyi izahatında öz əksini tapmışdır.Arzu isə özü 14800 manat ödəmiş, 3700 manat borcu qalmışdır. Arzunun atası Kamil də deyir ki, mart ayında Arzunun Gülşənə borcu olmamışdır.May ayında aylığı ödəmədiyi üçün epilasiya aparatını götürüblər. Aparat götürüldükdən sonra Arzu hər ay 800 manat icarə haqqı vermişdir.Nümayəndəsi olduğu şəxs 4000 manat və hazırkı vaxta qədər əlavə iki ay üçün da zərərə düşmüşdür.Gülşən polis şöbəsində verdiyi 31 may 2023-cü il tarixli izahatında bildirmişdir ki, Arzunun həmin günə ona olan borcu 14800 manat təşkil etmişdir.Göründüyü kimi Arzu borcundan xeyli hissəsini ödəmişdir. Odur ki, Arzu Mediyevə qarşı verilmiş iddianın rədd, sonuncunun iddiasının isə təmin olunmasını xahiş edir. Məhkəmədə elan olunmuş 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.Həmin qərarda Cavabdeh2 İddiaçı 23000 manat pul aldığını etiraf etmişdir. Məhkəmədə elan olunmuş 15 avqust 2022-ci il tarixli zəmanət talonu, təhvil- təslim aktı və avadanlıq və ya aparatın icarəyə verilməsi barədə № 0008 saylı müqavilədən görünür ki, model G5 Pro vibro Pioner markalı lazer epilyasiya aparatı BİO Estetik MMC tərəfindən 15000 AZN (on beş min) hər ay 800 manat ödəmək şərti ilə Cavabdeh2 icarəyə verilmişdir. İcraçı «S-HAUSE» Daşınar Daşınmaz əmlak agentliyinin nümayəndəsi X3 vermiş olduğu 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki,"xxxx" MMC-dən icarəyə götürülmüş “Pioner” markalı epilasiya aparatının ikinci əl bazar qiyməti 12500-13000 manat təşkil edir. A.Mehdhiyevanın məhkəməyə təqdim etdiyi E manat ödəniş sistemi ilə İddiaçı adına ünvanlanan qəbzlərin surətlərindən görünür ki, Cavabdeh2 3 dəfəyə 2100 manat pul göndərmişdir. Məhkəmədə baxış keçirilmiş bir ədəd İddiaçı tərəfindən təqdim olunmuş fleş kartda çoxlu səs yazıları olduğu üçün həmin səslərin iş üçün əhəmiyyət kəsb edənləri müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, hər iki iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh2 İddiaçı təşkil etdiyi lotoreya oynunda birinci olaraq pul götürmüş,sonrakı aylarda borcunu qaytarmadığı üçün İddiaçı məhkəməyə müraciət etmişdir.X10 Quliyevadan 23000 manat pul aldığını etiraf etmiş,lakin qaytardığını bildirsə belə bunu sübut edə bilməmişdir.İddiaçı isə əks tərəfə 27000 manat verdiyini, həmin puldan sonuncunun Cavabdeh1 2500 manat verdiyini, özünə isə 6000 manat hissə-hissə qaytardığını bildirmişdir. Arzunun 23000 manat pul almasını özü etiraf edir,Gülşən isə qarşı tərəfin ondan aldığı puldan 6000 manat qaytardığını bildirir.Ona görə də məhkəmə bu halda Arzunun 23000 manat aldığını və Gülşənın da qarşı tərəfdən 6000 manat aldığını sübut kimi qəbul edir.Digər halların təsdiq olunması üçün hər iki tərəf başqa sübut təqdim edə bilməmişlər. Cavabdeh1 ilk iddiaçıya 2000 manat borclu olmasını özü etiraf edir və həmin halın təsdiq olunması şübhə doğurmur. Cavabdeh2 pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, onun icarə müqaviləsi üzrə İddiaçı öhdəlik daşıması qanunvericiliyin tələblərinə ziddir.İddiaçı həmin müqavilə əsasında heç bir öhdəlik götürməmişdir. Ona görə də iddia həmin hissədə rədd olunmalıdır. Cavabdeh2 "xxxx" MMC-dən icarəyə götürdüyü “Pioner” markalı epilasiya aparatı ilə bağlı tələblə bağlı məhkəmə qeyd edir ki,həmin aparatı Cavabdeh2 atası könüllü olaraq ilk iddiaçıya qızı Arzunun borcunun əvəzi kimi vermişdir. İddiaçı həmin aparatı zorla almamış və əməlində heç bir cinayət tərkibi olmadığından Salyan RPŞ-də aparılan yoxlama zamanı cinayət işinin başlanması rədd olunmuşdur.Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,Cavabdeh2 İddiaçı olan borcunu qaytarmalı, əks tərəf də qarşı tərəfin istifadəsində olan epilasiya aparatını geri qaytarmalıdır.Tərəflər arasında qarşıılıqlı öhdəlik eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441.1-ci maddəsində qeyd olunmuşdur ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Hər iki iddia qismən təmin edilsin. Cavabdeh2 17000 manat, Cavabdeh1 isə 2000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində hər iki cavabdehdən müştərək qaydada 144,60 manat alınıb İddiaçı verilsin. İddiaçı 13000 manat dəyərində "xxxx" MMC-dən icarəyə götürülmüş “Pioner” markalı epilasiya aparatı alınıb Cavabdeh2 verilsin. İddianın Cavabdeh1 aid olan hissəsi istisna olmaqla hər iki tələb eyni vaxtda icra edilsin. Hər iki iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1653/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1653/2023
23.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver