Məhkəmə qərarları › İş №2(057)-1662/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1662/2024

26.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1662/2024 26.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50000 manat məbləğində pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, oğlu Məhəbbət 2010-cu ildə Leyla adlı xanımla evlənmiş və yaşadıqları müddətdə iki uşağı olmuşdur.Cavabdehlər 2014-cü ilə kimi onunla yaşamış, 2014-cü ildə özü "xxxx" ASC-dən 14000 manat kredit götürmüş və həmin pulu ilkin olaraq ödəniş edərək Xırdalan şəhərində yerləşən bir otaqlı ev almışlar.Ev oğlunun adına sənədləşdirilmişdir. Beynəlxalq bankdan kredit götürülmüş və ev ipoteka ilə yüklü edilmişdir.Qalan məbləğ 60 ay müddətinə hər ay 425 manat olmaqla 25500 manat pulu, həmçinin həmin müddət üçün hər ay 35 manat komunal xərclərini özü ödəmişdir. Oğlu 2021-ci ildə həmin evi 50000 manata sataraq X1 kompleksində özünə yeni ev almışdır.Həmin evi alarkən cavabdehlərə hər ay 250 manat olmaqla 24 ay üçün 6000 manat pulu özü ödəmişdir.Aralarında heç bir narazılıq olmadığı üçün evlər oğlunun adına sənədləşdirilmiş və bütün ödəmələr oğlunun adından edilmişdir.Lakin sonradan ona məlum olmuşdur ki, oğlu yoldaşı ilə birlikdə qurğu qurmuş, formal olaraq boşanmış və onlara verdiyi pulu geri verməkdən boyun qaçırmışlar. Özünün başqa bir oğlu da var, ona ev almaq üçün köməklik etməyə Məhəbbət söz versə belə buna əməl etməmişdir. Məhəbbət məhkəmənin hazırlıq iclasında onlara qarşı qaldırılmış iddianı etiraf edərək pulu aldığını təsdiqləmişdir.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbəlri barədə məhkəməyə məlumat verməmişlər.Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş müqavilə və qəbzlərin surətindən görünür ki, bütün yazışmalar Cavabdeh1 adından aparılmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki,iddiaçı oğlu və gəlininə ev almaq üçün ümumilikdə 47600 manat pul vermiş,iddiaçı həmin məbləği geri tələb etdikdə sonuncular verməkdən imtina etdikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iddianı etiraf etmişdir. Ona görə də məhkəmə iddiaçının dediklərini əsaslı hesab edərək iddianın qismən təmin olunmasını əsaslı və qanuni hesab edir.İddiaçı tələbin tam təmin olunması üçün məhkəməyə sübut təqdim edə bilməmiş, özünün izahatı ilə iddia tələbinin 50000 manat deyil, 47600 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 47600 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 228,50 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar