Məhkəmə qərarları › İş №2(057)-168/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-168/2023

23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-168/2023 23.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat və 70 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat pulun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 məhkəməyə ərizə ilə müraciət edərək səhətində yaranmış problemlərlə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə səasən ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259,263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X2 tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar