Məhkəmə qərarları › İş №2(057)-169/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-169/2025

12.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-169/2025 12.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 530 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin fevral ayında razılaşmaya əsasən 9 sot torpağı Salyan rayon Qarabağlı kənd sakini Cavabdeh adına keçirmiş, lakin bu günə kimi nə torpağın pulunu nə də ki, torpağı qaytarmamışdır. Məcbur olaraq cavabdehin barəsində Salyan rayon PŞ-nə müraciət etmişdir. Şikayət etdikdən sonra cavabdeh torpağın pulunun 200 manatını ona qaytarmışdır. Cavabdehin 530 manat ona borcu qalmışdır. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək, pulunu qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan boyun qaçıraraq yanınmışdır. Ona görə də, Cavabdeh 530 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək bildirmişdir ki, 9 sot torpaq atasının vərəsə torpağı olmuşdur. Notariusda rüsum ödəyərək, vərəsə olaraq, atasına məxsus torpağı öz adına keçirmişdir. Etibarnaməni cavabdehə sosial düzəltmək üçün vermişdir. Cavabdeh etdiyi yardımın əvəzində ona məxsus torpağı istəmişdir. Torpağı satması ilə bağlı ona etibarnamə verməmiş, yalnız sosial düzəltmək üçün etibarnamə vermişdir. Bu barədə Salyan Rayon Polis şöbəsinə müraciət etmiş, lakin cavabdehin atası ona 200 manat pul qaytardığı üçün ərizəsini geri götürmüşdür. Cavabdeh hazırda borcundan 530 manat ödəmədiyi üçün iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə yaxın münasibətləri olduğu üçün iddiaçının adına yoldaşından qalma 0.9 sot torpaq olduğu üçün sosial yardıma etdiyi müraciətdə imtina gəldiyindən ona etibarnamə verərək, torpağı adından çıxarmasını demişdir. İddiaçı sosial düzəltmək üçün etibarnaməni ona məxsus pay torpağını adından çıxartmaqdan ötrü vermişdir. O da iddiaçının öz istəyi ilə torpağı öz adına keçirə bilmədiyi üçün əmisi oğlanlarının adına keçirmişdir. Əmisi oğlanları sosial yardım almaq üçün adlarına torpaq olmadığından onların adına keçirmişdir. O da iddiaçının razılığı ilə torpağı başqa şəxsə satmışdır. Torpağın rüsumu ödənildiyi halda torpağı qaytarmağa razıdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə, **********1 nömrə ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Salyan rayon Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.099 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh bütün daşınar və daşınmaz əmlakı üzərində tam səlahiyyətlər vermiş və bu etibarnamə notarial qaydada təsdiqlənərək 10 il müddətinə verilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 2024-cü ilin fevral ayında razılaşmaya əsasən 9 sot torpağı adına keçirtmiş, lakin bu günə kimi nə torpağın pulunu verməmiş, nə də torpağı qaytarmamışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, hal-hazırda həmin puldan 200 manat hissəsinin ona qaytarıldığını, bu səbəbdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 27 mart 2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş etibarnamə əsasında İddiaçı adından çıxış edərək Salyan rayonu Qarabağlı kəndində yerləşən 0.099 ha torpaq sahəsini (0.0495 ha) X5 və (0.0495 ha) X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-ci və xx.xx.2024-ci il tarixdə, ********** və ********** nömrə ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Salyan rayon Qarabağlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.099 ha torpaq sahəsi (0.0495 ha) X8 və (0.0495 ha) X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş JN - 1584 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından” görünür ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.099 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-ci maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə notarial qaydada təsdiqlənmiş etibarnamə vermiş, həmin etibarnamə əsasında cavabdeh əmlakı üçüncü şəxslərə satmış, lakin öz səlahiyyətlərindən sui-istifadə edərək satışdan əldə olunan pulu iddiaçıya verməmiş, bununla da iddiaçının maddi və hüquqi maraqlarına ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh yazılı müqavilə olmadığı üçün, borcun hüquqi əsası sübut edilə bilmədiyi üçün əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 530 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 530 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar