Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1708/2023 06.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 9220.55 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh kredit müqaviləsinə əsasən 5991 manat, əmək haqqından tutulan 3229 manat pulun alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonu, Xıdırlı kəndində yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh 2014-cü il tarixdə ona və X3 yaxınlaşaraq ona zamin durmalarını xahiş etmişdir. Onlarda ona inandıqları üçün cavabdehin 24 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 20000 ABŞ dolları məbləğinə zamin durmuşlar. Cavabdeh demək olar ki, kredit borcundan ödəməmişdir. Borc ödənilmədiyinə görə bank onların barələrində Salyan Rayon Məhkəməsində borc tələbinə dair iddia qaldırmış, məhkəmənin müvafiq qətnaməsi ilə iş icra olunması üçün Salyan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Onun əmək haqqından 2016, 2017, 2018, 2019, 2019, 2020, 2021-ci illərin müxtəlif aylarında ümumilikdə 3229,36 manat pul tutulmuşdur. Eyni ilə digər zamindən də, eyni qaydada pul tutulmuşdur. Onların özlərinində pula ehtiyacları olduğu üçün kredit götürmək istəmişlər. Məcbur qalaraq 11 aprel 2022-ci il tarixdə zamin X4 ilə birlikdə Cavabdeh adına olan 7048,46 ABŞ dolları pulu, yəni 11982.38 manat pulu bankın hesabına ödəmişlər. 11982.38 manat pulun yarısını, 6000 (altı min) manatını özü, yarısını X4 qoyaraq ödəmişlər. Bank onlara həmin tarixdə borcun bağlanması ilə bağlı arayış vermişdir. Onun əmək haqqından tutulmuş 3229.36 manat və banka zaminlə birlikdə ödəyərək kredit müqaviləsini bağladığı 5991.19 manat məbləğində pulun ona qaytarılması üçün dəfələrlə cavabdehin evlərinə getmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Neçə müddətdir ki, gözləyir. Ona görə də, məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, atası 6000 manat banka ödəniş etmişdir. Əlavə olaraq isə onun əmək haqqından 3200 manat pul tutulmuşdur. Atası dəfələrlə cavabdehdən borcunu tələb etmişdir. Onlarda olan məlumata görə cavabdeh Ələt qəsəbəsində kirayədə yaşayır. O, hər ay ünvanını dəyişir və istifadəsində olan telefon nömrələrinə zəng çatmır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsi X7 işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 06 dekabr 2023-cü tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı və Feyzullayev Ağasoltan tərəfindən Cavabdeh banka olan borcuna görə 7048.46 ABŞ dolları ödəniş olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin “Salyan” filialının müdiri X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 20000 ABŞ dolları (iyirmi min dollar) (**********00024533 saylı) məbləğdə krediti xx.xx.2022-ci il tarixində tam bağladığı üçün sizin "xxxx" QSC qarşısında zaminlik öhdəliyiniz yoxdur. İş materiallarında olan İUİMİX-nin rəisi K.S.Qaibov tərəfindən verilmiş məlumat cədvəlindən görünür ki, xx.xx.2015-ci il tarixli, 2(057)-1971/2015 saylı məhkəmə əmrinə əsasən İddiaçı əmək haqqından müxtəlif illərdə cəmi 3229.36 manat pul tutulmuşdur. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 24 iyul 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (kreditor) tərəfindən Cavabdeh 20000 ABŞ dolları (iyirmi min dollar) məbləğdə kredit verilməsi zamanı “kredit alan”ın öhdəliyi İddiaçı və X2 zaminliyi ilə təmin olunmuş və zaminlər tərəfindən həmin kredit üzrə 15.211.74 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, kredit alan Cavabdeh kredit verən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Salyan Filialı qarşısında yaranmış öhdəliyini icra etmiş zamin İddiaçı kreditorun həmin öhdəlik üzrə hüquqları tələbini ödədiyi həcmdə keçdiyindən, o, kredit alan Cavabdeh kreditora ödədiyi məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM: 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 238-245, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9220.55 (doqquz min iki yüz iyirmi manat əlli beş qəpik) manat pul və ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) qətnamənin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1708/2023
Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-1708/2023
06.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver