Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-172/2024 16.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı Salyan Rayon Polsi Şöbəsinin nümayəndəsi polis baş leytenantı X1 və Cavabdeh iştirakı ilə vurulmuş maddi ziyan tələbi haqda mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Salyan Rayon Polis Şöbəsi məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh 01 ədəd mobil qurğunun dəyərində vəsaitin, yəni 2064,14 manatın alınıb Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komminikasiya İdarəsinin müvafiq hesabına köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Salyan Rayon Polsi Şöbəsinin nümayəndəsi polis baş leytenantı X1 iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir. Mobil qurğu taxıldıqdan 2 gün sonra çölə çıxdığı zaman cibində olan açar mobil qurğunu sıxdığından onun ekranı çatlamışdır.Ziyanı ödəmək fikrindədir, lakin işləmir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(057)-101/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti 30 noyabr 2023-cü il tarixədək müəyyən edilmiş, Cavabdeh cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla yaşayış yerindən axşam saat 22:00-dan səhər saat 07:00-dək olan müddət ərzində çıxmağı qadağan edilmiş, Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək bağlı vəzifələri qoyulmuş və Cavabdeh davranışına nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Salyan Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmədə elan olunmuş aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində xx.xx.2023-cü il müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Cavabdeh üzərindən çıxarılmış elektron nəzarət vasitəsinin texniki vəziyyətini yoxlamış və mobil qurğunun ekranının sınmasını müəyyən etmişdir. Cavabdeh ekranı ehtiyyatsızılıqdan sındırdığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aylın olmuşdur ki, cavabdeh mobil qurğunun ekranını sındırmış və nəticədə Daxili İşlər Nazirliyinə maddi ziyan vurmuşdur.Ona görə də iddiaçının tələb etdiyi məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 01 ədəd mobil qurğunun dəyərində vəsait, yəni 2064,14 manat alınıb Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komminikasiya İdarəsinin müvafiq hesabına (muxbir hesab: AZ29CTRE********************; təsnifat kodu: 142593; valyuta: azn, VÖEN:**********) köçürülsün. Cavabdeh 40,65 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-172/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-172/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver