Məhkəmə qərarları › İş №2(057)-1728/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1728/2023

22.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1728/2023 22.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 330 (üç yüz otuz) manat məbləğində pul və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonunda yerləşən “Niftioğlu İnşaat”-ın sahibkarıdır. 2022-ci ilin əvvəllərində cavabdeh Amanov X2 mağazasına gələrək təsərrüfat məhsulları götürmək istədiyini, götürdüyü məhsulların pulunu yaxın müddətə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ümumilikdə 330 manat dəyərində təsərrüfat məhsulları götürmüşdür. Lakin bir ildən çoxdur ki, cavabdeh borcunu vermir. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını bildirsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. O, cavabdehdən pulunu ala bilmir. Ona görə də, Cavabdeh 330 (üç yüz otuz) manat məbləğində pul və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehə bir ay müddətinə qaytarmaq şərti ilə inşaat materialları satmışdır. Vaxt tamam olmasına baxmayaraq cavabdeh borcundan ödəməmişdir. O, cavabdehə çox hörmət etmişdir. Hətta cavabdeh ondan uşağına 40 günlük etməsi üçün ərzaq almağa köməklik göstərməsini xahiş etmiş, o da, öz pulu ilə ərzaq almışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh adından yazılmış və imza ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, “Niftioğlu İnşaata” verdiyi sənədləri geri almışdır. Halbuki, borcunu artıq bir ildən çox müddətdir ödəməmişdir. Sahibkar İddiaçı ona sənədləri qaytarmaq üçün dəfələrlə zəng etmişdir, lakin o telefonunu açmamışdır. Bu gün sənədlərini yoldaşı ilə bərabər gəlib mağazadan götürmüşdür. İş materiallarında olan X1 adından yazılmış və imza ilə təsdiq edilmiş qəbzdən görünür ki, yoldaşı Cavabdeh “Niftioğlu İnşaat”-dan götürdüyü təsərrüfat məhsullarının pulunu öz üzərinə götürmüşdür. Bütün məsuliyyəti öz üzərinə götürür. 3 ay müddətinə borclarını tam şəkildə bağlayacağını öz imzası ilə təsdiq edir. Səlahiyyətli orqanlar da, 3 aydan sonra borcunu verməsə lazımi tədbirlər görsünlər. Bunun üçün heç bir etirazı yoxdur. Bir ildən artıqdır ki, mağaza sahibi onları borclarını qaytarmaq üçün gözləyir. Ondan onlara 3 ay möhlət verməsini xahiş edirlər. Məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, cavabdeh xx.xx.2023-cü ildə əlyazma qəbzi yazaraq imzalamışdır. Cavabdeh həmin məbləği 3 aya qaytaracağına söz vermişdir. Lakin cavabdeh pulu bugünə kimi geri qaytarmamışdır. Cavabdeh ona qarşı iddiaçının verdiyi iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavab və ərizəyə əlavə olunmuş sənədlərə münasibət bildirmək hüququ olmasına baxmayaraq iddia tələbinə dair heç bir münasibət bildirməmişdir. Ona görə də, məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 330 manatın verilməsi ilə bağlı borc münasibətləri yaranmış, həmin borcdan heç bir məbləğ qaytarılmamışdır. Belə olan halda isə iddiaçı həmin məbləği cavabdehdən tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 330 (üç yüz otuz) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 330 (üç yüz otuz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar